Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Nazir müavini: “Danışıqlar seçkiyə aidiyyəti olmayan məsələdir”
    “Qarşıdan gələn illərdə ATƏT Minsk qrupunun həmsədr ölkələrində - Fransa, Rusiya və ABŞ-da keçiriləcək prezident seçkilərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda durğunluq yaratması kimi fikirlər uydurmadır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. O qeyd edib ki, seçkilər normal prosesdir və hər bir ölkədə keçirilə bilər. “Lakin dövlətin mövqeyi seçkilərdən daha üstdə duran məsələdir və bunun Qarabağla bağlı danışıqlara heç bir aidiyyəti yoxdur. Seçkidən əvvəl bəlli olan dövlətin mövqeyi seçkidən sonra dəyişilmir. Biz Robert Köçəryanla Serj Sarkisyan arasında heç bir dəyişiklik görmədik.
    25.11.11 Məqaləni oxumaq
     
    Araz Əzimov: “Madrid-2 sənədini Ermənistan rədd edib”
    “Azərbaycanın işğal altında olan torpaqlarında hansısa iqtisadi və infrastruktur dəyişikliklərə səbəb olan fəaliyyət qeyri-qanunidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Onun fikrincə, bu baxımdan Kəlbəcər rayonunun üzərindən hansısa yolun çəkilməsi təşəbbüsləri Cenevrə Konvensiyasına ziddir. “Bu, Ermənistanın atdığı ilk qeyri-qanuni addım deyil. Lakin Ermənistan bilsin ki, atdığı bu kimi addımlara görə sonda cavab verməli olacaq. Bir gün gələcək onlar mütləq cavab verəcəklər” - deyə A.Əzimov vurğulayıb.
    25.11.11 Məqaləni oxumaq
     
    Hüseyn Diriöz: NATO ilə əlaqələrdə Azərbaycan özünü yaxşı tərəfdaş kimi göstərir
    “Azərbaycan ötən illər ərzində NATO ilə əlaqələrini inkişaf etdirib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan NATO baş katibinin müavini Hüseyn Diriöz bildirib. O qeyd edib ki, ikitərəfli əlaqələrdə Azərbaycan özünü yaxşı tərəfdaş kimi göstərir. “Əfqanıstanda və digər NATO ilə birgə keçirilən layihələri bu sıraya aid eləmək olar” - deyə H.Diriöz vurğulayıb.
    25.11.11 Məqaləni oxumaq
     
    Hafiz Paşayev: Erməni diasporu hazırda ABŞ-da məqsədlərinə nail ola bilmir
    Bu gün Bakıda Azərbaycan NATO Beynəlxalq Məktəbi (NİSA) “Müstəqilliyin 20 illiyi: Azərbaycan xarici siyasətinin təkamülü” adlı konfrans keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavinləri Araz Əzimov, Hafiz Paşayev, NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə müavini Hüseyn Diriöz, Azərbaycan Diplomatik Akademiyasının professoru Anar Vəliyev, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kiobano və digər qonaqlar iştirak ediblər.
    25.11.11 Məqaləni oxumaq
     
    “MİRAS” II Qara dəniz Turizm və Səyahət Sərgisinə qatılıb
    Türkiyənin Trabzon şəhərində II Qara dəniz Turizm və Səyahət Sərgisi açılıb. “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgidə ölkəmizi nativ turizm, xüsusilə arxeoloji turizmin təbliği sahəsində geniş fəaliyyət göstərən “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edir. Türkiyə, Azərbaycan, Gürcüstan, İran və başqa ölkələrdən 100-dən çox firma və agentliyin qatıldığı sərginin açılışında Ordu Valisi Orhan Düzgün, Trabzon Vali Yardımçısı Hahmut Halal, Trabzon Bələdiyyə Başkan Yardımçısı Hüseyin Turan, Trabzon Ticarət və Sənaye Odası Başkanı M.Suat Hacısalihoğlu, İranın Trabzon Baş konsulu Ali Nikan, Trabzon İl Kültür və Turizm müdiri İsmayıl Kansız və digər dövlət rəsmiləri iştirak ediblər.
    25.11.11 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: Qəbələ RLS-in icarə haqqını 100 milyon dollara qədər artırmaq olar
    “Qəbələ RLS-nə dair Azərbaycanla Rusiya arasında imzalanmış müqavilənin müddəti gələn il bitdiyi üçün tərəflər müqavilənin şərtlərini yenidən nəzərdən keçirirlər. Azərbaycan tərəfi qiymətlərin, eləcə də situasiyanın xeyli dərəcədə dəyişdiyini nəzərə alaraq qiymətlərin artırılması və bir sıra məsələlərlə bağlı öz təkliflərini irəli sürüb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, Rusiya tərəfindən Qəbələ RLS-in modernləşdirilməsi ilə bağlı təkliflər daxil olub. Bu təklifi mülkiyyət sahibi olaraq Azərbaycan nəzərdən keçirir və müvafiq qərara gəlinəcək. Onun fikrincə, icarə haqqını 100 milyon dollara qədər artırmaq olar. Çünki Rusiya təkcə həmin icarəyə götürdüyü obyekt və ərazidən istifadə etmir, Azərbaycanın infrastrukturundan da istifadə edir. Danışıqların davam etdiyini söyləyən A.Mirzəzadə qeyd edib ki, bu məsələdə müəyyən nəticəyə gəlmək üçün xeyli vaxt var.
    25.11.11 Məqaləni oxumaq
     
