Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Çaves: “Obama, sən sadəcə ikiüzlüsən”
    Venesuela prezidenti Uqo Çaves ABŞ prezidenti Barak Obamanı tənqid atəşinə tutub. «KƏLAMİNFO» xəbər verir ki, Çaves Venesuelanın «El Universal» qəzetinə verdiyi müsahibədə bildirib ki, «Obama yenə bizə hücuma keçir, yaxşı olardı ki, o özünü öz ölkəsinə həsr edərdi və öz problemləri ilə məşğul olardı. Çaves Venesuela hökumətinin iclasında bildirib ki, Obamanın onun ölkəsinin əleyhinə səsləndirdiyi bəyanatlar yalnız seçici səsləri uğrunda mübarizədir. «Belə məsuliyyətsiz olma, Obama. İkiüzlü, sən sadəcə ikiüzlüsən» - deyə o, ABŞ prezidentinə müraciətində bildirib. Çaves Obamanı Afrikadan çıxıb, Amerikada yaşayanlar, eləcə də ona ümid edən Afrika ölkələri arasında ən uğursuz şəxs adlandırıb.
    20.12.11 Məqaləni oxumaq
     
    “Azərbaycan Milli Məclisinə dəstək” adlı Tvinninq layihənin yekun konfransı keçirilir
    Bu gün Bakıda “Azərbaycan Milli Məclisinə dəstək” adlı Tvinninq layihəsinin yekun konfransı keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfransda MM Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, layihə çərçivəsində Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə yaxınlaşdırılması istiqamətində çoxlu iş görülüb. O qeyd edib ki, Avropa İttifaqının dəstəyi ilə layihə 115 həftədir ki, həyata keçirilir və layihə çərçivəsində Azərbaycanda bir sıra qanun layihələri qəbul olunub, yaxud üzərində iş gedir. “Bunlardan “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya qanunu artıq qüvvəyə minib, “Tikinti və Şəhərsalma Məcəlləsi” dekabrın 23-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq, “Rəqabət Məcəlləsi” üzrə isə işlər hələ davam edir” - deyə S.Mirzəyev vurğulayıb.
    20.12.11 Məqaləni oxumaq
     
    Moskvada Azərbaycan Prezidentinin qarşılanma mərasimi olub
    Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi yubiley zirvə toplantısında iştirak etmək üçün bu gün Moskvaya işgüzar səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
    20.12.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda hələ ki, təkcə kosmik turizmin potensialı yoxdur”
    Bahadur Bilalov: “Ölkədə turizmin ən yaralı yeri xidmətlə qiymət arasındakı tərs-mütənasiblikdir”

    Azərbaycanda “Turizm ili” elan olunan 2011-ci il başa çatmaq üzrədir. İl ərzində bu sahənin, görülən işlərin lehinə və əleyhinə bir çox fikir səsləndi, rəylər bildirildi. Yekun olaraq təbii ki, mütəxəssis fikrinə ehtiyac var və bu məqsədlə suallarımızı Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalova ünvanladıq:

    - Azərbaycanda turizm potensialının böyük olması hər zaman deyilir. Bu potensialdan yetərincə istifadə edə bilirikmi? Bu gün turizmimiz olmalı olduğu səviyyədədirmi?

    - Doğrudan da, turizmin inkişaf etdirilməsi üçün Azərbaycanın potensialı çox böyükdür. Sadəcə olaraq, biz bu potensialı hələ lazımi səviyyədə turizm məhsuluna çevirə bilməmişik. Düzdür, Azərbaycanda turizmin tarixi kökləri var, ta qədim zamanlardan Azərbaycan səyyahların, elm adamlarının, səyahətsevərlərin marağında olan bir yer olub, sovet dönəmində turizmin maddi-texniki bazasının formalaşması yönündə iş görülüb. Amma sovet turizmi ilə bugünkü turizmin arasında fərq var. Sovet zamanı turizm bir biznes sahəsi kimi nəzərdə tutulmurdu. Hələ ötən əsrin 80-ci illərində Azərbaycanda atçılıq turizminin inkişafı gündəmdə idi.
    20.12.11 Məqaləni oxumaq
     
