Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Qanunsuz miqrantların saxlanması üçün 2 mərkəz tikilib
    Hazırda Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanması mərkəzləri tikilib və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı DMX rəisinin müavini Pərviz Musayev söyləyib. R.Musayev deyib ki, mərkəzlər Bakı və Yevlax şəhərlərində inşa edilib. Onun sözlərinə görə, qanunsuz miqrantlar qanun çərçivəsində həmin saxlama mərkəzlərində yerləşdiriləcək: “Mövcud qanunvericiliyə uyğun olaraq onların ölkə ərazindən çıxarılmaları təmin ediləcək”.
    22.11.11 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev: “Eurovision”adək 500 bələdçi sertifikat almalıdır
    Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinədək bütün bələdçilər sertifikat almalıdır. “KƏLAMİNFO” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunda ilk milli bələdçilərə sertifikatların verilməsi mərasimində deyib. Nazir bildirib ki, müsabiqəyə gələn qonaqları qarşılayıb yola salmaq üçün ayrılacaq bütün bələdçilər sertifikat almalıdırlar: “Artıq bununla bağlı turizm şirkətlərinə müraciət edilib. Bu müddət ərzində 500 bələdçiyə sertifikat verilməlidir”.
    22.11.11 Məqaləni oxumaq
     
    Şamaxıda zəlzələ olub
    Ötən gün yerli vaxtla saat 23:42:54 -də Pirquludan 16 km şimali-qərbdə 3 bal gücündə zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, zəlzələ Pirquluda 3.0 bala qədər hiss olunub.İnsan təlafatı və tikililərdə dağıntı yoxdur. Zəlzələnin maqniturası 3.00, dərinliyi isə 12 km olub.
    22.11.11 Məqaləni oxumaq
     
    Mübarəkə hücum olub
    Qahirədə beynəlxalq tibb mərkəzində müalicə kursu keçən Misirin sabiq prezidenti 83 yaşlı Hüsnü Mübarəkə hücum cəhdi olub. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə Misirin “Al-Fajr” nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, adının çəkilməsini istəməyən şəxs Mübarəkin mayor rütbəsində olan şəxs tərəfindən hücuma məruz qaldığını deyib. İnsident noyabrın 3-də səhər baş verib. İçəri girən həkim Mübarəkin qanında şəkərin miqdarını ölçmək istəyib. Prosedur zamanı o, Mübarəkin boğazından yapışaraq onu boğmaq istəyib. İçəri girən mühafizəçilər onun qollarını burublar. Dərhal saxlanılan həkimi hərbi prokurorluğa təhvil veriblər. Mənbə həmin şəxsin adını çəkmək istəməyib.
    22.11.11 Məqaləni oxumaq
     
    Bakıda Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası keçiriləcək
    Noyabrın 23-24-ü tarixlərində Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin təşkilatçılığı ilə Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası (KASPKOM-16) keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Sessiyada Xəzəryanı ölkələrin hidrometeorologiya təşkilatları, Ümumdünya Meteorologiya Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, gəmiçilik və aviasiya təşkilatlarının nümayəndələri, Xəzər dənizi ərazisində fəaliyyət göstərən təsərrüfat subyektləri, həmçinin alimlər və qeyri-hökumət təşkilatları iştirak edəcəklər.
    22.11.11 Məqaləni oxumaq
     
    MSK səsvermə bülletenlərinin paylanmasına başlayıb
    Mərkəzi Seçki Komissiyası bu gündən etibarən bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki bülletenlərinin və səsvermənin nəticələrinə dair seçki komissiyaları protokollarının dairə seçki komissiyalarına verilməsinə başlayıb. Məlumat “KƏLAMİNFO”ya MSK-nın mətbuat xidmətindən verilib. Qeyd edək ki, komissiyanın oktyabrın 14-də keçirilən iclasında səsvermə protokollarının, oktyabrın 25-də keçirilən iclasında isə bülletenlərin sayı və hazırlanma qaydası barədə qərar qəbul edib. Protokollar seçki keçiriləcək dairə və məntəqələrin sayına uyğun olaraq, bülletenlər isə oktyabrın 25-nə olan məlumata görə seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq, yəni cəmi 1 191 541 ədəd olmaqla Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində çap edilib. Xatırladaq ki, noyabrın 30-da 330 bələdiyyə üzrə 464 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
    22.11.11 Məqaləni oxumaq
     
    Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mexanizmləri ilə bağlı hökumətə yeni təklif hazırlanıb
    Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı hökumətə təklif hazırlayıb. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının elmi katibi Əminağa Sadıqov deyib. Təklifin yaxın gələcəkdə Nazirlər Kabinetinə təqdim ediləcəyini diqqətə çatdıran Ə.Sadıqov xatırladıb ki, elmi-tədqiqat işlərinin maliyyə bölgüsü hələlik mərkəzləşmiş qaydada aparılmır: “Məsələn, dövlət büdcəsindən ayrılan vəsait birbaşa hansısa təşkilata ayrılır. Biz onun əleyhinə deyilik, sadəcə o vəsaitin ayrılması şuranın təqdimatı əsasında həyata keçirilsə yaxşı olar”,-deyən Ə.Sadıqov deyib ki, ayrılan vəsait görülən işlərin həcminə uyğun olmalıdır:
    21.11.11 Məqaləni oxumaq
     
    Doktoranturaya qəbulla bağlı keçirilən imtahanlar noyabrın sonunda başa çatacaq
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə keçirilən imtahanlar noyabrın sonunda başa çatacaq. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib. S.Abbasoğlu deyib ki, ixtisasdan keçirilən imtahanlar başa çatıb və hazırda doktorant olmaq istəyənlər xarici dildən imtahan verirlər. Onun sözlərinə görə, noyabrın sonu imtahanlar başa çatandan sonra nəticələrə elmi şuralarda baxılacaq. Hələlik qəbulla bağlı statistik məlumatların olmadığını diqqətə çatdıran S.Abbasoğlu deyib ki, ümumi nəticələrin dekabrın ortalarında məlum olacağı gözlənilir. Xatırladaq ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. AMEA-nın fəlsəfə doktoru hazırlığı üzrə 2011-ci il üçün qəbul planı 215 nəfər müəyyənləşdirilib. Onlardan 174 nəfər əyani, 41 nəfəri qiyabi müəyyən edilib. Akademiya üzrə elan edilən yerlərə 478 nəfər sənəd verib. Onlardan 368 nəfəri əyani, 110-u qiyabi yerlərə sənəd verib.
    21.11.11 Məqaləni oxumaq
     
    Korrupsiya hüquqpozmaları ilə bağlı 4 nəfər ədliyyə orqanlarından xaric edilib
    Ədliyyə Nazirliyində vətəndaşların müraciətlərinə baxılmasının təkmilləşdirilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə işlər görülür, monitorinq qrupları təşkil olunub, nazirliyin internet saytında “qaynar xətt” bölməsi və ayrıca telefon xidməti yaradılıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində ədliyyə nazirinin müavini Toğrul Musayev deyib. Nazir müavini deyib ki, “Qaynar xətt”ə daxil olan şikayətlərə baxılması Qaydaları təsdiq edilib. Onun sözlərinə görə, nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı yoxlamaların nəticələri üzrə cari ildə 4 nəfər barədə materiallar prokurorluğa göndərilib, habelə 7 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 4 nəfər ədliyyə orqanlarından xaric edilib.
    21.11.11 Məqaləni oxumaq
     
    Qəddafinin sabiq kəşfiyyat rəhbəri də tutulub
    Liviya rəsmiləri bəyan ediblər ki, hökumət qüvvələri Müəmmər Qəddafinin sabiq kəşfiyyat rəhbəri Abdullah Senusini yaxalayıblar. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, keçmiş kəşfiyyat xidmətinin rəhbəri ölkənin cənubunda tutulub.
    21.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930