Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    Metyu Brayza: Azərbaycan insan alverinə qarşı effektiv və ciddi mübarizə aparır
    Azərbaycan insan alverinə qarşı effektiv və ciddi mübarizə aparır. “KƏLAMİNFO” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza Bakıda insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına dair dördüncü regional müşavirədə çıxışı zamanı deyib. M.Brayza bildirib ki, Azərbaycan insan alveri sahəsində onların fikirləşdiyindən də yaxşı tədbirlər görür. Qeyd edək ki, iki gün davam edəcək müşavirənin keçirilməsində məqsəd beynəlxalq ekspertlərin öz ölkələri kontekstində əməyin istismarı, orqan transplantasiyası, cinsi istismarla bağlı cari vəziyyət və müvafiq tendensiyalara dair məlumatların bölüşməsinə şərait yaratmaqdır.
    02.12.11 Məqaləni oxumaq
     
    SAM-da “Dünya enerji sisteminə baxış 2011”adlı xüsusi hesabatın təqdimatı keçiriləcək
    Dekabrın 2-də Strateji Araşdırmalar Mərkəzində Beynəlxalq Enerji Agentliyinin hazırladığı “Dünya enerji sisteminə baxış 2011” (World Energy Outlook 2011) adlı xüsusi hesabatın təqdimatı keçiriləcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata hesabat Beynəlxalq Enerji Agentliyinin vitse-prezidenti, səfir Riçard Cons tərəfindən təqdim olunacaq. R.Cons Beynəlxalq Enerji Agentliyinin hazırladığı və noyabrın 9-da işıq üzü görən “Dünya enerji sisteminə baxış 2011” adlı hesabatı haqqında məlumat verəcək, qlobal enerji bazarlarının durumunu, bu sahədə yürüdülən siyasəti, enerjiyə olan gələcək tələb və təklif mexanizmlərini müzakirə mövzusuna çevirəcək. Dünya enerji sisteminin qarşılaşdığı problemlər, sərmayələrin neft-qaz sektoruna cəlb olunmasında yaranan maneələr, nüvə enerjisinin istifadəsinin sürətlə azalması prosesi, dünyanın kömür hasilatına tələbatının artması, iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, bərpa olunan enerji hasilatına dəstək və s. önəmli məsələlər hesabatın əsas mövzusudur.
    02.12.11 Məqaləni oxumaq
     
    Berlindəki Azərbaycan Evinin 5 yaşı tamam olub
    Berlindəki Azərbaycan Evinin 5-ci ildönümü qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, yubiley gecəsində yazıçı Əmir Pəhləvan Azərbaycan Evinin fəaliyyəti haqqında qonaqlara məlumat verib və təşkilatın bu illər ərzində bir sıra mədəniyyət və idman sahəsində bir sıra tədbirlər təşkil etdiyini və Azərbaycandan gələn incəsənət xadimlərinin hamiliyi ilə məşğul olduğunu bildirib. Bildirilir ki, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışı zamanı Azərbaycan Evinin fəaliyyətini qiymətləndirərək, evin yaranması ideyasının tarixinə dair məlumat verib. Qeyd edək ki, gecədə iştirak edən AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev Azərbaycan Evinin gənclərlə idman sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib.
    02.12.11 Məqaləni oxumaq
     
    Ermənistanda əhalinin 35,8 faizindən çoxu yoxsulluqdan aşağı səviyyədə yaşayır
    Ermənistanın Milli Statistika Xidmətinin В«Ermənistanın sosial mənzərəsi və yoxsulluqВ» məruzəsi bu ölkədə əhalinin 35,8 faizindən çoxunun yoxsulluqdan aşağı səviyyədə yaşadığını üzə çıxarıb. Məruzə 2010-cu ildə ailə təsərrüfatlarının yaşayış səviyyəsinin iqtisadi-statistik analizinin nəticələrinə əsasən hazırlanıb. Yoxsulluq səviyyəsindən aşağı yaşayan vətəndaşların 21,3 faizi çox yoxsul, 3 faizi son dərəcə yoxsullar kateqoriyasına aid edilir. Son iki il ərzində yoxsullar siyahısına daha 270 min adam əlavə olunub. Onların təxminən 2500-i son dərəcə yoxsullardır. Məruzə Dünya Bankı, В«Minilliyin çağırışlarıВ» fondunun ayırdığı 300 min dollar maliyyə yardımı ilə hazırlanıb. Tədqiqatlar Ermənistanın 46 şəhər və 307 kəndində aparılıb.
    02.12.11 Məqaləni oxumaq
     
    İnsan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib
    Cari ilin ötən dövrü ərzində keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Bakıda keçirilən insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına aid dördüncü regional müşavirədə çıxışı zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev deyib. C.Şıxəliyev bildirib ki, ötən dövrdə insan alveri qurbanı olan 27 nəfər müəyyən olunub. Bu növ hüquqazidd əməllərə görə beynəlxalq axtarış elan edilmiş şəxslərdən 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib, 1 insan alverçisinin Pakistanda vəfat etdiyi müəyyən olunub və hazırda 17 nəfərin axtarışı davam etdirilir.
    02.12.11 Məqaləni oxumaq
     
