Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclər haqqında jurnal dərc edilib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Abituriyent” jurnalının 11-ci sayı nəşr edilib. “KƏLAMİNFO” xəbər verir ki, jurnalda bu il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclər haqqında məlumatlar dərc edilib. Bununla bağlı keçirilən tədbirdə TQDK sədri Məleykə Abbaszadə deyib ki, nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübələrinin öyrənilməsi, təbliğindən ibarətdir. Həmçinin məqsəd yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsidir. M.Abbaszadə bildirib ki, jurnalda gənclərin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi orta məktəb haqqında məlumatlar, bilik yarışı rekordçuları ilə müsahibələr, onların gələcək abituriyentlərə məsləhət və tövsiyələri, imtahanın gedişi barədə rəyləri və təklifləri yer alıb.
    06.12.11 Məqaləni oxumaq
     
    TQDK qəbul imtahanlarında fərqlənən nəzarətçi-müəllimləri mükafatlandırıb
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2011-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında öz vəzifələrini yüksək səviyyədə həyata keçirən nəzarətçi-müəllimlərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 5042 nəfər nəzarətçi kimi cəlb edilib. Qəbul imtahanları başa çatandan sonra bu prosesdə iştirak edən nəzarətçilərin fəaliyyəti ciddi araşdırılıb. Bu zaman çoxsaylı meyarlar nəzərə alınıb, zalı idarəetmə səviyyələri, imtahan texnologiyaları qaydalarına əməl olunması, 600-dən yuxarı bal toplayan abituriyentlərin sorğu anketlərində imtahan verdikləri zalın nəzarətçisi haqqında qeydlər, rəy və qiymətləndirilmələr və s. vacib amillər əsas götürülüb.
    06.12.11 Məqaləni oxumaq
     
    ATƏT-in sədri: “Təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini işə salmaq gərəkdir”
    «Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini işə salmaq gərəkdir». Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın XİN rəhbəri Audronyus Ajubalis Vilnüsdə işə başlayan ATƏT XİN rəhbərləri Şurasının iclasında bildirib. Həlli gecikən münaqişələr barədə danışan ATƏT sədri 6 illik fasilədən sonra Dnestryanı münaqişə ilə bağlı danışıqların başlanmasını alqışlayıb. O, Gürcüstanda münaqişələrin həllinin vacibliyini bildirərək Cenevrə müzakirələrinin aparılmasının zəruriliyini vurğulayıb. «KƏLAMİNFO» «NEWS.am»a istinadən xəbər verir ki, təşkilatın rəhbəri Dağlıq Qarabağ münaqişəsinə də toxunub: «O ki qaldı Dağlıq Qarabağ münaqişəsinə, qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini işə salmaq gərəkdir. Bu, gərginliyi azalda bilər».
    06.12.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü olub
    Vilnüsdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. “KƏLAMİNFO” “News.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan açıqlama verib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə ediblər. ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlayacaq iclasında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatın qəbulunun mümkünlüyü də müzakirə olunub.
    06.12.11 Məqaləni oxumaq
     
    Prezident Medvedevi və Putini təbrik edib
    Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə təbrik məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Dmitri Anatolyeviç, Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə siyahısına Sizin başçılıq etdiyiniz “Yedinaya Rossiya” Partiyasının qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbə Sizin həyata keçirdiyiniz, ölkədə dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatının bütün sahələrinin modernləşməsinə, dünya birliyində Rusiyanın mövqeləri və nüfuzunun möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin dost Rusiya xalqı tərəfindən dəstəklənməsini bir daha nümayiş etdirdi. Əminəm ki, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq münasibətləri, çoxtərəfli əməkdaşlığımız və strateji tərəfdaşlığımız xalqlarımızın mənafeyi, regionda sülh, təhlükəsizlik və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
    06.12.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov bu gün Bonnda Əfqanıstan üzrə Beynəlxalq konfransda iştirak edəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Almaniyanın Bonn şəhərində keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq konfransda iştirak edəcək. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Elmar Məmmədyarovun konfrans zamanı keçiriləcək müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
    06.12.11 Məqaləni oxumaq
     
