Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    İraqda növbəti partlayış
    İraq bu gün yenə partlayışlara səhnə olub. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Bağdadda bomba yüklü avtomobillə həyata keçirilən hücumda 6 nəfər ölüb. Polis Daxili İşlər Nazirliyi yaxınlığındakı hücumda ən azı 6 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını açıqlayıb.
    26.12.11 Məqaləni oxumaq
     
    Avropa Komissiyası ölkəmizlə "Birgə səma" Sazişi ilə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış edib
    Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportuna bir sıra aviaşirkətlərin hava yolu açmaq niyyətləri regional uçuşlar üçün təhlükə mənbəyidir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Arif Məmmədov Beynəlxalq Mülki Aviasiya Təşkilatının Avropa və Şimali Atlantika Bürosunun (ICAO) direktoru Luis Fonseka de Almeyda ilə Fransadakı görüşündə söyləyib. Görüşdə A.Məmmədov müvafiq icazələr olmadan Xocalı aeroportuna uçuşların qarşısının alınması məsələsində təşkilatın rolunu qeyd edib. Azərbaycan tərəfi bir sıra aviaşirkətlərin sözügedən aeroporta hava yolu açmaq niyyətlərinin regional uçuşlar üçün artan təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb.
    26.12.11 Məqaləni oxumaq
     
    Araz Əzimov ABŞ Dövlət Departamentində və Müdafiə Nazirliyində görüşlər keçirib
    Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ tərəfi ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsi üçün Dövlət Departamentinin dəvəti ilə dekabrın 20-22-də Vaşinqtonda işçi səfərdə olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-dakı səfirliyimizdən veriblər. Səfər müddətində A.Əzimov ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyində görüşlər keçirib, Atlantik Şurada (Atlantic Council) çıxış edib. Dövlət Departamentində keçirilmiş görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Müdafiə Nazirliyində A.Əzimov Azərbaycan ilə ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində mövcud olan əməkdaşlıq barədə fikir mübadiləsi aparıb.
    24.12.11 Məqaləni oxumaq
     
    Parlament prezidenti təbrik edib
    Bu gün Milli Məclisin növbəti iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda spiker Oqtay Əsədov Azərbaycan prezidenti İlham Əliyevin doğum günü münasibəti ilə ölkə başçısını və Azərbaycan xalqını təbrik edib. O qeyd edib ki, İlham Əliyevin prezidentlik dövrü Azərbaycan üçün uğurlu olub. Spiker ölkənin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bu müvəffəqiyyətlərdən biri olduğunu vurğulayıb. Daha sonra parlamentin I vitse-spikeri Ziyafət Əsgərov parlament üzvləri adından Azərbaycan prezidentinə ünvanlanmış təbrik məktubunu oxuyub. Sonra deputatlar cari məsələlərin müzakirəsinə keçib. Qeyd edək ki, bu gündəlikdə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, ikinci oxunuşda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihələri və Şəhərsalma və Tikinti Məcəlləsi müzakirəyə çıxarılacaq.
    24.12.11 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Azərbaycanda xarici vətəndaşlara partiya yaratmaq hüququ verilərsə...”
    “Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik etməkdə məqsəd kimlərinsə dediyi kimi əlverişli partiyalar şəbəkəsi yaratmaq deyil”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən partiyasının sədr müavini, millət vəkili Zahid Oruc bildirib. O, qeyd edib ki, qanunla bağlı Venesiya Komissiyasının rəyində toxunulan məqamlarda üzvlük normasının artırılması kimlərisə kənarda qoymaq deyil. “Bu gün partiyalarda min nəfərlik üzvlük norması ona gətirib ki, kağız üzərində partiyalar yaranıb. Amma bundan xilas olmaq üçün, partiyalaşmanı daha da dərinləşdirmək, onun coğrafiyasını böyütmək üçün də bu normal rəqəmdir”,-deyə Z.Oruc vurğulayıb.
    23.12.11 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Fransanın ədalətli mövqe nümayiş etdirəcəyinə çox ciddi şübhələr yaranır”
    “Fransa belə bir qanun qəbul etməklə insan hüquqları və azadlıqlarına hörmətsiz yanaşdığını bilərəkdən ifadə etmiş oldu”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında YAP-ın sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O, bunu Fransanın Türkiyəyə qarşı haqsız və ədalətsiz təzyiq forması kimi qiymətləndirib. “Ümid edirəm ki, Azərbaycan vətəndaşları da buna öz hiddətlərini bildirəcəklər. Fransa Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Əgər Fransa tarixi faktlara və hadisələrə bu qədər bitərəf və qərəzli yanaşırsa, bundan istər-istəməz hər bir Azərbaycan vətəndaşı, o cümlədən mən də müvafiq nəticə çıxarıram.
    23.12.11 Məqaləni oxumaq
     
