Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Nazirlər Kabineti Novruz, Ramazan, Qurban bayramları günlərini açıqlayıb
    Nazirlər Kabineti “2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
    09.12.11 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Regional problemlər öncə region içində həll olunmalıdır”
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin NATO təmsilçiliyində mətbuat konfransı keçirib. В«KƏLAMİNFOВ» TRT-yə istinadən xəbər verir ki, Suriyadakı prosesləri dəyərləndirən Davudoğlu BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin az qala hamısıyla Suriya mövzusunu müzakirə etdiyini bildirib. Nazir bu ölkələrin qənaətlərinin ortaq məxrəcə gəlməsinə ciddi önəm verdiklərini deyib. Əhməd Davudoğlu Türkiyənin regional problemlərin regionun içində həll olunmasına və əvvəlcə bu istiqamətdə bütün lazımi səylərin göstərilməsinə çalışdığını qeyd edib. Nazir Ərəb Birliyinin səylərinin və Türkiyənin dəstəyinin buna misal olduğunu deyib. NATO toplantısının gündəliyi haqda da məlumat verən Davudoğlu əsas məsələlərdən birinin Balkanlardakı son proseslər olduğunu deyib. Nazir NATO-nun genişlənməsi baxımından Balkanları yaxından izlədiklərini deyib və Balkanlarda “açıq qapı” siyasətinin davam etməsinin vacibliyini vurğulayıb.
    09.12.11 Məqaləni oxumaq
     
    Obama ABŞ-ın xarici siyasət prioritetini elan etdi
    ABŞ prezidenti Barak Obama dünyada homoseksualların hüquqlarının müdafiəsini Amerikanın xarici siyasətinin prioriteti olduğunu bəyan edib. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, prezident dünya ölkələrinin dövlət başçılarını bu sahədə Amerikanın diplomatik fəaliyyətləri və yardımlarına dəstək verməyə çağırıb. ABŞ prezidenti deyib ki, dünyanın bir çox ölkəsində seksual oriyentasiyaları üzündən insanlar döyülür, bəzi hallarda ölümlə belə üzləşir. Barak Obama seksual azlıqların hüquqlarının müdafiəsinə səsləyərək, söz, din azadlığı kimi sevməyin də azad olmasının vacibliyini vurğulayıb. ABŞ dövlət başçısı sentyabr ayında BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı da bu məsələyə toxunmuşdu.
    08.12.11 Məqaləni oxumaq
     
    ABŞ: “Bəşər Əsəd ya reallıqdan tamam uzaq düşüb, ya da ağlını itirib”
    ABŞ bildirib ki, Suriya prezidenti Bəşər əl-Əsəd ya reallıqdan tamam uzaq düşüb, ya da ağlını itirib. Bu barədə Dövlət Departamentinin sözçüsü Mark Toner Bəşər Əl-Əsədin Suriyadakı vəziyyətlə bağlı ABC xəbər televiziyasına müsahibəsini şərh edərkən deyib. Bəşər Əl-Əsəd müsahibəsində deyib ki, o, minlərlə adamın öldürülməsində məsuliyyət daşımır. Onun sözlərinə görə, əgər ağlını itirməyibsə, dünyada heç bir lider öz xalqını məhv etmək istəməzdi. Dövlət Departamentinin sözçüsü Mark Tonerin fikrincə, Əsədin fikirləri ona işarə edir ki, ya o, reallıqdan uzaq düşüb, ya da özünün dediyi kimi, В«ağlını itiribВ». Mark Toner bir daha vurğulayıb ki, rəsmi Vaşinqton Bəşər əl-Əsədin istefaya getməsini zəruri sayır. Mark Toner, həmçinin Əsəd hökumətini xarici müşahidəçiləri və media nümayəndələrini vəziyyəti dəyərləndirmək üçün ölkəyə buraxmağa çağırıb.
    08.12.11 Məqaləni oxumaq
     