    Saakaşvili: Tbilisi tək Gürcüstanın deyil, bütün Qafqazın paytaxtıdır
    Gürcüstan prezidenti Mixail Saakaşvili hesab edir ki, Tbilisi tək Gürcüstanın deyil, bütün Qafqazın paytaxtıdır. «KƏLAMİNFO» «Qruziya online»a istinadən xəbər verir ki, Saakaşvili: «Biz bir an belə yaddan çıxarmırıq ki, biz tbilisiliyik. Biz bu şəhər qarşısında baş əyirik. Biz hamımız birlikdə bu şəhəri tikirik. Tbilisi tək Gürcüstanın deyil, bütün regionun böyük əhəmiyyət kəsb edən mərkəzidir» - deyə o vurğulayıb.
    25.11.11 Məqaləni oxumaq
     
    Əmlak Komitəsi turizm obyektlərinin özəlləşdirilməsi ilə bağlı seminar keçirib
    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən turizm obyektlərinin özəlləşdirilməsi sahəsində xarici təcrübəyə dair seminarlar keçirilib. Komitədən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Turizm ili” çərçivəsində turizm sahəsinə investisiya qoyuluşlarının daha da artırılması məqsədi ilə özəlləşdirilməyə açıq elan edilmiş turizm obyektlərinin özəlləşdirilməsinin sürətləndirilməsi və bu sahədə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinə, habelə onun müsbət cəhətlərinin tətbiqinə xüsusi diqqət yetirilir. Belə ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 noyabr 2011-ci il tarixində Quba, 23 noyabr 2011-ci il tarixində isə Şəkidə “Turizm obyektlərinin özəlləşdirilməsi sahəsində xarici təcrübə” mövzusunda seminar keçirilib. Hər iki tədbir komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Tədbirə həmçinin Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsinə məsul olan qurumunun nümayəndələri də dəvət edilib. Seminarlarda komitənin mərkəzi aparatının və müvafiq regionlarda fəaliyyət göstərən ərazi qurumlarının işçiləri iştirak edib.
    25.11.11 Məqaləni oxumaq
     
    Dövlət xidməti BDU-da seminar keçirib
    İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı Dövlət Universitetində “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda seminar təşkil edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin 200-dən artıq müəllim və tələbələri iştirak edib. Seminarda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib. A.Əliyev bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasında istehlakçıların maarifləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
    25.11.11 Məqaləni oxumaq
     
    Prezident əsaslı təmir edilmiş sərnişin vaqonları ilə tanış olub
    Prezident İlham Əliyev bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilmiş sərnişin vaqonları ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov proqram çərçivəsində Çexiya İxrac Bankının krediti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmirinin müqavilə çərçivəsində uğurla davam etdirildiyi barədə məlumat verib. Prezident İlham Əliyev Çexiya İxrac Bankı ilə imzalanan müqavilə əsasında indiyədək alınmış material və texnikanı, həmçinin dəmir yollarının tikintisində və təmirində istifadə olunan avadanlığın istehsalı, daşınması və quraşdırılmasını əks etdirən fotostendə baxıb.
    25.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930