Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    ADNA tələbələrinə bərk məişət tullantılarının idarə edilməsi mövzusunda mühazirə oxunub
    “Təmiz Şəhər” ASC illik fəaliyyət planına uyğun olaraq əhalinin tullantılarının idarə edilməsi haqqında biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti maarifləndirmə tədbiri dekabr ayının əvvəlində Azərbaycan Dövlət Neft Akademiyasında keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ADNA-dan veriblər.
    09.12.11 Məqaləni oxumaq
     
    Aydın İsmiyev: “Dəmir yolu turizm üçün hələ inkişaf etməyib”
    “Dəmir yolu infrastrukturu turizm üçün inkişaf etməyib. Amma bu planda var və nəzərdə tutulub ki, dəmiryolu turizminin inkişafını müasir standartlara cavab verən turist vaqonları ilə təmin edib bu sahədə də ölkələrarası turizm mübadiləsində müəyyən nailiyyətlərə də öz imzamızı ataq”. “KƏLAMİNFO” xəbər verir ki, bu açıqlamanı jurnalistlərə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev verib. Şöbə müdiri bu sahədəki tariflərə gəlincə bildirib ki, ölkədaxili xarici turistlər üçün tariflər müəyyənləşdirilib, amma dəmiryolu turizmində tariflər hələ tam dəqiq deyil: “Bu o zaman məlum olacaq ki, bu sahədə infrastruktur hazır olsun və bu mexanizm işə düşsün. Biz bu haqda təkliflərimizi vermişik və əlbəttə ki, bu işin tam şəkildə həyata keçirilməsi bir və ya iki ilin ərzində baş verə bilməz”.
    09.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı politoloq: “Rusiya inqilabi dəyişikliklərlə deyil, təkamül yolu ilə hərəkət edəcək”
    “Qonşu Rusiyada seçkidən sonra ümumilikdə prosesi Medvedev-Putin tandeminin qələbəsi kimi təqdim etsələrə də nəticələr göstərir ki, bu, Putin üçün gözlənilməz oldu”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Politoloq deyib ki, hakim partiya Dumada konstitusiyon çoxluq təşkil edə bilmədi. “Ən güclü müxalif qüvvələr olan Rusiya Kommunist Partiyası, Liberal Demokrat Partiyası və Ədalətli Rusiya mövqelərini möhkəmlətdilər. Hətta “Yabloka”da qələbə çaldı. Yəni 3 faiz artıq səs topladı. Bu səslər hakim partiyanın səslərinin itirməsi nəticəsində baş verdi. Bununla belə hakim partiya mövqeyini qoruyur. Bu göstərir ki, əslində Rusiyanın siyasi həyatında müxalifət-iqtidar mənasında tarazlıq yaranıb. Şübhəsiz ki, toqquşmalar, nümayişlər olur, amma bunlar kütləvi xarakter daşımadı.
    09.12.11 Məqaləni oxumaq
     
    Qriqori Karasin həmsədrlərlə görüşüb
    Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ATƏT-in Minsk qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri Bernar Fasye, İqor Popov və Robert Bradtke ilə görüşüb. “KƏLAMİNFO” Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik və Minsk qrupunun həmsədri postunda Fasyeni əvəz edəcək Jak For da iştirak edib. Söhbət zamanı Vilnüsdə dekabrın 6-7-də keçirilən ATƏT XİNŞ-nin iclasının yekunları nəzərə alınmaqla Dağlıq Qarabağ nizamlanması üzrə birgə işin məsələləri müzakirə olunub.
    09.12.11 Məqaləni oxumaq
     
