Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Çexiyanın sabiq prezidenti vəfat edib
    Çexiyanın sabiq prezidenti Vaslav Havel 75 yaşında vəfat edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, V.Havel ağciyər xərçəngindən dünyasını dəyişib. O, 1996-cı ildə ağciyərindən əməliyyat keçirib. V.Havel 1989-cu ildə Çexoslovakiya prezident seçilib. 1993-cü il fevralın 2-də isə Havel müstəqil Çexiyanın ilk prezidenti olub. 1998-ci ildə yenidən prezident seçilən V.Havel 2003-cü ilin fevralında hakimiyyətdən gedib.
    19.12.11 Məqaləni oxumaq
     
    Şimali Koreyanın lideri Kim Çen İr ölüb
    Şimali Koreyanın lideri Kim Çen İr 69 yaşında ölüb. «KƏLAMİNFO» xəbər verir ki, onun ölüm xəbəri haqqında məlumatı dövlət televiziyası yayıb. Xəbərdə Kim Çen İrin həddən artıq fiziki və əqli işlə məşğul olması səbəbindən vəfat etdiyi bildirilib. Onun qatarla səyahət zamanı ürək tutmasından vəfat etməsi haqqında da xəbərlər var. Bu gün Şimali Koreyada Nazirlər Kabinetinin təcili toplantısı keçiriləcək. Hakimiyyətin artıq onun üçüncü oğlu Kim Çon Ina ötürülməsi prosesi başlanıb. Atası onu 2009-cu ildə varis elan etmişdi. Kim Çen İr hakimiyyətə 1994-cü ildə atası, Şimali Koreyanın qurucusu Kim İR Senin ölümündən sonra gəlmişdi. Dövlət televiziyası bildirib ki Kim Çen İrin dəfni dekabrın 28-də Pxenyanda keçiriləcək.
    19.12.11 Məqaləni oxumaq
     
    Ekspert: Fransanın Minsk Qrupunda qalması münaqişənin həllində son ümidləri də puç edə bilər
    “Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı atdığı addım rəsmi Parisin münaqişənin həllində tərəfsizliyini pozur”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, belə bir vəziyyətdə Azərbaycan Fransanın Minsk qrupunda qalmasına qarşı etirazını bildirməlidir. “Hər şey göz qabağındadır. Bu gün Fransanın hazırkı rəhbərliyinin heç nədən çəkinmədən Ermənistana rəğbət bəslədiyi açıq şəkildə görünür. Görünür, prezident Nikolo Sarkozini Fransa-Türkiyə münasibətlərinin gərginləşməsi az narahat edir və bu addım qarşıdan gələn seçkilərdə erməni lobbisinin dəstəyini almağa xidmət edir”,-deyə E.Şahinoğlu vurğulayıb. Ekspert deyib ki, ATƏT-in Minsk qrupunda Fransanın Avropa Birliyi ilə dəyişdirilə biləcəyi dəfələrlə gündəmə gəlib.
    19.12.11 Məqaləni oxumaq
     
    Putinin reytinqi ən aşağı həddə düşüb
    Əgər Rusiyada prezident seçkiləri bu bazar günü keçirilsəydi, onda ölkə vətəndaşlarının 42 faizi «Vahid Rusiya» partiyası tərəfindən seçkilərdə namizəd irəli sürülmüş baş nazir Vladimir Putinə səs verərdi. «KƏLAMİNFO» «İnterfaks»a istinadən xəbər verir ki, bunu Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin dekabrın 11-13-də ölkənin 46 vilayətinin 138 yaşayış məntəqəsində keçirdiyi sorğunun nəticələri göstərib. Qeyd edilir ki, belə bir göstərici baş nazirə seçkilərin birinci turunda qalib gəlməyə imkan vermir. Eyni zamanda, «İctimai Rəy» Fondu dekabr reytinqini müəyyən edib və bəlli olub ki, baş nazir və prezidentə etimad ilk dəfə olaraq minimal həddə düşüb. Putinə cəmi 44, Medvedyevə isə 39 faiz səs verməyə hazırdır. Halbuki, 2008-ci ildə Putində bu göstərici 70, Medvedyevdə isə 59 idi.
    17.12.11 Məqaləni oxumaq
     
    Azərbaycan Dillər Universiteti yubileyə hazırlaşır
    Azərbaycan Dillər Universiteti (ADU) Xalq yazıçısı Mirzə İbrahimovun yubileyinə hazırlaşır. Universitetin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, dramaturq, ədəbiyyatşünas, dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçiriləcək.
    17.12.11 Məqaləni oxumaq
     
