Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2011
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatına dair beynəlxalq konfrans keçirilir
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı” adlı beynəlxalq konfrans keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfrans “Etik Jurnalistika Təşəbbüsləri- Azərbaycan” layihəsi çərçivəsində keçirilir. Tədbirdə layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, layihə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və İsveçin LO-TCO təşkilatı tərəfindən dəstəklənir. Təbirdə çıxış edən Prezident Administrasiyasının ictimai- siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkədə əhalinin əmək haqlarının qorunmasına dövlət dəstəyindən danışıb. O bildirib ki, cari ildə əhalinin orta aylıq pensiyası 190, orta aylıq əmək haqqı isə 450 ABŞ dolları təşkil edir. Onun sözlərinə görə, ünvanlı sosial yardım proqramı çərçivəsində 113 min ailənin hər birinə hər ay 102 manat vəsait verilir.
    16.12.11 Məqaləni oxumaq
     
    Mahmud Məmmədquliyev Moskvada QİƏT XİNŞ-nin iclasında iştirak edəcək
    Bu gün Moskvada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası öz işinə başlayır. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. QİƏT XİNŞ-nin 25-ci iclası çərçivəsində kənd təsərrüfatı, nəqliyyat və fövqəladə hallar nazirlərinin görüşlərinin nəticələri daxil olmaqla, Rusiyanın bu təşkilata sədrliyinin (2011-ci il iyun-dekabr) yekunları müzakirə olunacaq. Bundan əlavə, xarici işlər nazirləri təşkilatın effektivliyinin yüksəldilməsi yolları, gələcəkdə regional əməkdaşlığın möhkəmləndirilməsi, Qara dəniz ətrafı dövlətlərin qarşılıqlı əlaqələrinin daha tələbli layihələrinin inkişafı üzrə üzv ölkələrin fəaliyyətinin aktivləşməsi barədə də fikir mübadiləsi aparacaqlar.
    16.12.11 Məqaləni oxumaq
     
    Əli Hüseynov: Azərbaycanda miqrasiya siyasətini həyata keçirmək üçün mükəmməl qanunvericilik bazası var
    Azərbaycanda miqrasiya siyasətini həyata keçirmək üçün mükəmməl qanunvericilik bazası var. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın miqrasiya sahəsi üzrə qanunvericiliyi MDB və Şərqi Asiya ölkələri ilə müqayisədə daha çox inkişaf edib. Millət vəkilinin fikrincə, Azərbaycanın Dövlət Miqrasiya Xidməti korrupsiyadan kənar bir qurumdur. “Bu gün bir çox yeni sahələrdə xoşagəlməz hallar müşahidə edilir. Mən fəxr edirəm ki, DMX korrupsiyadan kənar qurumdur. Bu tempi qoruyub saxlaya bilərsiniz. Əmin ola bilərsiniz ki, sizin MM ilə əməkdaşlığınız həmişə sağlam olacaq” – deyə Ə.Hüseynov qeyd edib.
    16.12.11 Məqaləni oxumaq
     
    Arzu Rəhimov: “Qanunsuz miqrasiya sahəsində bizi daha çox narahat edən ölkələr Pakistan, Çindir”
    Azərbaycana ən ox qanunsuz miqrantlar Türkiyədən gəlir. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirib. Bu, həmin ölkədən Azərbaycana gələn vətəndaşların sayının çoxluğu ilə əlaqədardır. “Azərbaycana hansı ölkədən daha çox əcnəbi vətəndaş gəlirsə, o ölkədən də qanunsuz miqrantlar çox olacaq. Bu il daha çox Türkiyə vətəndaşları müraciət edərək müvəqqəti və daimi yaşamaq icazəsi əldə ediblər. Bu baxımdan bu, yaxşı haldır”.
    16.12.11 Məqaləni oxumaq
     
    Putin: “Mitinqə çıxanlara pul paylanılıb”
    Rusiyanın baş nazir və prezidentliyə namizəd Vladimir Putin bu gün illik tok-şousunu keçirir. O, bu verilişdə Rusiyanın hər tərəfindən gələn tamaşaçı suallarını cavablandırır. Hazırda tok-şou Rusiyanın əsas xəbər kanallarından yayımlanır. Sualları cavablandıran baş nazir seçki məntəqələrində veb-kameralar quraşdırmağı təklif edib. “Bu, Rusiyada hakimiyyəti legitimsizləşdirmək istəyən qüvvələri sıradan çıxarmağa çalışacaq. Qoy 90 min məntəqənin hamısında bu kameraları qoysunlar. Onlar gecə-gündüz işləsinlər”. “KƏLAMİNFO” xəbər verir ki, prezidentin sualları cavablandırmasını «Lenta.ru» onlayn formasında verir. Aparıcıların «hesab edirsinizmi, seçkilər azad və ədalətli keçib» sualına baş nazir «nəticələr ölkədə siyasi qüvvələrin real bölgüsünü əks etdirir» deməklə kifayətlənib.
    16.12.11 Məqaləni oxumaq
     
