|
Səhifələr : # 1 2 3 4 5 6 7 #
İraqda növbəti partlayış
|
İraq bu gün yenə partlayışlara səhnə olub. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Bağdadda bomba yüklü avtomobillə həyata keçirilən hücumda 6 nəfər ölüb. Polis Daxili İşlər Nazirliyi yaxınlığındakı hücumda ən azı 6 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını açıqlayıb.
|
26.12.11 Məqaləni oxumaq
|
|
|
Avropa Komissiyası ölkəmizlə "Birgə səma" Sazişi ilə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış edib
|
Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportuna bir sıra aviaşirkətlərin hava yolu açmaq niyyətləri regional uçuşlar üçün təhlükə mənbəyidir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Arif Məmmədov Beynəlxalq Mülki Aviasiya Təşkilatının Avropa və Şimali Atlantika Bürosunun (ICAO) direktoru Luis Fonseka de Almeyda ilə Fransadakı görüşündə söyləyib.
Görüşdə A.Məmmədov müvafiq icazələr olmadan Xocalı aeroportuna uçuşların qarşısının alınması məsələsində təşkilatın rolunu qeyd edib. Azərbaycan tərəfi bir sıra aviaşirkətlərin sözügedən aeroporta hava yolu açmaq niyyətlərinin regional uçuşlar üçün artan təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb.
|
26.12.11 Məqaləni oxumaq
|
|
|
Araz Əzimov ABŞ Dövlət Departamentində və Müdafiə Nazirliyində görüşlər keçirib
|
Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ tərəfi ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsi üçün Dövlət Departamentinin dəvəti ilə dekabrın 20-22-də Vaşinqtonda işçi səfərdə olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-dakı səfirliyimizdən veriblər.
Səfər müddətində A.Əzimov ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyində görüşlər keçirib, Atlantik Şurada (Atlantic Council) çıxış edib.
Dövlət Departamentində keçirilmiş görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Müdafiə Nazirliyində A.Əzimov Azərbaycan ilə ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində mövcud olan əməkdaşlıq barədə fikir mübadiləsi aparıb.
|
24.12.11 Məqaləni oxumaq
|
|
|
Parlament prezidenti təbrik edib
|
Bu gün Milli Məclisin növbəti iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda spiker Oqtay Əsədov Azərbaycan prezidenti İlham Əliyevin doğum günü münasibəti ilə ölkə başçısını və Azərbaycan xalqını təbrik edib. O qeyd edib ki, İlham Əliyevin prezidentlik dövrü Azərbaycan üçün uğurlu olub. Spiker ölkənin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bu müvəffəqiyyətlərdən biri olduğunu vurğulayıb.
Daha sonra parlamentin I vitse-spikeri Ziyafət Əsgərov parlament üzvləri adından Azərbaycan prezidentinə ünvanlanmış təbrik məktubunu oxuyub. Sonra deputatlar cari məsələlərin müzakirəsinə keçib.
Qeyd edək ki, bu gündəlikdə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, ikinci oxunuşda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihələri və Şəhərsalma və Tikinti Məcəlləsi müzakirəyə çıxarılacaq.
|
24.12.11 Məqaləni oxumaq
|
|
|
Zahid Oruc: “Azərbaycanda xarici vətəndaşlara partiya yaratmaq hüququ verilərsə...”
|
“Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik etməkdə məqsəd kimlərinsə dediyi kimi əlverişli partiyalar şəbəkəsi yaratmaq deyil”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən partiyasının sədr müavini, millət vəkili Zahid Oruc bildirib.
O, qeyd edib ki, qanunla bağlı Venesiya Komissiyasının rəyində toxunulan məqamlarda üzvlük normasının artırılması kimlərisə kənarda qoymaq deyil. “Bu gün partiyalarda min nəfərlik üzvlük norması ona gətirib ki, kağız üzərində partiyalar yaranıb. Amma bundan xilas olmaq üçün, partiyalaşmanı daha da dərinləşdirmək, onun coğrafiyasını böyütmək üçün də bu normal rəqəmdir”,-deyə Z.Oruc vurğulayıb.
|
23.12.11 Məqaləni oxumaq
|
|
|
Əli Əhmədov: “Fransanın ədalətli mövqe nümayiş etdirəcəyinə çox ciddi şübhələr yaranır”
|
“Fransa belə bir qanun qəbul etməklə insan hüquqları və azadlıqlarına hörmətsiz yanaşdığını bilərəkdən ifadə etmiş oldu”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında YAP-ın sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O, bunu Fransanın Türkiyəyə qarşı haqsız və ədalətsiz təzyiq forması kimi qiymətləndirib. “Ümid edirəm ki, Azərbaycan vətəndaşları da buna öz hiddətlərini bildirəcəklər. Fransa Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Əgər Fransa tarixi faktlara və hadisələrə bu qədər bitərəf və qərəzli yanaşırsa, bundan istər-istəməz hər bir Azərbaycan vətəndaşı, o cümlədən mən də müvafiq nəticə çıxarıram.