    Bakıda internet imkanları “Eurovision”a görə genişləndirilir
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı hazırlıq tədbirlərini davam etdirir. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda internetə çıxış imkanlarının daha da artırılması üçün müvafiq idarə, müəssisə və provayderlərə tapşırıqlar verilib. Belə ki, həyata keçiriləcək tədbirlər nəticəsində müsabiqə keçiriləcək kompleksdə hər istifadəçinin internetə qoşulma sürətinin 1 Mbit/saniyə sürət əldə etməsi şərti ilə 4 min nəfərlik internet bağlantısının (3 min nəfərin “Wi-Fi”dan istifadə etməsi, 1 000 nəfərin isə stasionar kompüterdən istifadə etməsi nəzərə alınmaqla) təmin edilməsi, kompleksdə, mətbuat mərkəzində və digər otaqlarda tələbata uyğun internetin təşkilinin və qlobal internet şəbəkəsi ilə əlaqənin bir neçə istiqamətdə nativliyinin və ehtiyatlılığının təmin edilməsi, şəhər mərkəzindəki ticarət mərkəzlərində, restoranlarda və s. “Wi-Fi” (genişzolaqlı kabelsiz internet) xidmətinin tətbiqinin təşviq edilməsi və «Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi kompleksdə yayım üçün 1 ədəd 8 Mbit/saniyəlik sürətə malik internet kanalının təşkili nəzərdə tutulub.
    17.12.11 Məqaləni oxumaq
     
    Uşaq xalq çalğı alətləri orkestrinin konserti keçiriləcək
    Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Uşaq xalq çalğı alətləri orkestrinin konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, uşaq xalq çalğı alətləri orkestrinin tərkibində Bakı, Sumqayıt şəhər, Abşeron rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış edəcəklər. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevdir. Konsert proqramına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi daxil edilib. Tədbir 18 dekabr 2011-ci il tarixində saat 17:00-da keçiriləcək.
    16.12.11 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Ölkəmizin alnına qara ləkə yaxma cəhdini cavabsız qoymayacağıq”
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa parlamentinin gündəliyinə gələcək layihəylə bağlı növbəti sərt reaksiya verib. Davudoğlu bu dəfə etirazını Fransa da daxil olmaqla Avropa Birliyi səfirlərinə ifadə edib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Avropa Birliyinə sədrlik edən Polşanın Ankaradakı səfirinin nahar yeməyinə qatılan Davudoğlu: «Ölkəmiz alnına qara ləkə yaxma cəhdini cavabsız qoymayacaq» deyib. Davudoğlu gələn ilin ikinci yarısında Kiprin rum icmasının AB sədrliyinə başlamasını və AB-nin Kipr məsələsinə dair mövqeyini də tənqid edib.
    16.12.11 Məqaləni oxumaq
     
    Jurnalist Qadınlar Assosiasiyası yeni layihəyə start verdi
    “Jurnalistlər bütün dünyanı gəzir və eyni zamanda həmkarlarımızın yazdıqları məqalələr digər xalqlarda millətimiz haqqında fikir formalaşdırır. Biz tariximizi necə təbliğ eləsək, digər xalqlar da bizi o cür qəbul edəcəklər. Tariximizi olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası ilə Beynəlxalq Mətbuat Mərkəzinin təşkil etdiyi “Tariximizi öyrənək” layihəsinin təqdimatında və ilk master-klassında Assosiasiyanın prezidenti Sevil Yusifova bildirib. Azərbaycan tarixinin araşdırılaraq yeni kitabların yazıldığını bildirən S.Yusifova təəssüf ki, tariximizin hələ də açılmayan səhifələri və öyrənilməyən məqamlarının olduğunu bildirib: “Orta məktəb dərsliklərində problemlər var. Dərsliklərdə qüsurların olması insanları çaşdırır və suallar ortaya çıxarır”.
    16.12.11 Məqaləni oxumaq
     
    Həkimlər uğurlu nəticə əldə ediblər
    Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Belə ki, dekabrın 14-də urologiya, nevropatologiya və yoluxucu xəstəlikləri ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 24 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 23 nəfər uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları immunologiya, oftalmologiya və mamalıq-ginekologiya ixtisasları üzrə 21 dekabrda keçiriləcək.
    16.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031