    “Sosial xidmət haqqında” qanun layihəsi üçüncü oxunuşa tövsiyə olunub
    Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, iclasda ilk olaraq “Sosial xidmət haqqında” qanun layihəsinə dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Komitə sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsinin sosial xidmət sahəsində fəaliyyət göstərən subyektlərin siyahısına könüllülər də əlavə olunub. “Həmçinin sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi ictimai iştirakçılığın təmin olunması da qeyd edilib. Layihə kifayət qədər işlənilərək hazır vəziyyət gətirilib. Qanunun müddəalarından irəli gələn məsələlər sosial müdafiəyə ehtiyacı olan insanların həyatında mühüm yer tutacaq” - deyə H.Rəcəbli vurğulayıb. Komitə sədrinin müavini Musa Quliyev isə deyib ki, qanun Azərbaycanda qeydə alınan 4308 kimsəsiz uşağın, 410 min əlilin, 400 mindən çox yaşlı insanın müdafiəsinə xidmət edəcək.
    16.12.11 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov: Ali məktəblər qarşısında tələb qoyulmalıdır
    “Hər bir ali məktəb qarşısında tələb qoyulmalı və məsələ qaldırılmalıdır ki, sən hansı elmi məktəb formalaşdırıbsan, yaxud hansı elmi potensialın var? Bu suallar cavablandırılandan sonra xaricə məzun göndərmək və digər vacib işlərə yanaşma müəyyənləşməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin Təhsil komitəsinin üzvü, akademik Abel Məhərrəmov söyləyib. A.Məhərrəmov bildirib ki, qoyulan suallar, əslində, müasir dövrün tələbləridir. “Amerika universitetləri ona görə güclü deyil ki, onlar superdövlətin ali təhsil ocaqlarıdır. Amerika ona görə superdövlətdir ki, onun güclü universitetləri var” deyən A.Məhərrəmov bu barədə fikirləşməyin zamanının çatdığını qeyd edib və rəhbərlik etdiyi ali təhsil ocağı barədə də fikirlər söyləyib: “Məsələn, Bakı Dövlət Universitetində demək olar ki, bütün fakültələrdə tədris ingilis dilində də aparılır. Bu, kimya, riyaziyyat, fizika və digər fakültələrdə var. Gələcəkdə bunlar potensial xaricə gedən məzunlardır.
    16.12.11 Məqaləni oxumaq
     
    Deputat Elxan Süleymanov Parisdə səfərdədir
    Milli Məclisin deputatı Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdədir.Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Avropa İnsan haqları məhkəməsinə hakimlərin seçilməsi prosedurunun təkmilləşdirilməsi, məhkəmələrdə ailə-məişət məsələlərinin həlli zamanı insan haqlarının təmin edilməsi ilə bağlı müzakirələr keçiriləcək. Parisdəki tədbirdən sonra Elxan Süleymanov Berlinə yola düşəcək. Deputatımız burada Almaniya Bundestaqının üzvləri ilə görüşəcək, parlamentlərarası əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə söhbətlər aparacaq. Səfər dekabrın 20-də başa çatacaq.
    16.12.11 Məqaləni oxumaq
     
    Filip Qordon: “Həmsədrlər münaqişənin həllinin sülh yolu ilə tapılması üçün sıx əməkdaşlıq edirlər”
    «ABŞ və Rusiya arasında qlobal çağırışlara hərtərəfli cavabların inkişafında effektiv əməkdaşlıq var». «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Filip Qordon Senatın ABŞ-Rusiya münasibətləri ilə bağlı dinləməsində deyib. «ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq ABŞ və Rusiya Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllinin sülh yolu ilə tapılması üçün sıx əməkdaşlıq edirlər» - deyə Qordon bildirib.
    16.12.11 Məqaləni oxumaq
     
    Merkel: “Britaniya Avropa Birliyinin vacib tərəfdaşı olaraq qalacaq”
    Almaniya kansleri Angela Merkel bildirib ki, Britaniya Avropa Birliyinin vacib tərəfdaşı olaraq qalacaq. Britaniya parlamentində çıxış edən Merkel eyni zamanda Britaniyanın baş naziri Devid Kemeronun birliyin büdcə siyasətinin kəskinləşdirilməsilə bağlı planı qəbul etməməsindən təəssüfləndiyini bildirib. Ötən həftə Brüsseldə keçirilmiş səsvermədə 27 Avropa Birliyi ölkəsindən 26-sı sənədin lehinə səs verib.
    15.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Dek.2011
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031