Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Hərbi diktator təhvil verildi
    Panamanın 1980-ci illərdə narkotik alveri ilə məşğul olan sabiq hərbi diktatoru Manuel Norieqa bu gün vətənə qayıdır. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, o, narkotik alveri və pul yuyulması ittihamları ilə ABŞ və Fransada 20 il həbs cəzası çəkib. Bu gün o, Fransa hökuməti tərəfindən Panama polisinə təhvil verilib. Norieqa Panamada diktator qismində törətdikləri cinayətlərə görə əlavə 20 illik həbs cəzası ilə üzləşəcək. Bu ittihamlara onun öz rəqiblərini öldürtdürməsi daxildir. 77 yaşlı sabiq lider yaşına görə ev dustağı ola bilər. Bu qərarı Panama hökuməti verəcək. Etirazçılar hökuməti Norieqanı həbsdə saxlamağa çağırıblar.
    12.12.11 Məqaləni oxumaq
     
    Məzahir Pənahov: Rusiyada keçirilən seçkilərdə seçicilər üçün kifayət qədər şəffaf şərait yaradılmışdı
    Rusiyada keçirilən seçkilərdə seçicilər üçün kifayət qədər şəffaf şərait yaradılmışdı. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Rusiyada keçirilən seçkiləri müşahidə edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. “Nəzərə alsaq ki, Rusiyada 100 mln-dan çox seçici var və bu qədər insan üçün seçkiləri təşkil etmək böyük məsuliyyət tələb edir. Rusiya hökuməti seçkiləri kifayət qədər yüksək səviyyədə təşkil edib. Narazılıqlar ondan ibarət ola bilər ki, müəyyən seçki dairələrində seçkilərin nəticələrinə ola bilsin ki, düzgün qiymət verilməyib. Böyük ehtimalla Rusiya hökuməti bu məsələni araşdıracaq və ehtiyac olarsa orada seçkiləri yenidən təşkil edəcək” – deyə M.Pənahov vurğulayıb.
    12.12.11 Məqaləni oxumaq
     
    Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilir
    Dünyanın bir sıra ölkələrində məskunlaşan azərbaycanlılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir, onun həyat və fəaliyyətindən bəhs edən konfrans, Dəyirmi masa, sərgilər keçirirlər. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri keçirilir. Heydər Əliyevin xatirəsini Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada yaşayan azərbaycanlılar da anırlar. Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr olunan tədbirlər keçirilir.
    12.12.11 Məqaləni oxumaq
     
    Azərbaycana gələn turistlərin 55%-i sərhədyanı ölkələrdəndir
    “Xaricdən Azərbaycana gələn turistlərin sayına görə onların 50-55%-ini qonşu ölkələrin vətəndaşları təşkil edir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Sərhədyanı turizmin inkişaf perspektivləri”nə həsr olunan beynəlxalq konfransda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev məlumat verib. Sektor müdiri bildirib ki, turizm ili çərçivəsində bir sıra beynəlxalq tədbirlər keçirilib. Sərhədyanı turizmin çox aktual olduğunu vurğulayan A.İsmiyev bu turizm növünün bütün dünya xalqları arasında sərfəli olduğunu qeyd edib: “Burada həm məsafənin yaxınlığı, həm də maliyyə vəsaitinin az tələb olunması amili əlbəttə ki, turistlərin qonşu ölkələrə səfər etmələrinə daha çox təsir edir. Bütün sərhədyanı ölkələrlə bizim əlaqələrimiz var. Biz İran, Gürcüstan, Türkiyə, Rusiya və digər sərhədyanı ölkələrlə turist mübadiləsi edirik”.
    10.12.11 Məqaləni oxumaq
     
    Oqtay Əsədov Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver ilə görüşüb
    Macarıstanda səfərdə olan Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Milli Assambleyasının sədri Laszlo Köver ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, dövlətlərarası münasibətlərin inkişafında qanunverici orqanların rolu və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra hər iki spiker mətbuat nümayəndələrinə görüşün nəticələri barədə açıqlama veriblər.
    10.12.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Ceyms Aparturayla ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə keçirilən ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Aparturayla görüş keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Görüşdə NATO ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. C.Aparturay NATO-nun Azərbaycanın ISAF-ın (Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri) işinə verdiyi tövhəni yüksək qiymətləndirdiyini vurğulayıb. C. Aparturay nazir Elmar Məmmədyarovun ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasındakı çıxışını da yüksək qiymətləndirib.
    10.12.11 Məqaləni oxumaq
     
    “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” adlı tədbir keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış ictimai xadim, jurnalist Nəsiq İmanquliyevin 100 illik yubileyinə həsr olunan “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” adlı tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistikası tarixində özünəməxsus yeri olan bir şəxsiyyətdir. O, qeyd edib ki, Nəsir İmanquliyev öz dəsti-xətti ilə seçilib və bu onun tərəfindən yaradılmış “Bakı” və “Baku” qəzetlərinin yazılarında da əks olunub.
    10.12.11 Məqaləni oxumaq
     
    Barak Obama respublikaçıların ittihamlarını rədd edib
    ABŞ prezidenti Barak Obama respublikaçıların onun xarici siyasətinin sakitləşdirməyə əsaslandığı barədə ittihamlarını rədd edib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, Amerika prezidentliyinə respublikaçı namizədlərin onun administrasiyasının xarici siyasətinin yumşaqlığına dair iddiaları barədə prezident deyib ki, “Əl-Qaidə” lideri Üsamə Bin Laden və digər 20 terrorçu onun administrasiyası dövründə öldürülüb. Ağ Evdə dövlət başçısı müxbirlərin Avropanın iqtisadi böhranına dair suallarını da cavablandırıb. O deyib ki, Avropa İttifaqının böhranı həll etməsi üçün Avropa kifayət qədər sərvətə malikdir və maliyyə probleminin həlli siyasi iradədən asılıdır.
    10.12.11 Məqaləni oxumaq
     
    ABŞ-da işsizliyin səviyyəsi azalır
    ABŞ-ın əmək bazarında vəziyyətin bir qədər yaxşılaşdığı müşahidə olunur. Son həftələrdə işsizliyə görə təzminat istəyənlərin sayı birinci rüblə müqaisədə ən aşağı həddə düşüb. “KƏLAMİNFO” “Newsru.com”a istinadən xəbər verir ki, eyni zamanda sahibkarların daha çox adamı işə götürməsi barədə məlumatlar var. Hökumətin məlumatına görə, işsizliyin səviyyəsi 9 faizdən 8,6 faizə düşüb.
    09.12.11 Məqaləni oxumaq
     
    Rusiyalı jurnalist Sorokina prezidentin yanındakı şuranı tərk edib
    Rusiyalı jurnalist Svetlana Sorokina və iqtisadçı İrina Yasina prezidentin yanındakı vətəndaş çəmiyyətinin inkişafı institutları şurasını tərk ediblər. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, İrina Yasina deyib ki, onlar etiraz aksiyaçıları ilə repressiv davranışa görə bu addımı atıblar.
    09.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031