Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : 1 2 3 4 5  #
    2011: ABŞ-da təbii fəlakətlər ili
    2011-ci ildə ekstremal hava şəraiti yeni rekordlar sındırıb. Təkcə ABŞ-da təbii fəlakətlər milyonlarla insanı təsirinə məruz qoyub. Minə yaxın adam həlak olub, səkkiz min insan xəsarət alıb, fəlakətlərin vurduğu ziyan 52 milyard dollar təşkil edib. «KƏLAMİNFO» «Rosbalt»a istinadən xəbər verir ki, bu il ərzində Amerikanın müxtəlif bölgələri təbii fəlakətlərlə üzləşib. Bu ölkədə bu il 1600 tornado qeydə alınıb. Bir il ərzində baş verən 12 təbii fəlakət 1 milyard dollarlıq ziyana səbəb olub. Texas, Nyu-Meksika və Oklahoma ştatlarında quraqlıqlar olduqca baha başa gəlib. Quraqlığın vurduğu ziyan 8 milyard dollarla ölçülür. Qlobal istiləşmənin bu fəlakətlərlə əlaqəsi olduğu sübut edilməsə də, ekspertlərin proqnozları doğrulub.
    30.12.11 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Cənubi Qafqazdakı geosiyasi durum kontekstində Qəbələ RLS üzərində müxtəlif siyasi danışıqlar edilə bilər”
    “Rusiya ilə hazırkı danışıqlar əsnasında əgər Qəbələdə qurulacaq yeni stansiyanın informativ və təhlükəsizlik funksiyası üçün regionda təzə şərait yaranarsa, bu, mütləq parlamentdə geniş müzakirə olunacaq”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Deputat deyib ki, bütün hallarda Rusiyanın Cənubi Qafqazda hərbi cəhətdən möhkəmlənməsinə qarşıdır. “RLS ilə bağlı indiyə qədər danışıqlar onun icarə müddətinin uzadılmasından gedirdi. Lakin danışıqların indiki predmeti isə tamamilə yeni müstəvi yaradır və bu açıq şəkildə ona işarə ola bilər ki, Rusiya Azərbaycanın bir ərazisində hərbi bazasını yerləşdirməkdə maraqlıdır. Əlbəttə ki, gələcəkdə iki ölkə arasında hər hansı bir siyasi anlaşmanın detalı kimi bunu mümkün də saymaq olar. Yəni Qarabağ məsələsi, gələcək danışıqlar, Cənubi Qafqazdakı geosiyasi durum kontekstində Qəbələ RLS üzərində müxtəlif siyasi danışıqlar edilə bilər. Lakin əgər Rusiya Qafqazda öz pəncəsini Ermənistandakı bazadan, Gürcüstanda işğal olunmuş regionlardan, Qarabağda da müəyyən hərbi formada iştirakdan sonra bir az da irəli gedərək Azərbaycanın başqa ərazilərində də möhkəmlənmək istəyirsə, bu bizim hərbi siyasi maraqlarımıza qəti olaraq zidd olacaq”,-deyə Z.Oruc vurğulayıb. Millət vəkili deyib ki, bu kimi məsələlərdə Azərbaycan indiyə qədər neytrallığını bəyan edərək, eləcə də balans siyasətinə üstünlük verdiyini deyərək öz təhlükəsizliyini də qoruyub, müstəqillik meydanını da genişləndirib.
    30.12.11 Məqaləni oxumaq
     
    Azay Quliyev: “Eurovision-2012” ilə bağlı layihələr dəyərləndirilərkən onun icrası vaxtı da nəzərə alınacaq
    “Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən elan olunan müsabiqədə “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı təqdim olunan layihələr dəyərləndirilərkən onun icrası üçün vaxt müddəti də nəzərə alınacaq”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Şuranın sədri, millət vəkili Azay Quliyev bildirib. O qeyd edib ki, müsabiqənin nəticələri gələn il martın əvvəlində elan olunacaq. “Nəzərə alsaq ki, “Evrovision-2012” mahnı müsabiqəsi də mayın sonlarına yaxın keçirilir, o zaman hesab edirik ki, burada hansısa uyğun layihənin icrası üçün kifayət qədər vaxt var” - deyə A.Quluyev vurğulayıb. Şura sədri bildirib ki, bu, təxminən 3 aya yaxın vaxt edir və həmin istiqamət üzrə təqdim olunan layihələr arasından qalib seçilərkən onun icrasının bu vaxt çərçivəsinə uyğun olub- olmaması da nəzərə alınacaq. Qeyd edək ki, Şura dekabrın 9-da 2012-ci il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. 10 istiqamətdən ibarət olan müsabiqənin 4-cü istiqaməti “Eurovision- 2012” mahnı müsabiqəsilə bağlı keçirilən tədbirlərə ictimai dəstəkdir.
    30.12.11 Məqaləni oxumaq
     