    QHT-lərə Dövlət Dəstəyi Şurası ümummilli lider Heydər Əliyevi anım mərasimi keçirib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ümummilli lider Heydər Əliyevin xatirəsini anım mərasimini keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir. O, qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyev xalq tərəfindən böyük şövqlə anılır. “ona görə ki, onun bu xalqın, bu cəmiyyətin həyatındakı rolu danılmazdır.
    09.12.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Yanvarda sınaq imtahanları olmayacaq”
    “2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanları ilə bağlı sınaq imtahanları deyildiyi kimi gələn ilin yanvarında olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə bildirib. O, bunu onunla əlaqələndirib ki, imtahanın keçirilməsi üçün vəsait TQDK-nın hesabına yanvarın axırında köçürüləcək. “Bundan sonra maddi bazamızı müəyyənləşdirib işçilərimizin maaşlarını ödəməliyik. Bu səbəbdən də texniki səbəblərə görə yanvar ayında sınaq imtahanı keçirilməyəcək” - deyə o, əlavə edib.
    09.12.11 Məqaləni oxumaq
     
    Tarixi-mədəni irsimizin təbliği məqsədilə 2012-ci ildə silsilə tədbirlər planlaşdırılır
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq səviyyədə ölkəmizin tarixi-mədəni irsinin təbliği məqsədilə 2012-ci ildə beynəlxalq təşkilatlar və ikitərəfli əməkdaşlıq vasitəsilə silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, gələcəkdə Qafqaz Albaniyasının mədəni irsinə dair vahid məlumat bazasının və saytın hazırlanması, bu istiqamətdə milli və beynəlxalq layihələrin dəstəklənməsi, ölkə ərazisində bütün regionlarda qədim Qafqaz Albaniyası dövrünə aid abidələrin identifikasiyası, tədqiqi, bərpası və qorunması, Azərbaycan Respublikası ərazisində mövcud olan Qafqaz Albaniyası abidələrin ölkə və xaricdə tanıdılması məqsədilə təbliğat materialların hazırlanması, Qafqaz Albaniyası irsinə dair filmin çəkilişi və fotosərginin keçirilməsi, Qafqaz Albaniyası abidələrinin YUNESKO-nun Dünya İrsi Siyahısına təqdim edilməsi və bununla bağlı beynəlxalq və yerli tədbirlərin nazirlik tərəfindən təşkili nəzərdə tutulub.
    09.12.11 Məqaləni oxumaq
     
    Putin seçki qərargahına rəhbərliyi kinorejissora təklif etdi
    Rusiyanın baş naziri Vladimir Putin özünün seçki qərargahına rəhbərlik etməyi rejissor Stanislav Qovoruxinə təklif edib. Baş nazir bu bəyanatla bu gün Ümumrusiya Xalq Cəbhəsinin koordinasiya şurasının iclasında çıxış edib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Putin izah edib ki, onun seçki qərargahı Xalq Cəbhəsinin bazasında fəaliyyət göstərəcək.
    09.12.11 Məqaləni oxumaq
     
    TQDK sədri: “Orta məktəblər üçün çap edilən dərsliklərdə ciddi nöqsanlar var”
    “Etiraf edək ki, bu gün orta məktəblər üçün çap edilən dərsliklərdə ciddi nöqsanlar var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində səhvlər xüsusilə çoxdur. “Bu, çox ciddi məsələdir, çünki şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər” - deyə M.Abbaszadə vurğulayıb. O bildirib ki, “Abituriyent” jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. “Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq. Qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlər bu jurnalı oxumalıdırlar. Tarix dərsliyində səhvlər mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yaxşı hal deyil” - deyə o, əlavə etdi.
    09.12.11 Məqaləni oxumaq
     
    Politoloq: “ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri vəziyyətə yenidən canlanma gətirib”
    “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşündən ciddi nəsə gözləmək düzgün olmazdı”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. O, qeyd edib ki, bir az əvvəl Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşdən sonra sanki Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən durğunluq yaranıb. “Amma ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri vəziyyətə yenidən canlanma gətirib. Hələ ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ya Ermənistan tərəfindən yeni sülh təklifləri yoxdur. Mahiyyət etibarilə ortalıqda köhnə yanaşmalar qalmaqdadır. Azərbaycan tərəfinin mövqeyi də dəyişilməz olaraq qalır. Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə və tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan tərəfi yalnız bu şərtlər çərçivəsində kompromisə getməyə hazırdır.
    09.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031