Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Hər il ailə zorakılığı artır?
    Bu gün ailədə zorakılıq görən qadınlar üçün dövlət sığınacaq yaratmayıb. Ölkənin bəzi QHT-ləri düşünür ki, sığınacaq bələdiyyələrdə olmalıdır. Türkiyədə “Ana evi” var. Orada qadın bələdiyyəyə müraciət edir, sığınacağa yerləşdirilir. Bələdiyyə artıq onun yoldaşı ilə danışır. “Ana evi”ndə həkim, psixoloq, hüquqşünas, polis var. Bu daha çox bizim mentalitetimizə uyğundur. 
    03.12.11 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu Tehran və Londonu barışdırmağa cəhd göstərir
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Tehran və Londonu barışdırmağa cəhd göstərir. «KƏLAMİNFO» İranın «FARS» agentliyinə istinadən xəbər verir ki, Davudoğlu İran və Britaniya XİN rəhbərlərinə zəng edib. O, iki dövlət arasında münasibətlərin tamam şəkildə kəsilməsinin qarşısının alınması ümidi ilə bu addımı atıb.
    03.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanın Gürcüstanla sərhədində mina və partlamamış hərbi sursatların təmizlənməsi layihəsi həyata keçiriləcək
    Azərbaycanın Gürcüstanla sərhədində mina və partlamamış hərbi sursatların təmizlənməsi layihəsi həm hökumət, həm də donorlar tərəfindən müsbət qarşılanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən tədbirdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin meneceri Musa Cəlalov bildirib. Onun sözlərinə görə, tezliklə layihənin icrasına başlanacaq. “Yaxın 48 ay müddətində həyata keçiriləcək layihənin ümumi məbləği 9 milyon avrodur” - deyə M.Cəlilov vurğulayıb. ANAMA nümayəndəsi hazırda Bakı şəhərinin Qaradağ rayonunun Güzdək qəsəbəsində partladılmış keçmiş sovet hərbi bazasının ərazisində aparılan əməliyyatlar barədə də məlumat verib. O bildirib ki, bu bazada indiyədək Azərbaycan Ordusuna tanış olmayan silahlar aşkar edilir. “Bunlar vaxtilə həmin ərazini tərk edən sovet ordusu tərəfindən buraxılan silahlardır” - deyə o, əlavə edib.
    03.12.11 Məqaləni oxumaq
     
    Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrana səfəri başlayır
    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bu gündən dekabrın 5-dək İranda səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı keçiriləcək görüşlərdə əsasən Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhəd boyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyət müzakirə ediləcək. Bundan başqa, aparılacaq müzakirələrdə qarşılıqlı ictimai-siyasi əhəmiyyət kəsb edən digər məsələlər də diqqət mərkəzində olacaq.
    03.12.11 Məqaləni oxumaq
     
    “Reuters”-in rəhbəri istefaya gedir
    Dünyanın ən məşhur informasiya agentliklərindən biri – “Thomson Reuters”-in rəhbəri Tom Qloser istefaya gedir. Yanvarın 1-dən onun yerini holdinqin idarəedici direktoru Ceyms Smit tutacaq. Bu şəxs agentliyin əsasını qoyan ailəyə yaxınlığı ilə seçilir. «KƏLAMİNFO» «Accosiated Press»ə istinadən xəbər verir ki, Qloserin istefaya göndərilməsinə səbəb agentliyin gəlirinin aşağı düşməsidir. Tomson ailəsinə «Reuters»in səhmlərinin 55 faizi məxsusdur. Artıq onun 5 mlrd. dollar itirdiyi bildirilir. İlin əvvəlindən isə «Reuters»in səhmlərinin qiyməti 29 faiz ucuzlaşıb.
    02.12.11 Məqaləni oxumaq
     
    ABŞ Senatı İrana qarşı sanksiyaları təsdiq edib
    ABŞ Senatı İranın Mərkəzi Bankı ilə əlaqələrin kəsilməsi də daxil olmaqla bu ölkəyə qarşı sanksiyaları təsdiq edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Obama administrasiyası bu sanksiyaların ABŞ-ın müttəfiqlərlə münasibətlərini korlaya biləcəyini bildirib. Yeni qanun layihəsinə görə, İran Mərkəzi Bankı ilə işgüzar əlaqələr qurmuş əcnəbi bankları ABŞ-da cəzalandıracaqlar. Qanun layihəsi bundan sonra Nümayəndələr Palatasında müzakirə olunacaq.
    02.12.11 Məqaləni oxumaq
     
    Azərbaycandan Əfqanıstana 15 min ədəd mina təhlükəsinə dair maarifləndirmə dərsliyi göndəriləcək
    Bu ilin dekabr ayının 25-nə qədər Azərbaycanın yardımları çərçivəsində 15 min ədəd mina təhlükəsinə dair maarifləndirmə dərsliyi Dari dilində nəşr olunaraq Əfqanıstana göndəriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) meneceri Musa Cəlalov bildirib. O qeyd edib ki, gələn il ANAMA nümayəndələri Əfqanıstana gedərək həmin dərsliklərin təqdimatını keçirəcək və həmin fənni tədris edən əfqan müəllimləri üçün kurslar təşkil edəcək. “Eyni zamanda, bu il ANAMA tərəfindən 10500 dərslik nəşr olunaraq Əfqanıstana göndərilib”-deyə o, əlavə edib.
    02.12.11 Məqaləni oxumaq
     
    Əlil pensiyaçıların sosial müdafiəsi sahəsində yeni sistem formalaşıb
    Bu gün Beynəlxalq Əlillər Günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı əhali, o cümlədən əlil pensiyaçıların sosial müdafiəsi sahəsində yeni bir sistem formalaşıb. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu ilin 1 oktyabr tarixinə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1.279.422 nəfərin 25,9 faizi (330,8 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır.
    02.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanda mina və kasetli silahların yaratdığı problemlərə həsr olunmuş Dəyirmi masa keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda mina və kasetli silahların yaratdığı problemlərə həsr olunmuş Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Azərbaycan minaların təmizlənməsi üzrə proqramlara büdcədən ayrılan vəsaitləri hər il artırır və bu da beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır.
    02.12.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
    ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bratke (ABŞ) və İqor Popov (Rusiya) bölgəyə səfərlərinin yekunlarına dair bəyanat yayıblar. “KƏLAMİNFO” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik noyabr ayının 28-30-da Yerevan və Bakıya səfər ediblər. Vasitəçiləri Fasyeni gələcəkdə Fransadan həmsədr kimi əvəz edən səfir Jak For müşayiət edib. Həmsədrlər Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, XİN-in rəhbəri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan ilə, Bakıda isə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüblər. Keçirilən bütün görüşlərdə həmsədrlər, Dağlıq Qarabağ münaqişəsinin həllində davamlı sülhə nail olmasında təmsil etdikləri ölkələrin öhdəliklərini bir daha təsdiq ediblər.
    02.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031