|
Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
Azərbaycanda bu il 467 nəfər QİÇS-dən dünyasını dəyişib
|
“2011-ci ilin 11 ayı ərzində Azərbaycanda 467 nəfər yeni İİV-ə yoluxma qeydə alınıb. Onlardan 465-i (97.7%) Azərbaycan vətəndaşı, 11 nəfəri (2.3%) əcnəbi vətəndaşlardır”. “KƏLAMİNFO” xəbər verir ki, bu rəqəmləri Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzinin “1 dekabr - Ümumdünya QİCS-lə Mübarizə Günü” ilə bağlı keçirdiyi mətbuat konfransında mərkəzin direktoru Həqiqət Qədirova açıqlayıb.
|
01.12.11 Məqaləni oxumaq
|
|
|
Vəfa Quluzadə: “Qafqazda partizan müharibəsinin güclənmə ehtimalı çoxdur”
|
“Vladimir Putin Rusiyada növbəti hakimiyyəti dövründə piar kimi Qafqazdakı vəziyyətdən bacardıqca istifadə etməyə çalışır. Amma ortada olan fakt odur ki, o, uzun müddət hakimiyyətdə olmasına baxmayaraq, hələ də Qafqazda Rusiyanın səbəbkarlığı ilə başlayan münaqişələri hələ də bitirə bilməyib”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.
Politoloq deyib ki, bu münaqişələrin, xüsusilə də Qarabağ kimi müharibə qığılcımı həll olunmadıqca, Rusiyanın özü üçün də regionda ciddi problemlər yaşanacaq.
|
01.12.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: Bu abidələrin bəziləri ilə bağlı digər dinlərin nümayəndələri tərəfindən özününküləşdirməyə cəhdlər olub
|
Azərbaycan və Gürcüstan arasında, sərhəd bölgədə yerləşən qədim alban mədəniyyəti nümunələrinin kimə məxsus olduğu müvafiq qurumların xətti ilə dəqiqləşdirilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə.Həsənov deyib ki, sərhəddə yerləşən və tərəflər arasında mübahisəli hesab olunan "David Qareci" məbədi ilə bağlı məsələ üzərində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası işləyir. Onun sözlərinə görə, hazırda Azərbaycan dövləti öz milli mədəniyyətinə, ənənələrinə, tarixinə sahib olduğu kimi, Azərbaycan ərazisində Qafqaz Albaniyasına aid olan tarixi abidələrə sahiblik istiqamətində də fəaliyyət göstərir.
|
01.12.11 Məqaləni oxumaq
|
|
|
PA rəsmisi: Ermənistan danışıqlardan məsələnin uzadılması məqsədilə istifadə edirlər
|
Münasibətlərin tənzimlənməsindəki əsas istiqamətlərdən biri icmalararası danışıqların olmasıdır. Rəsmi Bakı bu məsələyə önəm verir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakının Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin azərbaycanlı icma ilə noyabrın 28-də Berlində keçirilən görüşə gəlməməsinə münasibət bildirərkən deyib.
"Dağlıq Qarabağın azərbaycanlı icması danışıqlarda iştirak etməyə həmişə hazır olub. Amma ermənilərin danışıqlara hansı səbəblərdən gəlmədiyini araşdırmaq lazımdır. Bu da o deməkdir ki, ermənilər işğal siyasətlərinə son qoymaq istəmirlər. Danışıqlardan da məsələnin uzadılması məqsədilə istifadə edirlər.
|
01.12.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: Ermənilərin tarixi saxtalaşdırılması bütün dünyanın gözü qarşısında baş verir
|
“Ermənilər tərəfindən qədim tarixin, eyni zamanda müasir tarixin saxtalaşdırılması bütün dünyanın gözü qarşısında baş verir. Ermənistan tarixçilərinin özlərindən miflər uyduraraq, sonra bu miflər üzərində öz tarixlərini qurmaları bir yana, onlar bütün dünyada elmi aldatmaqla məşğuldurlar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində rolu” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
Ə.Həsənov bildirib ki, ermənilər dünyanın ayrı-ayrı siyasi ensiklopediyalarına saxta məlumatlar yerləşdirməklə, Cənubi Qafqazın tarixini saxtalaşdırırlar:
|
01.12.11 Məqaləni oxumaq
|
|
|
Moldova GUAM-da sədrliyi Azərbaycana ötürür
|
Moldova dekabrın 6-7-də Demokratiya və İqtisadi Təşkilat - GUAM-da sədrliyi Azərbaycana ötürəcək. Bu barədə təşkilatın Koordinasiya Şurasının Kişinyovda keçirilən toplantısında qərara alınıb. В«KƏLAMİNFOВ» В«Qruziya-onlaynВ»a istinadən xəbər verir ki, iclas çərçivəsində iştirakçılar - Moldovanın xarici işlər nazirinin müavini Andrey Popov, Ukrayna XİN rəhbərinin müavini Pavel Klimkin, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev və GUAM-ın baş katibi Valeri Çeçalaşvili iştirak edib. Onlar GUAM ölkələri arasında siyasi və iqtisadi sahələrdə olan məsələləri müzakirə ediblər. Moldova tərəfi GUAM üzvlərinin xarici tərəfdaşları ilə energetika, nəqliyyat infrastrukturu sahəsində münasibətlərin inkişaf etdirilməsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, fövqəladə halların xəbərdar edilməsi, turizmin inkişaf etdirilməsi, informasiya və nanotexnologiyaların inkişafını müzakirə ediblər.
|
01.12.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|