Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Azərbaycanın yüksək ixtisaslı kadr potensialı yaşlaşır
    “Azərbaycanın elm və təhsil sistemində yüksək ixtisaslı gənc kadrlara ehtiyac var. Bu sistemi daha da inkişaf etdirmək, onu dünya təhsil və elm sisteminə çatdırmaq istəyiriksə, o zaman bir sıra sahələrin inkişaf etdirilməsi ilə yanaşı, yüksək ixtisaslı kadrlar hazırlanmalıdır. Çünki Azərbaycanın yüksək ixtisaslı kadr potensialı yaşlaşır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Rektor açıqlayıb ki, hazırda Azərbaycanda 11 mindən artıq elmi rütbəli kadr var və bunların da 52 faizindən artığının yaşı 65-dən yuxarıdır: “Odur ki, bu məsələ ətrafında düşünməyə ehtiyac var. Yüksək ixtisaslı gənc kadrların hazırlanması və onların sayının artırılması barədə iş aparmalıyıq”.
    15.12.11 Məqaləni oxumaq
     
    Ramil Həsənov: TÜRKPA hansısa bir ölkəyə və yaxud quruma qarşı yaradılmış təşkilat deyil
    TÜRKPA Qazaxıstanda yanvarın 15-də keçiriləcək parlament seçkilərini izləyəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TÜRKPA-nın baş katibi Ramil Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, seçkilərdən sonra TÜRKPA seçkilərin nəticələri ilə bağlı hesabat təqdim edəcək və bu hesabata ATƏT PA, MDB PA və digər beynəlxalq qurumlar öz hesabatlarında istinad edəcəklər. “ATƏT və digər beynəlxalq təşkilatlarda TÜRKPA-nın fəaliyyətinə əngəl törətmək istəyən ölkələr və qurumlar var.
    15.12.11 Məqaləni oxumaq
     
    Korrupsiyaya qarşı mübarizə idarəsi yeni faktlar aşkarlayıb
    Prokurorluq orqanları tərəfindən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırmalarla müəyyən edilib ki, Cəfərov Oqtay Səttar oğlu "Royalbank" ASC-yə qarşı depozit müqaviləsi əsasında banka qoyduğu 30 min manat pul vəsaitinin geri qaytarılması barədə Yasamal rayon məhkəməsi qarşısında iddia qaldırıb. Mülki işə məhkəmədə baxılarkən "Royalbank" ASC-nin Yasamal filialından 2009-2010-cu illər ərzində məxaric orderlərinə Oqtay Cəfərovun adından saxta imzalar edilməklə müxtəlif məbləğlərdə pul vəsaitlərinin cəmiyyətin Yasamal filialının keçmiş rəhbər vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən edilib.
    15.12.11 Məqaləni oxumaq
     
    ABŞ İranın iki yüksək rütbəli hərbçisinə qarşı sanksiyalar tətbiq edib
    ABŞ hakimiyyəti İranın iki yüksək rütbəli hərbçisinə qarşı sanksiyalar tətbiq edib. Onlar insan haqlarını kobud şəkildə pozmaqda günahlandırılıblar. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir. Cərimə tədbirləri İİR Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi, eləcə də İslam Korpusu Keşikçiləri Şurası komandanının müavini Abdulla Araqiyə qarşı tətbiq edilir. Onların çox ciddi şəkildə insan haqlarını pozduqları vurğulanıb. Hər iki hərbçi 2009-cu il prezident seçkilərindən sonra baş verən hadisələrin yatırılmasında həddən artıq sərtlik nümayiş etdirməkdə günahlandırılıblar. Hər iki hərbçinin ABŞ-da aktivləri varsa, onların dondurulması, eləcə də ABŞ vətəndaşlarına onlarla işgüzar münasibətlərə girməsi qadağan edilir. Dövlət Departamenti isə onların ABŞ-a gəlməsini qadağan edib.
    15.12.11 Məqaləni oxumaq
     
    AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi 2011-ci illə bağlı hesabat yayıb
    2011-ci ildə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən aparılan elmi tədqiqatlar iki istiqaməti əhatə edib. Bunlar respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinemetrik və dinamik parametrlərinin öyrənilməsi və Geofiziki (maqnitometriya və qravimetriya) və geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən veriblər. RSXM tərəfindən aparılan seysmoloji tədqiqatlar 31 telemetrik “Kinemetrics” (ABŞ istehsalı) stansiyasından ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.
    15.12.11 Məqaləni oxumaq
     
    Turizm şirkətlərinə “Bird Watching” üzrə marşrutun texniki pasportu təqdim ediləcək
    Şirvan Milli Parkı və Mahmudçala gölü ərazilərində quşları müşahidə etmə (Bird Watching) marşrutu keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, marşrutu nazirliyin nümayəndəsi, “Azərbaycan Ornitoloji Cəmiyyəti”nin əməkdaşları, turizm şirkətləri və kütləvi informasiya vasitələri nümayəndələri həyata keçirib. Ekskursiyaya rəhbərliyi “Azərbaycan Ornitoloji Cəmiyyəti”nin sədri E.Sultanov edib. Bildirilir ki, infoturun keçirilməsində əsas məqsəd yerli turizm şirkətlərinin ölkəmizdə bu turizm növünün potensialı haqqında geniş məlumatlandırmaq olub. İnfotur layihəsi çərçivəsində iki müxtəlif (Bird Watching) quşları müşahidə üzrə marşrutun texniki pasportu hazırlanaraq turizm şirkətlərinə təqdim ediləcək ki, bu da turizm şirkətlərinə yeni növ turizm məhsulunu beynəlxalq və yerli bazara çıxarmaq imkanı yaradacaq.
    15.12.11 Məqaləni oxumaq
     
    Ali Məhkəməyə daxil olan müraciətlər ilbəil artır
    “Ali Məhkəməyə daxil olan müraciətlər ilbəil artır. Ötən il daxil olan müraciətlər 10 faiz artmışdı. Bu il də müraciətlərin o qədər artacağı gözlənilir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. R.Rzayev ötən il Ali Məhkəmədə 5 min işə baxıldığını xatırladıb. Onun sözlərinə görə, eyni zamanda keçən il respublikanın bütün rayonları üzrə məhkəmələrdə 120 min işə baxılıb.
    15.12.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevlə Türkiyənin baş naziri arasında telefon danışığı olub
    Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana cərrahiyyə əməliyyatının uğurla keçməsi ilə əlaqədar xoş arzularını çatdırıb, dost və qardaş Türkiyə xalqının firavanlığı və tərəqqisi naminə dövlətçilik fəaliyyətində bundan sonra da yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və xoş sözlərə görə dövlət başçısına minnətdarlığını bildirib.
    15.12.11 Məqaləni oxumaq
     
    Rusiyanın İrkutsk vilayətinin qubernatoru da prezidentliyə namizədliyini irəli sürüb
    Rusiyanın İrkutsk vilayətinin qubernatoru Dmitri Mezençev prezidentliyə namizədliyini irəli sürüb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, təşəbbüsü yerli həmkarlar ittifaqı irəli sürüb. Onun dekabrın 15-də ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyi bildirilib. Artıq indiyə qədər 12 şəxs prezidentlik iddiasını irəli sürüb.
    14.12.11 Məqaləni oxumaq
     
    Misirdə 20 mindən artıq siyasi məhbus azadlığa çıxıb
    Fevral ayından indiyə qədər Misirdə 20 mindən artıq siyasi məhbus azadlığa çıxıb. «KƏLAMİNFO» xəbər verir ki, bu haqda Misirin rəsmi MENA agentliyi baş nazir Kamal əl-Qanzuriyə istinadən xəbər verib. Baş nazir deyib ki, siyasi məhbuslardan hələ 70 nəfəri həbsdədir. Hüquq müdafiəçilərinin məlumatına görə, keçmiş prezident Hüsni Mübarəkin rəqibləri olan həmin şəxslər 1981-ci ildə ölkədə fövqəladə vəziyyət elan olunandan sonra həbs olunmuşdular.
    14.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031