    BMT Azərbaycanla bağlı səhvini düzəldib
    BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən “İnsan İnkişafı Hesabatı 2011”-də Azərbaycanla bağlı yaranmış problemə aydınlıq gətirilib. “KƏLAMİNFO” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin noyabrında açıqlanan hesabatda insan inkişafı indeksinə görə Azərbaycanın dünya ölkələri arasında 91-ci pillədə yer alması göstərilib. Lakin düzgünlüyü şübhə doğurduğundan məlumat Dövlət Statistika Komitəsində təhlil edilib, “İnsan İnkişafı Hesabatı 2011”-in müəlliflərinə, BMT-nin, YUNESKO-nun Statistika İnstitutunun ekspertlərinə rəsmi müraciət olunaraq məsələnin araşdırılması xahiş edilib: “Dövlət Statistika Komitəsinin iki aya yaxın bu sahədə apardığı təkidli yazışmaları nəticəsində BMT-nin İnkişaf Proqramı (UNDP) öz səhvini etiraf edib. Səhv “təhsilin orta müddəti” göstəricisinin 11.1 il əvəzinə UNDP tərəfindən yanlış olaraq 8.6 il kimi nəzərə alınması ilə bağlı olub. UNDP-nin “İnsan İnkişafı Hesabatı 2011”-in tərtibinə məsul şəxs cənab Milorad Kovaçeviç baş vermiş anlaşılmazlığa görə təəssüfləndiyini bildirməklə yanaşı, Dövlət Statistika Komitəsinə rəsmi olaraq bəyan edib ki, bu xəta UNDP tərəfindən aradan qaldırılıb. Nəticədə dünya ölkələrinin sıralamasında (renkinqində) Azərbaycanın yeni mövqeyi 76-cı pillədədir”. Həmin hesabatda “Adambaşına Ümumi Milli Gəlir” göstəricisi üzrə tərtib edilən renkinqdə isə ölkəmiz 81-ci yerdədir.
    30.12.11 Məqaləni oxumaq
     
    Dörd liseyin fəaliyyəti “kafi” qiymətləndirilib
    Bu gün Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Təhsil naziri Misir Mərdanovun iştirakı ilə keçirilən iclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə Liseyinin akkreditasiyasının nəticələri müzakirə olunub. Bu barədə “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. İclasda liseylərdə aparılan akkreditasiyanın nəticələri barədə məlumat verilib. Sonra qeyd olunan peşə məktəbləri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib. Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. İclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə Liseyinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisasların akkreditə olunması barədə qərar qəbul edilib.
    29.12.11 Məqaləni oxumaq
     
    Çin şirkəti internetə çıxış imkanı olan televizorlar istehsal edəcək
    Çinin “Lenovo” şirkəti yanvarın əvvəlində Las-Veqasda baş tutacaq “CES-2012” beynəlxalq istehlak elektronikası sərgisində təqdim edilməsi nəzərdə tutulan bəzi yeniliklər barədə məlumat verib. “KƏLAMİNFO” xəbər verir ki, kompüter istehsalçısı internetə çıxışa malik “ağıllı” (“Smart TV” – internetin müasir televizorlarla inteqrasiyası, eləcə də kompüter və televizorlar arasında texnoloji əlaqə) televizorların buraxılmasını təsdiq edib. “LeTV” adlandırılacaq televizorları əvvəl Çin bazarında almaq mümkün olacaq. Televizorun buraxılması ilə paralel olaraq şirkət mobil qurğu sahiblərinə internet-kontentdən kollektiv şəkildə istifadə etmək, eləcə də istifadəçilərə öz məlumatlarını asanlıqla idarə etmək və sosial şəbəkələrdən yararlanmaq imkanı verəcək bulud servisini də (“Apple iCloud”un analoqu) işə salmağa hazırlaşır. “Lenovo”nun bulud servisi bütün qoşulmuş qurğulardan məlumatları avtomatik sinxronlaşdıracaq, istifadəçilərə isə məlumatların saxlanılması üçün 200 giqabayt ayrılacaq. Müqayisə üçün qeyd edək ki, “Apple” şirkəti 5 giqabayt təqdim edir.
    29.12.11 Məqaləni oxumaq
     
