Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Bakıda müstəqilliyin 20 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilir
    “20 il milli dövlətin yaranması və inkişafı üçün çox az bir müddətdir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən “Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” adlı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. O qeyd edib ki, bu 20 il ərzində Azərbaycanda köklü islahatlar aparılıb, köklü dəyişikliklər edilib və iqtisadi əməkdaşlıq sferasında ciddi addımlar atılıb.
    07.12.11 Məqaləni oxumaq
     
    Qadınlar arasında intiharın səbəbləri ailə zorakılığıdırmı?
    Baykot, döyülmə, cinsi zorakılığa məruz qalma, romantik sevgi uşaq və yeniyetmələri intihara sürükləyə bilər

    Son vaxtlar respubilikamızda intihar hallarının sayı artmaqdadır. İntihar faktlarının dəqiq statistikası aparılmasa da, mətbuat orqanlarında az qala hər gün bir neçə nəfərin intihar etməsi barədə məlumatlar oxuyuruq. Ötən il Siyəzən rayonunda nişanlı oğlan və qız intihar edib. Rayonun Kəndahar kənd sakinləri, 1984-cü il təvəllüdlü Asif Quliyev və 1988-ci il təvəllüdlü Vüsalə Əmiraslanova özlərini asaraq həyatlarına son qoyublar.
    07.12.11 Məqaləni oxumaq
     
    Özbəkistanda amnistiya verilib
    Özbəkistan Senatı ölkə Konstitusiyasının 19 illiyi münasibətilə amnistiya qanunu təsdiq edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, sənəd prezidentin də təsdiqindən sonra qüvvəyə minəcək. Qanun qadınlar, yaşı 60-dan yuxarı olan kişi, milli azlıqlar və əcnəbi məhbuslara aid edilir. Amma terrorizm, başqa ciddi cinayətlərdə ittiham edilənlərə bu amnistiya şamil olunmur.
    07.12.11 Məqaləni oxumaq
     
    “Aşura günü” ilə əlaqədar könüllü qanvermə aksiyaları keçirilir
    Hər il olduğu kimi bu il də Məhərrəmlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu saata kimi 1150 nəfər qan verib ki, bunun da 750 nəfəri Bakının, 400-ü isə bölgələrin payına düşür. Xatırladaq ki, aksiyalar Bakı şəhərində Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında, «Təzə pir», “Bibi-Heybət”, «Mir-Mövsüm ağa», «Qaraçuxur», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər cümə məscidində təşkil olunub və günün sonuna kimi davam edəcək. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
    07.12.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: Orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlar ümidlərimizi puç edib
    “Çox təəssüflər ki, orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlərimiz puç olub”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. TQDK sədri bildirib ki, attestat qiymətlərinə uyğun olaraq qəbul qaydalarını dəyişmək hələlik mümkün deyil: “Biz bunu çox istəyərdik. Çox təəssüf ki, mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlər özünü doğrultmayıb”. M.Abbaszadə qeyd edib ki, bu il keçirilən qəbul imtahanlarında məzunların imtahan göstəriciləri ilə attestat ballarının bir-birinə uyğunluğunu əks etdirən “Abituriyent” jurnalının 12-ci buraxılışı yaxın vaxtlarda hazır olacaq. Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarının bütün statistik göstəriciləri orada əks olunacaq. TQDK bununla əlaqədar xüsusi konfrans keçirməyi də nəzərdə tutur.
    07.12.11 Məqaləni oxumaq
     
    Prezident Vladimir Putinə zəng edib
    Prezident İlham Əliyev dekabrın 6-da Rusiya baş naziri Vladimir Putinə zəng edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Rusiya Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə Vladimir Putini başçılıq etdiyi “Yedinaya Rossiya” Partiyasının əldə etdiyi qələbə münasibətilə təbrik edib. Rusiya baş naziri Vladimir Putin göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Prezident İlham Əliyev və baş nazir Vladimir Putin Yeni Azərbaycan Partiyası ilə “Yedinaya Rossiya” Partiyası arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd ediblər. Telefon söhbəti zamanı prezident İlham Əliyev və Rusiya baş naziri Vladimir Putin ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
    07.12.11 Məqaləni oxumaq
     
    Hillari Klinton: ABŞ Minsk Qrupunun fəaliyyətini dəstəkləyir
    ABŞ ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Bu sözləri ABŞ dövlət katibi Hillari Klinton ATƏT XİN rəhbərlərinin dekabrın 6-da Vilnüsdə başlayan iclasında deyib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır. Dövlət katibi Minsk Qrupuna dəstəyini nümayiş etdirərək xatırladıb ki, Dovildə Fransa və Rusiya prezidentləri regionda sülh və sabitliyin əldə olunmasının vacibliyini bildiriblər.
    06.12.11 Məqaləni oxumaq
     
    Kanadada ilk Azərbaycan mədəniyyət mərkəzi açılıb
    Ötən gün Kanadanın Vankuver şəhərində Kanadada ilk dəfə olaraq Azərbaycan mədəniyyət və icma mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Kanadadakı səfirliyimizdən veriblər. Azərbaycan mədəniyyət və icma mərkəzində Azərbaycan dilinin, musiqisinin və milli rəqslərinin tədrisi kurslarının təşkili planlaşdırılır. Qeyd olunan mərkəzin açılışında Vankuverdə yaşayan Azərbaycan icmasının fəal üzvü olan Məhəmməd Purazadın xüsusi rolu olub. Mərkəzin açılış mərasimində iştirak edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev Azərbaycan mədəniyyətinin Kanadada təbliğinin və Azərbaycan icmasının bu ölkədə mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Tədbir Azərbaycan musiqi konserti ilə bitib.
    06.12.11 Məqaləni oxumaq
     
    Liviyada yeni hökumət and içdi
    Liviyada yeni keçid hökuməti and içib. Yeni hökumət iyuna - ölkədəki parlament seçkiləri keçirilənədək işləyəcək. “KƏLAMİNFO” RİA «Novosti»yə istinadən xəbər verir ki, nazirlərin arasında iki qadın - ictimaiyyətlə işlər üzrə nazir Məbrukə əl-Cibril və dörd uşaq anası, həkim-oftalmoloq Fatma Xamruş da var. O, uzun müddət İrlandiyada yaşayıb və poçtla özü barədə məlumatları göndərərək, səhiyyə naziri təyin olunub. Liviyalıların fikrincə, ən çətin iş müdafiə naziri Uçsəma əl-Cuvalininkidir. O, silahlı qüvvələrdə islahatlar aparmalı, müxalifət tərəfindən döyüşmüş təxminən 50 min nəfəri ordu sıralarına cəlb etməlidir.
    06.12.11 Məqaləni oxumaq
     
    Şeyxülislam “Təzəpir” məscidində qan verib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı “Təzəpir” məscidində keçirilən qanvermə aksiyasında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Allahşükür Paşazadə ilə yanaşı, onun müavinləri – Hacı Sabir Həsənli, Hacı Salman Musayev, QMİ əməkdaşları da qan verib.
    06.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031