|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
Bahar Muradova: Qarabağ məsələsinin dünya gündəmini zəbt etməsinin özü bir irəliləyişdir
|
“Çox təəssüflər olsun ki, Dağlıq Qarabağla bağlı ilin əvvəlində olan müsbət tendensiyalar sonradan uğursuzluqla nəticələndi. Amma ümumilikdə arxada qoyduğumuz il bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinin ən çox müzakirə olunduğu il kimi yadda qaldı”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
O qeyd edib ki, münaqişənin həllində müsbət nəticə əldə olunmasa da, onun dünya gündəmini bu cür zəbt etməsinin özü bir irəliləyişdir. “Artıq müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanın üzləşdiyi bu problemlə bağlı müxtəlif qətnamələr qəbul edirlər. Ayrı-ayrı ölkələrin parlamentləri Dağlıq Qarabağ, xüsusilə də Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edirlər. Artıq çoxsaylı müxtəlif tərəflər bu problemin beynəlxalq hüquqlar çərçivəsində və BMT-nin müvafiq dörd qətnaməsi əsasında həllini istəyirlər.
|
22.12.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: Azərbaycanı avtoritar rejimlər siyahısına salan təşkilatların mövqeləri qərəzlidir
|
“Azərbaycanı avtoritar rejimlər siyahısına salan təşkilatlar qərəzli mövqedədirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
O qeyd edib ki, rəsmi Bakı Azərbaycanı müəyyən təsnifatlar qrupuna ayıran təşkilatların rəyinə tənqidi yanaşır. “Təəssüflər olsun ki, belə təsnifatlaşmanı aparan təşkilatların çoxu obyektiv meyarlardan, obyektiv təhlillərdən çıxış etmir, hansısa mərkəzlərin, qurumların, dövlətlərin sifarişini yerinə yetirirlər”-deyə Ə.Həsənov vurğulayıb. O, Azərbaycan hakimiyyətinin bu cür təsnifatlaşmaları subyektiv dəyərləndirdiyini və reaksiya vermədiyini deyib.
|
21.12.11 Məqaləni oxumaq
|
|
|
Qarışıq nikahlar
|
Ötən ilin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən Azərbaycanda 15,7 min nikah və 2,3 min boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilin birinci rübünə nisbətən nikahların sayı 6,7-dən 7,1-ə qədər, boşanmaların sayı isə 0,9-dan 1,0-a qədər artıb. Bu gün ölkədə ailə münasibətlərində baş verən dəyişikliklər yalnız bununla bitmir. Hazırda respublikada etnik qarışıq nikahların sayı da çoxalır.
|
21.12.11 Məqaləni oxumaq
|
|
|
ABŞ Konqresi Belarusa qarşı yeni layihə hazırlayır
|
ABŞ Konqresi Belarusda insan haqlarının pozulmasına son qoymaq və siyasi məhbusların azadlığa buraxılması üçün bu ölkəyə təzyiqləri artırmaq niyyətindədir. «KƏLAMİNFO» «svobodanews.ru»ya istinadən xəbər verir ki, Konqresdə hazırlanan «Belarusda demokratiya və insan haqları» haqqındakı layihədə tələb olunur ki, ötən il dekabrın 19-da baş verən kütləvi aksiyalarda tutulan bütün məhbuslar azadlığa buraxılsın. O cümlədən layihədə ABŞ-a viza verilməsi qadağan olunan məmurların siyahısı genişlənib. Layihədə Beynəlxalq Hokkey Federasiyasına çağırış da ünvanlanıb ki, onlar 2014-cü il dünya çempionatını Minskdə keçirməkdən imtina etsinlər.
Qeyd edək ki, dekabrın 18-də Minskdə ötən ilki hadisələrin ildönümü ilə bağlı keçirilən aksiyada 30-dan çox adam tutulub.
|
21.12.11 Məqaləni oxumaq
|
|
|
Siyavuş Novruzov: “Azərbaycan müxalifəti heç vaxt bir araya gələ bilməyib”
|
“Azərbaycan müxalifəti xalq tərəfindən dəstəklənmir və heç bir nüfuzu yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Azərbaycan müxalifətinin Rusiyadakı müxalif qüvvələrin başladığı hərəkatdan ilham alması ilə bağlı sualı cavablandıran millət vəkili qeyd edib ki, yerli müxalifətin xalq arasında dayağı yoxdur: “Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir. Çünki onların xalqla bağlılıqları olmadığına görə ancaq başqa hadisələrə ümid bəsləyirlər. Azərbaycan müxalifəti vaxtilə “Narıncı inqilab”a, “Qızılgül inqilabı”na görə öz rəngini dəyişmişdi. Bir gün narıncı qalstuk bağladılar, sonra əllərinə gül aldılar. Amma bunların heç bir nəticəsi olmadı. Çünki Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır”. S.Novruzov qeyd edib ki, Azərbaycanda müxalifət heç vaxt bir araya gələ bilməyib, ona görə də xalq arasında dəstəyi yoxdur.
|
21.12.11 Məqaləni oxumaq
|
|
|
Ziyafət Əsgərov: “Fransada belə bir məsələnin müzakirəyə çıxarılması demokratiyaya təhqirdir”
|
“Fransa kimi bir dövlətdə belə bir məsələnin müzakirəyə çıxarılması o ölkənin demokratiyasına təhqirdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Fransa parlamentində müzakirə olunan 1915-ci il hadisələrinə dair erməni idialarının inkarının cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinə münasibət bildirən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. Bunun Türkiyə-Fransa münasibətlərinə yaxşı heç nə vəd etmədiyini bildirən Z.Əsgərov qeyd edib ki, ermənilər yalnız birdəfəlik istifadəyə yararlı bir millətdir: “Belə bir şeyin qəti əleyhinəyəm. Bu cür proseslərdən istifadə edib Türkiyəyə təzyiq etmək heç bir əxlaqa sığmır. Hesab edirəm ki, bu, Azərbaycan-Fransa münasibətlərinə də mənfi təsir göstərəcək”.
|
21.12.11 Məqaləni oxumaq
|
|
|
“Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” adlı layihə davam edir
|
Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə başladığı “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” adlı layihəsi davam edir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə çərçivəsində seminarlar artıq respublikanın 11 şəhər və rayonunda (Gəncə, Lənkəran, Ağdaş, Şamaxı, Şirvan, Mingəçevir, Qusar, Zaqatala, Şəki, Göyçay və Sumqayıt) keçirilib. Seminarlar respublikanın tanınmış alimləri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları tərəfindən aparılır.
Xatırladaq ki, layihənin əsas məqsədi mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakının təmin edilməsi və təlimlərin keyfiyyət etibarilə yeni peşə təfəkkürünün formalaşmasına və mədəniyyət sahəsinin imicinin artırılmasına xidmət edir.
|
21.12.11 Məqaləni oxumaq
|
|
|
Prezident Moskvaya işgüzar səfərə yola düşüb
|
Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi yubiley zirvə toplantısında iştirak etmək üçün bu gün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
|
21.12.11 Məqaləni oxumaq
|
|
|
|
Putin rəsmən qeydiyyatdan keçmiş ilk namizəd olub
|
Rusiya Mərkəzi Seçki Komissiyası baş nazir Vladimir Putini prezidentliyə namizəd kimi qeydiyyata alıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Putin rəsmən qeydiyyatdan keçmiş ilk namizəd olub. Putin rəhbəri olduğu «Vahid Rusiya» Partiyası tərəfindən prezidentliyə namizəd irəli sürülüb.
|
20.12.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|