|
23.12.11 Məqaləni oxumaq
|
|
|
Əli Abbasov: Analoq və rəqəmsal yayım hələ uzun müddət paralel aparılmalıdır
|
Hazırda ölkə əhalisinin 60 faizi qeydiyyatda olmayan peyk antenalarından istifadə edir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, hələ ki, bu antenaların yığışdırılması nəzərdə tutulmayıb. “Çünki Azərbaycanda teleyayım müxtəlif texnologiyalar əsasında həyata keçirilir. Biz kabel televiziyalarına nəzarət edirik. Peykdən və internet teleradio yayım məsələlərinə baxmırıq, bu, Milli Televiziya və Radio Şurasının səlahiyyətində olan məsələdir. Lakin deməliyəm ki, bizdə yayım Avropa standartlarına uyğun aparılır və bu cür yayımlara qadağa yoxdur”,-deyə Ə.Abbasov vurğulayıb.
|
23.12.11 Məqaləni oxumaq
|
|
|
“Əl-Qaidə”nin yüksək rütbəli koordinatorunun yerini deyənə 10 milyon dollar vəd edilib
|
ABŞ Dövlət Departamenti «Əl-Qaidə»nin yüksək rütbəli koordinatoru Yasin əl-Surinin yerini deyən şəxsə 10 milyon dollar vəd edib. Departamentin məlumatına görə, bu şəxs «Əl-Qaidə»nin İranda ən yüksək rütbəli şəxslərindən hesab edilir. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, o, terror təşkilatı üçün vəsaitlərin cəlb olunmasında əhəmiyyətli rol oynayır və Fars körfəzi ölkələrində terror şəbəkəsinin maliyyələşməsinin yollarını aramaqla məşğuldur. O, eyni zamanda terror təşkilatına yeni üzvlərin cəlb olunmasında, onların İran ərazisindən keçməklə İraq və Əfqanıstanda təlim düşərgələrində təlim keçmələrini həyata keçirir. İran hökuməti ilə sıx əməkdaşlıq edən bu şəxsin bu ölkənin həbsxanalarından terrorçuların azad edilib Pakistana ötürülməsini də təmin edir.
|
23.12.11 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov: Fransa Senatının qərarı qəbuledilməzdir
|
Fransa Milli Assambleyasının qərarı qəbuledilməz və qeyri-konstruktivdir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
E.Məmmədyarov bildirib ki, bu qərar problem yaratmaqdan başqa bir şeyə xidmət etmir: “Yüz il öncə baş verən hadisə ilə bağlı qərar qəbul etməkdənsə, onlar Xocalı soyqırımına, ermənilər tərəfindən işğal edilən ərazilər və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə münasibət bildirsinlər”.
Nazir əlavə edib ki, Fransa senatının bu qərarını deputatların təxminən 10 faizi qəbul edib və bu da demokratik baxımdan düzgün deyil: “Bu, mərhələli prosesdir. Ancaq biz bu məsələni təhlil edir, yaxından izləyir və izləyəcəyik”,-deyən E.Məmmədyarov bu qərarın regional münasibətlərə də problem olan bir qərar olduğunu bir daha vurğulayıb.
|
23.12.11 Məqaləni oxumaq
|
|
|
Avropa parlamentinin üzvü: “İstəmirəm ki, Azərbaycanı təkcə neft-qaz ehtiyatlarına görə tanısınlar”
|
“Mən istəmirəm ki, Azərbaycanı Avropada təkcə zəngin neft-qaz ehtiyatlarına görə tanısınlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Avropa Parlamentinin fransalı üzvü xanım Raşida Dati bildirib.
O qeyd edib ki, Azərbaycanın Avropa üçün çox maraqlı olan zəngin mədəniyyəti və tarixi var. “Avropalılar üçün bu, çox vacib sahələrdir. Zəngin tarixi, mədəniyyəti və təbiəti olan bir ölkə ilə əməkdaşlıq Avropaya görə çox zəruridir” - deyə R.Dati vurğulayıb. Onun sözlərinə görə? bu gün onun yaşadığı regionda Azərbaycanın təkcə enerji ehtiyatları ilə deyil, həm də sadaladığı xüsusiyyətləri ilə tanımaqda maraqlıdırlar.
|
23.12.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|