Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Ramiz Rzayev: Ədalətlilik və qərəzsizlik hər bir hakim fəaliyyətinin ayrılmaz atributu olmalıdır
    “Hakimlər ədalət mühakiməsinin həyata keçirilməsində üzərlərinə düşən vəzifənin yüksək məsuliyyətini dərk etməli, cəmiyyət tərəfindən onlara göstərilən etimadın dərəcəsini anlayaraq öz vəzifələrinə hörmət, şərəflə yanaşmalı və məhkəmə sisteminə olan etibarlılığın artırılması üçün lazımi səylər göstərməlidirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
    14.12.11 Məqaləni oxumaq
     
    Ramil Səfərovun Azərbaycana ekstradisiyasına baxıla bilər
    “Ramil Səfərovun Azərbaycana ekstradisiyası dövlətlərarası məsələdir. Təbii ki, bu məsələ ilə bağlı hər iki dövlət məşğul olur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Ali Məhkəmənin sədri Ramiz Rzayev Ramil Səfərovun Azərbaycana ekstradisiyasının mümkünlüyü məsələsinə münasibət bildirərkən söyləyib.
    14.12.11 Məqaləni oxumaq
     
    Barak Obama: “İraqdakı müharibəmiz bu ay başa çatır”
    ABŞ prezidenti Barak Obama və İraqın baş naziri Nuri əl-Maliki Amerika qoşunlarının İraqı doqquz illik müdaxilədən sonra tərk etməsini İraq üçün «yeni başlanğıc» adlandırıblar. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, liderlər arasında danışıqlarda dekabrın 31-də ABŞ qoşunlarının İraqdan tamamilə çıxmasından sonra iki ölkə arasındakı əməkdaşlığın gələcəyi müzakirə edilib. «Doqquz ildən sonra bizim İraqdakı müharibəmiz bu ay başa çatır” - deyə Obama vurğulayıb. O, ABŞ əsgərlərinin İraqda «şərəflə, üzüağ» xidmət etdiyini söyləyib. Obama bildirib ki, ABŞ xalqının timsalında iraqlıların etibarlı dostu var və Birləşmiş Ştatlar İraqda güclü iqtisadi və demokratik bünövrənin qurulması üçün İraq xalqına yardımçı olacaq. Maliki isə ABŞ qoşunlarının İraqı tərk etməsini «müvəffəqiyyət göstəricisi» kimi dəyərləndirib.
    14.12.11 Məqaləni oxumaq
     
    Doktoranturaya qəbul planının artırılması ilə bağlı hökumətə müraciət hazırlanır
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti doktoranturaya qəbul planının artırılması ilə bağlı Nazirlər Kabinetinə məktub hazırlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu deyib. S.Abbasoğlu bildirib ki, bu məsələlər dekabrın sonuna kimi həll edilməlidir. Yanvarın əvvəllərindən doktoranturaya qəbul olanlar dəqiqləşməli və onlar fəaliyyətə başlamalıdırlar. Onun sözlərinə görə, müraciətin bu həftə ərzində göndəriləcəyi nəzərdə tutulub. S.Abbasoğlu doktoranturaya qəbulla bağlı nə qədər əlavə yerə ehtiyac olduğunun sabah dəqiqləşəcəyini qeyd edib. Qeyd edək ki, bu vaxta qədər AMEA-nın Gəncə Regional Elm Mərkəzi və Naxçıvan Bölməsində qəbul olan doktorantların siyahısı Rəyasət Heyətində təsdiq olunub.
    14.12.11 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: ABŞ insan hüquqları məsələlərindən təzyiq vasitəsi kimi istifadə edir
    “Biz çox təəssüf edirik ki, ABŞ dövlət katibi Hillari Klinton beynəlxalq insan hüquqları günü ilə bağlı açıqlamasında obyektivlikdən uzaq olaraq Azərbaycanın adını da mənfi halda çəkib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında YAP icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, ABŞ-ın rəsmi şəxsləri və ya başqa beynəlxalq təşkilatların nümayəndələrinin bu tipli açıqlamalarının arxasında başqa məqsədlər dayanır. “Azərbaycan insan hüquqları haqqında ümumi bəyannaməni ratifikasiya edib. Konstitusiya qəbul ediləndə də Azərbaycanın söykəndiyi insan haqları prinsipləri ümumi bəyannamədən irəli gələn müddəaları özündə əks etdirir. İndi bu və ya digər ölkəyə irad tutmaq üçün həmin dövlət gərək bu məsələlərlə əlaqədar özü nümunə göstərsin.
    14.12.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Türk dünyası xalqlarının ürəyində Heydər Əliyev sevgisi yaşayır
    Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə Ankaranın “Şeraton” otelində Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Mərasimdən əvvəl Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, deputatlar, ictimaiyyət nümayəndələri Türkiyə paytaxtındakı Heydər Əliyev Parkına gələnlər ulu öndərin abidəsi önünə əklil qoyub. Məlumatı “KƏLAMİNFO”ya DİDK-dən veriblər. Ulu öndərin abidəsinin önündə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Heydər Əliyev şəxsiyyətinin ucalığı, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib, xatirələrini paylaşıb. Mərasimdə ulu öndər Heydər Əliyevin Türkiyə ilə qardaş münasibətlərin möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən bəhs edən “Türklüyün bayraqdarı” sənədli filmi nümayiş etdirilib.
    14.12.11 Məqaləni oxumaq
     