    Nyu-York Azərbaycan Teatrı fəaliyyətə M.F.Axundovla başlayacaq
    Nyu-York Azərbaycan Teatrı bu ay fəaliyyətə başlayacaq. Diaspola İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, teatrda ilk tamaşasının premyerası dekabrın 4-də olacaq. Bildirilir ki, ABŞ-da Azərbaycan Nyu-York Assosiasiyasının nəzdində yaradılan Nyu-York Azərbaycan Teatrının ilk olaraq Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasına müraciət edib. Verilən məlumata görə, tamaşa M.F.Axundovun anadan olmasının 200 illik yubileyinə həsr olunub.
    01.12.11 Məqaləni oxumaq
     
    Qərbin səfirləri İrandan çıxır
    Böyük Britaniyanın Tehrandakı səfirliyinin tutulmasına etirazlar davam edir. Artıq Almaniya, Fransa və Hollandiya İrandakı səfirlərini geri çağırıblar. В«KƏLAMİNFOВ» В«Lenta.ruВ»ya istinadən xəbər verir ki, Almaniya XİN bəyan edib ki, hazırkı gərgin vəziyyəti nəzərə alaraq Almaniyanın İrandakı səfirini məşləhətləşmək üçün geri çağırır. Fransa və Hollandiyanın Xarici İşlər nazirlikləri də yaydıqları ayrıca bəyanatlarda bu qərara gəldiklərini bəyan ediblər. Analoji addımı İtaliya da atmağa hazırlaşır.
    01.12.11 Məqaləni oxumaq
     
    Qırğızıstanın yeni prezidentinin andiçmə mərasimi keçirilib
    Bu gün Qırğızıstanın yeni seçilmiş prezidenti Almazbek Atambayevin andiçmə mərasimi keçirilib. Allah və xalq qarşısında and içən prezident çıxışında xalqın birliyini qoruyub saxlayacağına, təhlükəsizliyi təmin edəcəyinə and içib. В«KƏLAMİNFOВ» RİA В«NovostiВ»yə istinadən xəbər verir ki, o, çıxışında ölkənin cənub bölgəsində keçən il baş verən özbək-qırğız qarşıdurmasını qınayaraq, bu cür halların bir daha təkrar olunmasına yol verməyəcəyini bildirib. Prezident çıxışında bütün qırğız xalqını birləşərək ölkənin inkişafı, əmin-amanlığı və rifahı uğrunda mübarizəyə çağırıb. Mərasimdə Türkiyə və Gürcüstan prezidentləri, Qazaxıstan, Özbəkistan, Azərbaycanın və digər ölkələrin baş nazirləri iştirak edib. Mərasimdən sonra hərbi parad keçirilib.
    01.12.11 Məqaləni oxumaq
     
    Bolqarıstanda sərt iqtisadi islahatlara qarşı dinc yürüş keçirilib
    Bolqarıstanın paytaxtı Sofiyada kütləvi dinc yürüş keçirilib. В«KƏLAMİNFOВ» В«Lenta.ruВ»ya istinadən xəbər verir ki, iyirmi minə yaxın insanın qatıldığı kütləvi nümayişdə etirazçılar hökumətin parlamentə təqdim etdiyi sərt iqtisadi islahatlara və təqaüd yaşının bir il artırılması təklifinə qarşı çıxıb. Bolqarıstan hökuməti isə büdcə xərclərini azaltmaqdan ötrü sərt iqtisadiyyat siyasəti işə salmağa israrlı görünür. Halbuki, hökumətin bundan əvvəl verdiyi bəyanatda, təqaüd yaşının artırılması məsələsinin hazırkı zamanda nəzərdən keçirilmədiyi və qərarın 2021-ci ilə kimi təxirə salındığı deyilirdi.
    01.12.11 Məqaləni oxumaq
     
    Piratçılığa qarşı mübarizə ilə bağlı yeni qanunun qəbulu gözlənilir
    Növbəti il “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” yeni Qanunun Milli Məclicdə qəbulu gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. Azərbaycanda piratçılığa qarşı addımların atıldığı və son illər bu problemə qarşı mübarizənin daha da gücləndiyini xatırladan K.İmanov deyib ki, layihə yaxınlarda parlamentə təqdim edilməlidir. Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra müəllif hüquqlarının təminatı sahəsində bir cox yeniliklər tətbiq ediləcək: “Qanun müəllif hüquqlarının təminatı, bazarda piratçılığın qarşısının alınması üçün konkret addımların atılmasına, internetdə rəqəmli hüquqların qorunmasına imkan verəcək”.
    01.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Dek.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031