    Qəddafinin oğlu Meksikaya qaçmaq istəyirmiş
    Liviyanın sabiq lideri Müəmmar Qəddafinin oğullarından Sədi Qəddafinin Meksikaya qaçmaq istədiyi açıqlanıb. Meksikanın daxili işlər naziri Alehandro Poire Sədi Qəddafi və ailəsinin saxta ad və sənədlərlə sentyabr ayında Meksikaya girməyi planlaşdırdığını açıqlayıb. Poire kəşfiyyat qurumlarının diqqətli davranışı nəticəsində planın uğur qazanmadığını bildirib. Meksikalı nazir bu məsələ ilə bağlı olaraq 2 meksikalı, bir kanadalı və bir danimarkalının həbs edildiyini söyləyib. Qeyd edək ki, Sədi Qəddafi atasının ələ keçirilməsindən öncə Nigerə qaçmış, Niger hökuməti də Qəddafinin oğluna insani səbəblərlə sığınacaq verdiyini açıqlamışdı.
    08.12.11 Məqaləni oxumaq
     
    Sərxan Abbasoğlu: Doktoranturaya qəbul planının artırılmasına ehtiyac yaranıb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə keçirilən imtahanlar başa çatıb. Hazırda institutun elmi şuralarında mövzuların müəyyənləşdirilməsi, elmi rəhbərlərin təyin olunması, qəbul olanların təsdiq olunması üçün AMEA Rəyasət Heyətinə göndərilməsi prosesi gedir. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib.
    08.12.11 Məqaləni oxumaq
     
    Mətbuatın cəmiyyətdəki rolu müzakirə edilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu” mövzusunda konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, konfransda Azərbaycanda fəaliyyət göstərən media orqanlarının rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak edib. Konfransda mətbuatın peşəkarlığı, mətbuat-məmur, mətbuat-ictimaiyyət, mətbuat-mətbuat xidmətləri rəhbərləri münasibətləri və digər problemlər müzakirə edilib.
    08.12.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə yeni nəşr təqdim etdi
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə biologiya fənnindən yeni dərc olunmuş vəsaitin təqdimatını keçirib. “KƏLAMİNFO” xəbər verir ki, TQDK sədri M.Abbaszadə bildirib ki, vəsait orta məktəblərin tədris, eləcə də ali məktəblərə qəbul proqramlarının tələblərinə uyğun hazırlanıb. Onun sözlərinə görə, vəsaitdə materialların seçimi və şərhi zamanı 3 mühüm elementə-müvafiq elmin əsaslarına, təhsilin məqsədlərinə və abituriyentlərin ümumi bilik və yaş səviyyələrinin bir-biri ilə əlaqələndirilməsinə diqqət yetirilib. “Amma vəsait qəbul imtahanına hazırlaşmaq üçün kifayət etmir. Bu kitab biliklərin möhkəmləndirilməsi məqsədilə yerinə yetirilən təkrarlanma məsələsində xüsusi əhəmiyyətlidir” - deyə TQDK sədri vurğulayıb. O, həmçinin deyib ki, bu vəsait biologiya fənni üzrə əvvəl nəşr olunmuş Botanika, Zoologiya və İnsan vəsaitlərinin davamıdır.
    08.12.11 Məqaləni oxumaq
     
    Məlahət İbrahimqızı: YAP beynəlxalq miqyasda böyük nüfuza malik olan siyasi təşkilatdır
    В«Yeni Azərbaycan Partiyası nəinki regionda, eyni zamanda beynəlxalq miqyasda böyük nüfuza malik olan siyasi təşkilatdır. Artıq partiyamız dünya dövlətlərinin siyasi partiyalarının birləşdiyi qurumlarda fəal şəkildə təmsil olunurВ». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, bütün bunlar Yeni Azərbaycan Partiyasının dünyada artan nüfuzunun göstəricisidir. Bu yaxınlarda Malaziyada keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) tədbirində iştirak etdiyini deyən M.İbrahimqızı YAP-ın bu təşkilatın fəal üzvlərindən olduğunu vurğulayıb.
    08.12.11 Məqaləni oxumaq
     
    ATƏT-ə 2014-cü ildə kim sədrlik edəcək?
    ATƏT-ə 2014-cü ildə kimin rəhbərlik edəcəyi barədə hələ qərar qəbul edilməyib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ATƏT XİN rəhbərlərinin Vilnüsdə keçirilən iclasının yekun mətbuat konfransında bildirib. “Hesab edirəm ki, müəyyən vaxtdan sonra bu barədə qərar qəbul ediləcək,-deyə o əlavə edib. Xatırladaq ki, 2014-cü ildə təşkilata sədrliyə İsveçrə və Serbiya iddialıq edir.
    08.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Dek.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031