Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Putinin nə qədər pulu var?
    Rusiya baş naziri Vladimir Putinin son dörd ildə gəliri təqribən 18 mln. rubl (600 min dollar) təşkil edib. Bunu Rusiya Mərkəzi Seçki Komissiyası açıqlayıb. «KƏLAMİNFO» «Dni.ru»ya istinadən xəbər verir ki, baş nazir prezidentliyə namizəd kimi qeydiyyatdan keçdikdən sonra Putinin və xanımının gəlirləri və əmlakı barədə məlumat dərc edib. Putinin əsas gəliri əmək haqqı olaraq qalır. Son illər ərzində baş nazir ay ərzində 360 min rubl əmək haqqı alıb. Əmək haqqı ilə yanaşı, o, hərbi pensiya, eləcə də səhmlərə görə dividentlər və banklardakı vəsaitlərindən faiz alır. Onun bank hesablarında 5,7 mln. rubl var. Eləcə də Sankt-Peterburq bankında 230 səhmi var. Hökumət başçısı Peterburqda 77,7 kv.m-lik evə, Moskvada 1500 kv.m torpaq sahəsinə malikdir. Onun avtoparkında əsasən köhnə sovet maşınları - 1960-cı il istehsallı QAZ M21, Lada 21214, Skif qoşqu vasitəsi yer alır. Moskvada ona 153 kv.metrlik ev və Peterburqda qaraj verilib. Lyudmila Putinin hesabında isə 8,3 mln. rubl var. Onun adında heç bir mülk qeydiyyata alınmayıb.
    23.12.11 Məqaləni oxumaq
     
    Ailə Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək
    Milli Məclisin Sosial siyasət komitəsi Ailə Məcəlləsində əlavə və dəyişikliklər üzərində iş aparır. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri komitənin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, bundan başqa, nigaha girən şəxsin icbari tibbi müayinə olunması, nigah müqavilələrinin icbari hala gətirilməsi, o cümlədən doğuşa qədər və doğuşdan sonrakı hamiləlik müddətinin artırılması, uşaqlara baxanlar üçün müavinətlərin artırılması üzərində iş aparılır: “Bunlar hamısı gündəlikdədir və müzakirə olunur. Yəqin ki, yaz sessiyasında bunların bir hissəsini qəbul edəcəyik”.
    23.12.11 Məqaləni oxumaq
     
    YAP Serbiyanın Demokrat Partiyası ilə memorandum imzalayıb
    Bu gün Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Serbiyanın Demokrat Partiyası (SDP) ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. “KƏLAMİNFO” xəbər verir ki, sənədi YAP sədr müavini, millət vəkili Əli Əhmədov və SDP sədr müavini, Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç imzalayıblar. Mərasimdə Ə.Əhmədov bildirib ki, memorandumun imzalanması Azərbaycanla Serbiya arasında əlaqələrin genişləndirilməsinə şərait yaradacaq. “İki partiyanın gənclər təşkilatlarının da bir-biri ilə sıx əlaqə yaratması mühüm amildir” - deyə Ə.Əhmədov vurğulayıb. O qeyd edib ki, partiya beynəlxalq əlaqələrini, dünya ölkələri partiyaları ilə əməkdaşlığını günü-gündən genişləndirir. “Avropa Xalq Partiyası, həmçinin Asiya ölkələrinin siyasi partiyaları ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlığın sərhədlərinin genişləndirilməsi üçün partiyanın bütün imkanları var” - deyə o, əlavə edib.
    23.12.11 Məqaləni oxumaq
     
    Prezident Kuboku uğrunda VI çövkən milli oyununun qalibi bu gün bəlli olacaq
    Prezident kuboku uğrunda VI çövkən milli oyunun finalına Şəki və Ağdam komandaları vəsiqə qazanıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu mərhələyə yüksəlmək üçün komandalar gərgin mübarizə aparıblar. Belə ki, Şəki komandası Balakən komandasına 2-1, Ağdam təmsilçiləri isə Ağstafa komandasına 2-1 hesabı ilə qalib gələrək finala çıxıblar. Yarışın 3-cü yer sahibi də məlum olub. Şəkililərə uduzan balakənlilərlə ağdamlılara uduzan ağstafalılar arasında keçirilən yarışdan sonra 1-0 hesabı ilə Balakən komandası 3-cü yeri qazanıb. Papaq və sürpapaq oyunlarına gəlincə isə, papaq oyununda Zaqatala komandası 1-ci, Goranboy 2-ci, Qəbələ isə 3-cü yer mükafatını, sürpapaq oyununda isə Oğuz 1-ci, Qax 2-ci, İsmayıllı isə 3-cü yer mükafatını qazanıblar. Xatırladaq ki, Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident Kuboku uğrunda VI çövkən milli oyunu üzrə yarışın finalına vəsiqə qazanan Ağdam və Şəki komandaları arasında final görüşü bu gün keçiriləcək və qalib bəlli olacaq.
    22.12.11 Məqaləni oxumaq
     