    YAP “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda konfrans keçirəcək
    Yeni Azərbaycan Partiyası tərəfindən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya YAP-dan veriblər. Tədbirin məqsədi bu kimi problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən Çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak edəcək. Mötəbər forumda həmçinin, Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların - Avropa Xalqları Partiyası və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri Uilfrid Martens və Xose de Venesiya iştirak edəcəklər. Konfransda iki böyük məruzə dinləniləcək və müzakirələr dörd panel iclasında davam etdiriləcək.
    20.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı gənc bəstəkarın Avropa uğurları
    Gənc azərbaycanlı bəstəkar Günay Mirzəyevanın Avropa ölkələrində silsilə konsertləri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ştutgart Konservatoriyasının məzunu, Azərbaycan Respublikasının Dövlət proqramının təqaüdçüsü olan gənc bəstəkarımız hazırda İtaliyanın paytaxtı Roma şəhərində Santa Cecilia Konservatoriyasında və eyni zamanda Almaniyanın Karlsruhe şəhərində bəstəkar Volfgang Rihmin sinfində doktorantura təhsili alır. Bir sıra uğurlara imza atan Günay Mirzəyevanın Milanda məhşur Teatro Dal Verme konsert zalında skripka üçün yazılmış “Təsadüflər” əsərinin premyerası olub. Əsəri İtaliyan skripkaçısı Marco Fusi ifa edib. Qeyd edək ki, həmin əsər Romada keçirilən Germi Music Festivalı çərçivəsində, Teatro Nuovo Colosseo zalında da uğurla səslənib. Həmyerlimizin İtaliyanın Lucca şəhərində Festival Cluster çərçivəsində Gitara solo üçün yazdığı “Muğam impulsları 2” əsəri məhşur finlandiyalı gitara ifaçısı Patrik Kleemola tərəfindən ifa olunub.
    20.12.11 Məqaləni oxumaq
     
    Rusiyanın neft platforması batıb
    Oxotsk dənizində Rusiyanın neft platformasının batması nəticəsində 4 adam həlak olub. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Rusiyanın Nəqliyyat Nazirliyinin bildirdiyinə görə, Saxalin adasından 200 km-lik məsafədə yerləşən platformada olan 67 adamdan 14-ü buzqıran gəmi ilə xilas edilib. Suyun temperaturu aşağı olduğuna görə xilasetmə əməliyyatı dayandırılıb. Rusiya prezidenti Dmitri Medvedyev hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib. Nəhəng platforma Kamçatka adasından Saxalinə istiqamət almışdı.
    20.12.11 Məqaləni oxumaq
     
    Bernar Fasye Azərbaycanda səfərdədir
    ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye Azərbaycanda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Bernar Fasye öz səlahiyyətlərini yeni həmsədr Jak Fora təhvil verməsinə həsr olunmuş mətbuat konfransı keçirəcək. ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Jak For səlahiyyətlərinin icrasına gələn ilin yanvarından başlayacaq.
    20.12.11 Məqaləni oxumaq
     
    Janaozen məktəbliləri tətilə buraxıldı
    Qazaxıstanın Janaozen şəhərində kütləvi iğtişaşlar zamanı ölənlərin sayı artmaqdadır. «KƏLAMİNFO» Rusiya xəbər agentliklərinə istinadən xəbər verir ki, ölkə prokurorluğu 15 iğtişaş iştirakçının öldüyünü təsdiqləyib. Toqquşmalar nəticəsində xeyli insanın xəsarət aldığı, 50-yə yaxın binanın, o cümlədən şəhər icra hakimiyyəti və neft şirkəti binasının yandırıldığı bildirilir. Bu gün, həmçinin şəhər rəhbərliyi məktəblilərin vaxtından əvvəl tətilə buraxılması barədə qərar qəbul edib. Prezident Nursultan Nazarbayev iğtişaşların mərkəzi olan Janaozen şəhərində fövqəladə vəziyyət elan edib. Etiraz aksiyalarında artıq 6 ay ərzində maaşlarını almayan neftçilərin iştirak etdiyi bildirilsə də, bəzi mənbələr iğtişaşların kənar şəxslər tərəfindən törədildiyini vurğulayır.
    19.12.11 Məqaləni oxumaq
     
    Suriyada daha 20 nəfər həlak olub
    Suriyada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində azı 20 nəfər həlak olub. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, hüquq müdafiəçiləri ölkənin şimalındakı Əl-Kuseyir şəhərində hökumət qoşunları ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında baş verən döyüşlər nəticəsində 6 hərbçinin öldüyünü bildiriblər. Türkiyə ilə sərhəddəki İdlib əyalətinin kəndlərində də döyüşlərin getdiyi bildirilir. Hüquq müdafiəçiləri Homs və İdlib əyalətlərində 14 dinc nümayişçinin öldürüldüyünü bildirib.
    19.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031