    Əli Abbasov: Analoq və rəqəmsal yayım hələ uzun müddət paralel aparılmalıdır
    Hazırda ölkə əhalisinin 60 faizi qeydiyyatda olmayan peyk antenalarından istifadə edir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, hələ ki, bu antenaların yığışdırılması nəzərdə tutulmayıb. “Çünki Azərbaycanda teleyayım müxtəlif texnologiyalar əsasında həyata keçirilir. Biz kabel televiziyalarına nəzarət edirik. Peykdən və internet teleradio yayım məsələlərinə baxmırıq, bu, Milli Televiziya və Radio Şurasının səlahiyyətində olan məsələdir. Lakin deməliyəm ki, bizdə yayım Avropa standartlarına uyğun aparılır və bu cür yayımlara qadağa yoxdur”,-deyə Ə.Abbasov vurğulayıb.
    23.12.11 Məqaləni oxumaq
     
    “Əl-Qaidə”nin yüksək rütbəli koordinatorunun yerini deyənə 10 milyon dollar vəd edilib
    ABŞ Dövlət Departamenti «Əl-Qaidə»nin yüksək rütbəli koordinatoru Yasin əl-Surinin yerini deyən şəxsə 10 milyon dollar vəd edib. Departamentin məlumatına görə, bu şəxs «Əl-Qaidə»nin İranda ən yüksək rütbəli şəxslərindən hesab edilir. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, o, terror təşkilatı üçün vəsaitlərin cəlb olunmasında əhəmiyyətli rol oynayır və Fars körfəzi ölkələrində terror şəbəkəsinin maliyyələşməsinin yollarını aramaqla məşğuldur. O, eyni zamanda terror təşkilatına yeni üzvlərin cəlb olunmasında, onların İran ərazisindən keçməklə İraq və Əfqanıstanda təlim düşərgələrində təlim keçmələrini həyata keçirir. İran hökuməti ilə sıx əməkdaşlıq edən bu şəxsin bu ölkənin həbsxanalarından terrorçuların azad edilib Pakistana ötürülməsini də təmin edir.
    23.12.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: Fransa Senatının qərarı qəbuledilməzdir
    Fransa Milli Assambleyasının qərarı qəbuledilməz və qeyri-konstruktivdir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. E.Məmmədyarov bildirib ki, bu qərar problem yaratmaqdan başqa bir şeyə xidmət etmir: “Yüz il öncə baş verən hadisə ilə bağlı qərar qəbul etməkdənsə, onlar Xocalı soyqırımına, ermənilər tərəfindən işğal edilən ərazilər və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə münasibət bildirsinlər”. Nazir əlavə edib ki, Fransa senatının bu qərarını deputatların təxminən 10 faizi qəbul edib və bu da demokratik baxımdan düzgün deyil: “Bu, mərhələli prosesdir. Ancaq biz bu məsələni təhlil edir, yaxından izləyir və izləyəcəyik”,-deyən E.Məmmədyarov bu qərarın regional münasibətlərə də problem olan bir qərar olduğunu bir daha vurğulayıb.
    23.12.11 Məqaləni oxumaq
     
    Avropa parlamentinin üzvü: “İstəmirəm ki, Azərbaycanı təkcə neft-qaz ehtiyatlarına görə tanısınlar”
    “Mən istəmirəm ki, Azərbaycanı Avropada təkcə zəngin neft-qaz ehtiyatlarına görə tanısınlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Avropa Parlamentinin fransalı üzvü xanım Raşida Dati bildirib. O qeyd edib ki, Azərbaycanın Avropa üçün çox maraqlı olan zəngin mədəniyyəti və tarixi var. “Avropalılar üçün bu, çox vacib sahələrdir. Zəngin tarixi, mədəniyyəti və təbiəti olan bir ölkə ilə əməkdaşlıq Avropaya görə çox zəruridir” - deyə R.Dati vurğulayıb. Onun sözlərinə görə? bu gün onun yaşadığı regionda Azərbaycanın təkcə enerji ehtiyatları ilə deyil, həm də sadaladığı xüsusiyyətləri ilə tanımaqda maraqlıdırlar.
    23.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031