    Əhmədinejad Yerevana səfər edəcək
    İran prezidenti Mahmud Əhmədinejad dekabrın 23-də Yerevana səfər edəcək. «KƏLAMİNFO» xəbər verir ki, bunu İranın İRNA agentliyinə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan deyib. O bildirib ki, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti əsasında reallaşdırılır. O xatırladıb ki, səfər bir neçə ay bundan əvvələ proqnozlaşdırılmışdı, lakin tərəflər səfər zamanı imzalanacaq sənədləri hazır edə bilmədiyindən təxirə salınmışdı. Onun sözlərinə görə, iki ölkə arasında əla münasibətlər var və bunu yüksək rütbəli rəsmilərin qarşılıqlı səfərləri təsdiq edir. İran prezidentinin də səfəri iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq.
    22.12.11 Məqaləni oxumaq
     
    Prezident Administrasiyası və Milli Məclisə 2 yeni qanun layihəsi təqdim ediləcək
    Növbəti ilin əvvəlinə QHT-lərə Dövlət Dəstəyi Şurasının hazırladığı “Peşə birlikləri haqqında” və “İctimai iştirakçılıq haqqında” qanun layihələri Prezident Administrasiyası, həm də Milli Məclisə göndəriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Şura sədri bildirib ki, həmin qanun layihələri hazırda son təkmilləşmə mərhələsindədir. Qanun layihələri bu gün bir daha işçi qrupu tərəfindən dəyərləndiriləcək.
    22.12.11 Məqaləni oxumaq
     
    İraqın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir
    İraqın xarici işlər naziri Hoşyar Zebari bu gün Azərbaycana rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məəlumata görə, səfər zamanı Hoşyar Zebarinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, eyni zamanda, baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşləri nəzərdə tutulur. Sabah isə Hoşyar Zebarinin Xarici İşlər Nazirliyində mətbuat konfransı olacaq.
    22.12.11 Məqaləni oxumaq
     
    Seçkilərdə qanun pozuntuları araşdırılır
    Rusiya DİN və İstintaq Komitəsi prezident Dmitri Medvedyevə Dövlət Dumasına seçkilərdə seçki kampaniyası və səsvermənin gedişatında pozuntular haqqında məruzə edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib. Məlumatda qeyd olunur ki, təşviqat kampaniyasının başlanğıcından Federasiyanın 12 subyektndə 53 cinayət işi açılıb. Seçki kampaniyasının gedişatında pozuntularla bağlı 259 şikayət daxil olub. Bu şikayətlər əsasən “Ədalətli Rusiya” və Kommunist Partiyası tərəfindən edilib. 9 şikayət səsvermənin nəticələrnin saxtalaşdırmasına aiddir. Bunlardan beşi seçki qutularına artıq bülleten atılması, dördü isə seçicilərin ələ alınması ilə bağlıdır.
    22.12.11 Məqaləni oxumaq
     
    Musa Yaqub: “Azərbaycan dili sanki unudulub”
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) 2010-cu ildən başlayaraq Azərbaycan dilinin qorunması və inkişafına dəstək vermək istiqamətində silsilə tədbirlər həyata keçirir. “KƏLAMİNFO” xəbər verir ki, fond rəhbərliyi bu istiqamətdə həyata keçirdiyi “Küçə reklamlarında dövlət dilinin qorunması: real vəziyyət, problemlər və həlli yolları” mövzusunda tədbir keçirib. Tədbirdə çıxış edən SAMF sədri Musa Yaqub bildirib ki, fond küçə reklamlarında Azərbaycan dilinin qorunması ilə bağlı layihə reallaşdırır: “Həyəcan təbili çalmaq üçün kifayət qədər əsaslar var. Azərbaycan dili sanki unudulub, qanunlara əməl edilmir”.
    22.12.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Rusiyada və Qazaxıstanda baş verən hadisələr Azərbaycana təsiri edə bilməz
    “Azərbaycanda bəzi müxalifət qüvvələri xalqın iradəsinə söykənmək əvəzinə, dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolunu tutub”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, müxalifətin bu metodu təzə hadisə deyil. “Biz bunu son 3 ildə Qırğızıstanda, Liviyada, Tunisdə, Misirdə və digər ölkələrdə yaşanan proseslərdən sonra Azərbaycan müxalifətinin hərəkətlərində hiss edirik”-deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyib ki, Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq şəkildə xalqın iradəsinə söykənmək lazımdır. “Əgər bu iradəyə cavab vermirlərsə onların istənilən arzusu, istənilən planları məhvə məhkumdur. Ona görə də biz heç bir zaman Azərbaycanın xaricində baş verən hadisələrlə ölkə daxilindəki prosesləri eyniləşdirmirik. Onlar arasında əlaqə axtarmırıq, çünki burada heç bir əlaqə yoxdur.
    22.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031