Hər il ailə zorakılığı artır?
|
Bu gün ailədə zorakılıq görən qadınlar üçün dövlət sığınacaq yaratmayıb. Ölkənin bəzi QHT-ləri düşünür ki, sığınacaq bələdiyyələrdə olmalıdır. Türkiyədə “Ana evi” var. Orada qadın bələdiyyəyə müraciət edir, sığınacağa yerləşdirilir. Bələdiyyə artıq onun yoldaşı ilə danışır. “Ana evi”ndə həkim, psixoloq, hüquqşünas, polis var. Bu daha çox bizim mentalitetimizə uyğundur.
|
03.12.11 Məqaləni oxumaq
|
|
|
Əhməd Davudoğlu Tehran və Londonu barışdırmağa cəhd göstərir
|
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Tehran və Londonu barışdırmağa cəhd göstərir. «KƏLAMİNFO» İranın «FARS» agentliyinə istinadən xəbər verir ki, Davudoğlu İran və Britaniya XİN rəhbərlərinə zəng edib. O, iki dövlət arasında münasibətlərin tamam şəkildə kəsilməsinin qarşısının alınması ümidi ilə bu addımı atıb.
|
03.12.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın Gürcüstanla sərhədində mina və partlamamış hərbi sursatların təmizlənməsi layihəsi həyata keçiriləcək
|
Azərbaycanın Gürcüstanla sərhədində mina və partlamamış hərbi sursatların təmizlənməsi layihəsi həm hökumət, həm də donorlar tərəfindən müsbət qarşılanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən tədbirdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin meneceri Musa Cəlalov bildirib. Onun sözlərinə görə, tezliklə layihənin icrasına başlanacaq. “Yaxın 48 ay müddətində həyata keçiriləcək layihənin ümumi məbləği 9 milyon avrodur” - deyə M.Cəlilov vurğulayıb.
ANAMA nümayəndəsi hazırda Bakı şəhərinin Qaradağ rayonunun Güzdək qəsəbəsində partladılmış keçmiş sovet hərbi bazasının ərazisində aparılan əməliyyatlar barədə də məlumat verib. O bildirib ki, bu bazada indiyədək Azərbaycan Ordusuna tanış olmayan silahlar aşkar edilir. “Bunlar vaxtilə həmin ərazini tərk edən sovet ordusu tərəfindən buraxılan silahlardır” - deyə o, əlavə edib.
|
03.12.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrana səfəri başlayır
|
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bu gündən dekabrın 5-dək İranda səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı keçiriləcək görüşlərdə əsasən Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhəd boyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyət müzakirə ediləcək. Bundan başqa, aparılacaq müzakirələrdə qarşılıqlı ictimai-siyasi əhəmiyyət kəsb edən digər məsələlər də diqqət mərkəzində olacaq.
|
03.12.11 Məqaləni oxumaq
|
|
|
“Reuters”-in rəhbəri istefaya gedir
|
Dünyanın ən məşhur informasiya agentliklərindən biri – “Thomson Reuters”-in rəhbəri Tom Qloser istefaya gedir. Yanvarın 1-dən onun yerini holdinqin idarəedici direktoru Ceyms Smit tutacaq. Bu şəxs agentliyin əsasını qoyan ailəyə yaxınlığı ilə seçilir. «KƏLAMİNFO» «Accosiated Press»ə istinadən xəbər verir ki, Qloserin istefaya göndərilməsinə səbəb agentliyin gəlirinin aşağı düşməsidir.
Tomson ailəsinə «Reuters»in səhmlərinin 55 faizi məxsusdur. Artıq onun 5 mlrd. dollar itirdiyi bildirilir. İlin əvvəlindən isə «Reuters»in səhmlərinin qiyməti 29 faiz ucuzlaşıb.
|
02.12.11 Məqaləni oxumaq
|
|
|
ABŞ Senatı İrana qarşı sanksiyaları təsdiq edib
|
ABŞ Senatı İranın Mərkəzi Bankı ilə əlaqələrin kəsilməsi də daxil olmaqla bu ölkəyə qarşı sanksiyaları təsdiq edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Obama administrasiyası bu sanksiyaların ABŞ-ın müttəfiqlərlə münasibətlərini korlaya biləcəyini bildirib. Yeni qanun layihəsinə görə, İran Mərkəzi Bankı ilə işgüzar əlaqələr qurmuş əcnəbi bankları ABŞ-da cəzalandıracaqlar.
Qanun layihəsi bundan sonra Nümayəndələr Palatasında müzakirə olunacaq.
|
02.12.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycandan Əfqanıstana 15 min ədəd mina təhlükəsinə dair maarifləndirmə dərsliyi göndəriləcək
|
Bu ilin dekabr ayının 25-nə qədər Azərbaycanın yardımları çərçivəsində 15 min ədəd mina təhlükəsinə dair maarifləndirmə dərsliyi Dari dilində nəşr olunaraq Əfqanıstana göndəriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) meneceri Musa Cəlalov bildirib. O qeyd edib ki, gələn il ANAMA nümayəndələri Əfqanıstana gedərək həmin dərsliklərin təqdimatını keçirəcək və həmin fənni tədris edən əfqan müəllimləri üçün kurslar təşkil edəcək. “Eyni zamanda, bu il ANAMA tərəfindən 10500 dərslik nəşr olunaraq Əfqanıstana göndərilib”-deyə o, əlavə edib.
|
02.12.11 Məqaləni oxumaq
|
|
|
Əlil pensiyaçıların sosial müdafiəsi sahəsində yeni sistem formalaşıb
|
Bu gün Beynəlxalq Əlillər Günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı əhali, o cümlədən əlil pensiyaçıların sosial müdafiəsi sahəsində yeni bir sistem formalaşıb. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu ilin 1 oktyabr tarixinə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1.279.422 nəfərin 25,9 faizi (330,8 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır.
|
02.12.11 Məqaləni oxumaq
|
|
|
|
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
|
ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bratke (ABŞ) və İqor Popov (Rusiya) bölgəyə səfərlərinin yekunlarına dair bəyanat yayıblar. “KƏLAMİNFO” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik noyabr ayının 28-30-da Yerevan və Bakıya səfər ediblər. Vasitəçiləri Fasyeni gələcəkdə Fransadan həmsədr kimi əvəz edən səfir Jak For müşayiət edib.
Həmsədrlər Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, XİN-in rəhbəri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan ilə, Bakıda isə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüblər.
Keçirilən bütün görüşlərdə həmsədrlər, Dağlıq Qarabağ münaqişəsinin həllində davamlı sülhə nail olmasında təmsil etdikləri ölkələrin öhdəliklərini bir daha təsdiq ediblər.
|
02.12.11 Məqaləni oxumaq
|
|
|
|