    Prezident Bakıda “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışında iştirak edib
    Bu gün Bakının Xəzər rayonunun Bilgəh qəsəbəsində “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi “Jumeirah Group”un MDB məkanında ilk otelidir. “Azinko Holdinq” şirkəti tərəfindən tikilən otel 12 hektar ərazini əhatə edir. Burada inşa edilmiş tikililərin ümumi sahəsi 73,6 min kvadratmetrdir. Otel binasının sahəsi isə 54 min kvadratmetrdir. Qeyd edilib ki, 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 avtomobil yerlik qarajlar da var. Diqqətə çatdırılıb ki, otelin dəniz çimərlik hissəsində eyni vaxtda 600 qonağın istirahəti üçün hər cür şərait yaradılıb. Kompleksin dənizkənarı sahilə çıxışında 250 nəfərlik “Promenad Lounge”, dənizin içərisində, estakada üzərində isə 400 nəfərlik “Pier Grill” restoranları turistlərə yüksək xidmət göstərəcək. Ümumilikdə oteldə 9 restoran, bar və gecə klubu var. Məlumat verilib ki, otel kompleksindəki Talise SPA və Sağlamlıq Mərkəzi də müasirliyi ilə diqqət çəkir. Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da var. Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb. Sonra “Jumeirah Group”un icraçı sədri Cerald Loules çıxış edib. Dövlət başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirib.
    29.12.11 Məqaləni oxumaq
     
    Rövnəq Abdullayev Metyu Brayzanı qəbul edib
    ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Şirkətin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, M.Brayza Azərbaycanda çalışdığı müddətdə bütün sahələrdə olduğu kimi, neft-qaz sektorunda da böyük inkişaf müşahidə etdiyini, bu inkişafda ARDNŞ-nin mühüm rol oynadığını söyləyib, qarşıdakı illərdə şirkətin fəaliyyət dairəsinin daha da genişlənəcəyinə, dünya bazarında mövqelərinin möhkəmlənəcəyinə əminliyini bildirib. ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələrinin gerçəkləşməsinə ABŞ-ın həmişə böyük dəstək verdiyini qeyd edib.
    29.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanda vətəndaş nikahı
    Vətəndaş nikahlarından dünyaya gələn uşaqlar cəmiyyət üçün potensial təhlükəyə çevrilə bilər

    Bu gün ailələrdə müşahidə olunan problemlər yalnız uşaq sayı ilə məhdudlaşmır. Ümumiyyətlə, hər bir millət qurulan ailə münasibətlərində öz milli-mənəvi dəyərlərini yaşatmağa çalışsa da, hazırda getdikcə bütün dünya üçün ümumi dəyərlərə çevrilən yeni münasibətlər- nikahsız birgə yaşamağa yönələn konkubinat və ya vətəndaş nikahları daha geniş şəkildə formalaşmaqdadır. Əslində yeni olmayan bu münasibət formasının kökü Qədim Romadan qaynaqlanır. Rəsmiləşdirilməmiş, amma könüllü birgə yaşayış üzərində qurulan münasibətlər hazırda əksər ölkələrin başağrısına çevrilməkdədir. Statistikaya görə, Rusiyada münasibətlərinin 10 faizi hüquqi cəhətdən təsdiqlənməyib və bu say artmaqda davam edir.
    28.12.11 Məqaləni oxumaq
     
    Türkiyədə zəlzələ
    Bu gün səhər saatlarında Türkiyənin Aydın vilayətində zəlzələ olub. Boğaziçi Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutunun internet saytında yerləşdirilən məlumata görə, zəlzələnin episentri Egey dənizinin Quşadası Körfəzində olub. Saat 07:59-da hiss edilən təkanların gücü Rixter şkalası ilə 4,3 bala çatıb.
    28.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031