Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Ərdoğanın istirahət müddəti daha bir neçə gün uzadılıb
    Noyabrın 26-da həzm sistemi əməliyyatı keçirən və noyabrın 29-da xəstəxanadan çıxan baş nazir Rəcəb Tayyib Ərdoğan İstanbuldakı evində dincəlir. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, baş nazir Ərdoğan cümə günü Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, şənbə günü isə ABŞ vitse-prezidenti Cozef Baydenlə görüşüb. İnfeksiya riski səbəbilə baş nazirin yanına ailə üzvləri xaricində ziyarətçi qəbul edilmir. Həkimlərin məsləhəti ilə Ərdoğanın istirahət müddəti daha bir neçə gün uzadılıb. Bu səbəbdən Nazirlər Kabinetinin bugünkü toplantısı təxirə salınıb. Ərdoğanın 10-12 dekabr tarixləri arasında keçiriləcək Mədəniyyətlər İttifaqı sammitində iştirak üçün dekabrın 10-da Qətərin paytaxtı Dohaya getməsi gözlənilir. Baş nazir bu tarixə qədər İstanbulda qalacaq.
    06.12.11 Məqaləni oxumaq
     
    “Teatrın heyətində əsaslı dəyişikliklər etmək çox vacibdir”
    “Teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün müsabiqənin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, yenicə təmirdən çıxacaq teatrda xüsusilə lazımdır. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə düşən həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri, Dövlət Musiqili Komediya Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edilməsi haqqında açıqlama verərkən bildirib. Onun sözlərinə görə, hal-hazırda teatrda kadr çatışmazlığı var və bu boşluğu doldurmaq üçün yeni, istedadlı kadrlara çox ehtiyac var: “Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaq”.
    05.12.11 Məqaləni oxumaq
     
    Şagirdlər və İKT
    Azərbaycan məktəbliləri arasında informasiya texnologiyalarına

    marağı artırmaq və bu istiqamətdə kadr potensialını gücləndirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən məqsədyönlü iş aparılır. İnformasiya texnologiyalarının təhsil prosesinə tətbiqini genişləndirmək, şagird və muəllimləri İKT-nin geniş tətbiq olunması işinə cəlb etmək, eləcə də istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək naminə müxtəlif müsabiqələrin keçirilməsi təcrübəsindən istifadə edilir.
    05.12.11 Məqaləni oxumaq
     
    Müəllimlərin və həkimlərin əmək haqları artırılacaq
    “Ölkə başçısının fərmanı ilə minimum əməkhaqqının 10 faiz artırılması bir başlanğıcdır, gələn ildən etibarən müəllimlərin və həkimlərin əmək haqqı artırılacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O qeyd edib ki, bir müddət əvvəl Azərbaycanda minimum əmək haqqı 25 manat idisə, hazırda 125 ABŞ dolları təşkil edir. “Bunu inflyasiya tempinə uyğunlaşdırsaq, Azərbaycanda dinamik inkişafın getdiyini görərik” - deyə komitə sədri vurğulayıb. H.Rəcəbli deyib ki, minimum əmək haqqının artırılması 600 min nəfəri əhatə edəcək və bu, 500 milyon manata yaxın əlavə maliyyə vəsaiti deməkdir. “Azərbaycan prezidentinin maliyyə qurumlarına verdiyi göstəriş ilin sonuna və ya gələn ilin əvvəlinə qədər böyük bir qrup insanın əmək haqqının artırılmasına yönəlib” – deyə o, əlavə edib.
    05.12.11 Məqaləni oxumaq
     
    Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq
    Gələn ilin əvvəlindən etibarən Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. O qeyd edib ki, qiymətləndirmə “Dövlət qulluğu haqqında” qanuna edilən əlavə və dəyişikliklərdə nəzərdə tutulub. “Hazırda bunun tətbiqi üçün komissiya tərəfindən Dövlət Sosial Müdafiə Fondu və Sumqayıt şəhər İcra Hakimiyyətində pilot layihələr həyata keçirilir. Bu, Prezident Administrasiyasının göstərişi ilə həyata keçirilir və yüksək nəticə əldə olunmasını gözləyirik” - deyə B.Xəlilov vurğulayıb. O bildirib ki, burada məqsəd rəhbər dövlət qulluğu işçilərini fəaliyyətin qiymətləndirilməsi mexanizmləri ilə tanış etməkdir. “Layihə başa çatandan sonra əldə edilən nəticələr əsasında dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi haqqında qaydalar təsdiq ediləcək” - deyə o, əlavə edib.
    05.12.11 Məqaləni oxumaq
     
    ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin Şurası Qarabağ nizamlanması ilə bağlı bəyanat qəbul edəcək
    ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin Şurasının dekabrın 6-7-də Vilnüsdə keçiriləcək illik toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanat qəbul ediləcək. «KƏLAMİNFO» xəbər verir ki, «Novosti Armeniya»ya diplomatik mənbələrdən verilən məlumata görə, ayrıca Ermənistanla Azərbaycan arasında hər hansı bir sənəd imzalanmayacaq. Az əvvəl «NEWS.am» məlumat vermişdi ki, Ermənistan XİN iclas çərçivəsində iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin, eləcə də Minsk qrupu həmsədrlərinin görüşünün keçiriləcəyini nə təkzib, nə də təsdiq etmişdi. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib ki, belə görüşlər barədə lazım gələrsə məlumat verilir: «İndi yalnız onu deyə bilərəm ki, Nalbandyan Vilnüsdə keçiriləcək toplantıda iştirak edəcək».
    05.12.11 Məqaləni oxumaq
     
    Roland Kobia: “Azərbaycan addım-addım Avropaya irəliləyir”
    “Bu gün hər bir dövlət üçün demokratiya və insan haqlarının qorunması prioritet olmalıdır və biz Azərbaycanın bu istiqamətdə çalışmasının şahidiyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Dövlət İdarəçilik Akademiyasında “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı Avropa İttifaqının Bakı ofisinin rəhbəri Roland Kobia bildirib. O qeyd edib ki, hər bir dövlətdə korrupsiya ilə mübarizə və şəffaflığın qorunması vacib əhəmiyyət daşımalıdır. “Azərbaycan da Avropanın bir hissəsi olduğu üçün bu istiqamətdə səylərini əsirgəməməlidir. Bu, ilk baxışdan çox çətin görünsə də, nəzərə alaq ki, artıq Azərbaycan addım-addım Avropaya irəliləyir” - deyə R.Kobia vurğualyıb. Onun sözlərinə görə, Azərbaycanın Avropada tanınmasında gələn ilin mayında keçiriləcək “Eurovision” müsabiqəsi, həmçinin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi öz töhfəsini verəcək.
    05.12.11 Məqaləni oxumaq
     
    Ermənistan prezidenti tibbi müayinədən keçib
    Ermənistan prezidenti Serj Sarkisyan «Nairi» tibb mərkəzində iki saat vaxt keçirib. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə Yerevanda dərc edilən «168 jam» qəzeti məlumat yayıb. Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan bununla bağlı aşağıdakıları bildirib: «Ermənistan prezidentinin səhhəti ilə bağlı hər hansı bir problem mövcud deyil. Onun səfərinin məqsədi isə planlı tibbi müayinədən keçmək olub. Mən artıq demişəm və təkrar edirəm, istənilən şəxs mütəmadi olaraq tibbi müayinədən keçməlidir».
    05.12.11 Məqaləni oxumaq
     
    Rusiyada 4 partiya baryeri aşa bilib
    Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Vladimir Çurov 450 yerlik Dövlət Dumasına seçkilərin nəticələrini açıqlayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, MSK bülletenlərin 96 faizinin hesablanmasını başa çatdırıb. Yekun olmayan nəticələrə görə, parlamentin aşağı palatasında «Vahid Rusiya» 238, Kommunist Partiyası 92, Liberal Demokrat Partiyası 56, «Ədalətli Rusiya» bloku isə 64 deputat yeri qazanıb. Digər siyasi partiyalar 7 faizlik minimum baryeri aşa bilməyiblər.
    05.12.11 Məqaləni oxumaq
     
    Bakıda V Beynəlxalq Mstislav Rostropoviç festivalı davam edir
    Heydər Əliyev Sarayında V Beynəlxalq Mstislav Rostropoviç festivalının dünən təntənəli açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir.
    05.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031