    Əbulfəs Qarayev Doha Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib
    Doha Forumu çərçivəsində nazir Əbülfəs Qarayev bir sıra ikitərəfli görüşlər keçirib. “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Qarayev ilk olaraq Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş direktoru Taleb Rifai ilə görüşüb. Azərbaycanla təşkilat arasında yüksək münasibətlərin yarandığı vurğulanan görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Nazir Əbülfəs Qarayev Forum çərçivəsində, həmçinin qətərli həmkarı Hamad bin Abdəl Əziz Kavari ilə də görüşüb. İki dövlət arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olması qeyd olunub. Görüş zamanı münasibətlərin konkret fəaliyyətlər ilə daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
    14.12.11 Məqaləni oxumaq
     
    Milli Məclisin növbəti iclası işə başlayıb
    Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda spiker Oqtay Əsədov gündəlikdə duran məsələləri müzakirəyə çıxarıb. İlk olaraq iclasda “Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva layihə haqqında məlumat verərək bildirib ki, Azərbaycanın xarici siyasəti Cənubi Amerikaya diqqət yetirir. “Son vaxtlar bu ölkələrdə səfirliklərin və diplomatiklərin nümayəndəliklərin yaradılması bunun tərkib hissəsidir” - deyə o vurğulayıb.
    14.12.11 Məqaləni oxumaq
     
    Suriyada ölənlərin sayı 5 mini ötüb
    Suriyada ölənlərin sayı 5 mini ötüb. Onların 300-ü uşaqdır. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, bunu BMT-nin insan haqları üzrə ali komissarı Navanethem Pilley BMT Təhlükəsizlik Şurasının qapalı iclasında bildirib. Ali komissarın sözlərinə görə, 14 min insan Suriyada keçirilən aksiya zamanı həbs edilib, 12,5 min insan isə ölkədən qaçmağa məcbur olub. Komissarın məlumatları 233 şahidin ifadələrinə əsaslanıb. Bu gün ali komissar Nyu-Yorkda TŞ üzvləri qarşısında hesabatla çıxış edəcək. O bildirib ki, TŞ üzvləri qarşısında Suriyadakı vəziyyətin Beynəlxalq Cinayət Məhkəməsinin müzakirəsinə verilməsi məsələsini qaldırmaq niyyətindədir.
    13.12.11 Məqaləni oxumaq
     
    Elmir Vəlizadə: “Ali təhsildə İKT sahəsini seçən gənclərin sayı artır”
    Son illərin statistikası göstərir ki, ali məktəblərdə ixtisas seçimi zamanı informasiya texnologiyaları sahəsinə aid ixtisasları seçən gənclərin sayı artır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən “Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: Dünya ölkələri tərəfindən qazanılan təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, bu ixtisasları seçən gənclərin bilik səviyyəsinin yüksəlməsi, topladıqları keçid ballarının artması da müşahidə edilir: “Üstəlik, xaricdə təhsil dövlət proqramı çərçivəsində də İKT sahəsinə aid ixtisaslar üzrə təhsil almaq istəyən gənclərin sayında artım hiss olunur. Gənclərimiz artıq dünyanın ən qabaqcıl universitetlərində İKT təhsili alırlar”.
    13.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031