    Ali təhsil məktəbləri üçün müasir kampuslar tikiləcək
    Gələn ilin əvvəlindən Azərbaycanda ali təhsil məktəbləri üçün müasir kampusların tikilməsi nəzərdə tutulub. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan Diplomatik Akademiyası, Mülki Aviasiya Akademiyası və Moskva Dövlət Universitetinin Bakı filialında ən müasir kampuslar tikilməkdədir. “Biz gələcəkdə digər ali məktəblər üçün də kampusların tikilməsini planlaşdırırıq” - deyə nazir vurğulayıb. M.Mərdanov saxta diplomlarla bağlı işlərin davam etdirildiyini də bildirib. “Qəti olaraq o fikirdəyik ki, saxta diplomlarla işləmək olmaz. Saxtalığı bəlli olan diplom sahibləri harada işləmələrindən asılı olmayaraq, işdən uzaqlaşdırılacaqlar. Saxta diplomlarla bağlı günahı olan bütün şəxslər isə öz cəzalarına çatacaqlar” - deyə nazir əlavə edib.
    06.12.11 Məqaləni oxumaq
     
    “Eurovision–2012”-nin Milli seçim turunun 2-ci həftəsi başlayır
    Bu gün “Eurovision–2012” Milli seçim turlarının 2-ci həftəsinə start verilir. İctimai Televiziyadan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu həftənin iştirakçıları Rüfət Əliyev, Mehriban Sadıqova, Fərid Həsənov, İlham Həmidov, Hüseyn Abdullayev, Məryam Kərimova, Sehri Rəhimova, “Live or Leave” qrupu və Elvin Babazadə olacaq. Bildirilib ki, ikinci həftənin iştirakçıları bu gün dünya estradasından mahnılarla səhnədə olacaq. Qeyd edək ki, Milli seçim turunun qaydalarına görə, iştirakçılar həftənin 5 günü canlı yayımda ifa və performanslarını təqdim edəcəklər. Həftənin cümə günü isə münsiflər heyətinin və tamaşaçıların SMS səsverməsi nəticəsində qalib bəlli olaraq yarımfinala vəsiqə qazanacaq. Xatırladaq ki, Milli seçim turu bu gün saat 22:00-da İctimai Televiziya ilə canlı olaraq yayımlanacaq.
    06.12.11 Məqaləni oxumaq
     
    Gənc ailələrin sosial müdafiəsi ilə bağlı yeni qanun layihəsi hazırlanacaq
    Azərbaycanda “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsi hazırlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Onun sözlərinə görə, qanun layihəsində faizsiz ipoteka kreditlərinin və gənc ailələr üçün 30 illik kreditlərin verilməsi nəzərdə tutulur. “Hazırda ipoteka kreditlərinin məbləğinin artırılması ilə bağlı təkliflər səslənir. Artıq neçə ildir ki, ipoteka krediti verilir və verilən ipotekaların faizləri geri qayıtmağa başlayıb. Bu il həmin qayıdan pulların yenidən ipoteka kimi ödənilməsi bu məbləğin artırılmasına xidmət edəcək. Gələcəkdə ipotekanın formasını dəyişməyi düşünürük. Bunlar hamısı maliyyə tutumlu ideyalardır. Əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifahının günü-gündən artırılmasıdır” - deyə H.Rəcəbli vurğulayıb. Komitə sədri deyib ki, Azərbaycanda əhalinin real gəlirlərinin artırılması, ailədə çalışanların ən azı iki nəfərə çatdırılması, kasıblıq həddinin və işsizliyin sıfıra endirilməsi məqsəd kimi qarşıya qoyulub.
    06.12.11 Məqaləni oxumaq
     
    Aşura günü ilə əlaqədar Azərbaycanda 13 məsciddə qanvermə aksiyası keçiriləcək
    Məhərrəm ayı - Aşura günü ilə əlaqədar Azərbaycanda 13 məsciddə qanvermə aksiyası keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Aksiya Səhiyyə Nazirliyinin briqadaları ilə birgə təşkil olunub. Aksiyanın keçiriləcəyi yerlər aşağıdakılardır:
    06.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031