Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    İrana qarşı sanksiyaların regiona təsiri müzakirə ediləcək
    Noyabrın 16-18-i tarixlərində İstanbulda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə “BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri” adlı beynəlxalq seminar keçiriləcək. Tədbirdə Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Rəşad Kərimov sanksiyaların icrasında Azərbaycanın yürütdüyü siyasət mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər.
    16.11.11 Məqaləni oxumaq
     
    Məktəblərdə şahmatın fənn kimi tədrisi istiqamətində ciddi müzakirələr aparılır
    “Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan açıq şahmat turniri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov ümumrespublika şahmat turniri haqqında ətraflı məlumat verib. O bildirib ki, ölkəmizin 48 şəhər və rayonundan 244 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Turnirin çox yüksək səviyyədə təşkil olunduğunu deyən Q.Novruzov əlavə edib ki, Azərbaycanda şahmat məktəbləri, şahmatla məşğul olan şagirdlərin sayı ilbəil artır və bu sahədə qazanılan uğurların sırası durmadan genişlənir. Respublika üzrə şahmatın kütləviliyinin təmin olunması üçün məktəblərdə şahmatın fənn kimi tədrisi istiqamətində ciddi müzakirələrin aparıldığını vurğulayan Q.Novruzov bu idman növü ilə məşğul olan şagirdlərin hərtərəfli yetişdiklərini və dərslərində kifayət qədər uğur qazandıqlarını diqqətə çatdırıb.
    16.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar AŞPA-nın komitələrinin iclaslarına qatılacaqlar
    Bu gün Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Elxan Süleymanov qurumun Monitorinq, Hüquqi işlər və İnsan haqları Komitələrinin iclaslarında iştirak etmək üçün Parisə yola düşürlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. İclaslarda İnsan Haqları Konvensiyasının həyata keçirilməsinin cari vəziyyəti, məişət zorakılığı qurbanlarının müdafiəsi, siyasi məhbus məsələsinə yenidən baxılması, Türkiyə və Makedoniyada post-monitorinq dialoqu, Rusiyada parlament seçkilərinə hazırlıq, Ukrayna və Gürcüstan tərəfindən öhdəliklərin yerinə yetirilməsi, həmçinin digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlar tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətlərini bildirəcəklər. Səfər noyabrın 18-də başa çatacaq.
    16.11.11 Məqaləni oxumaq
     
    Millət vəkilləri hərbi qanunvericilik aktlarına dəyişikliklər təklif ediblər
    Bu gün Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlardan və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”dən “azadlığın məhdudlaşdırılması” terminin çıxarılması müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda eyni zamanda deputatlar hərbi xidmətə çağırışa dəyişiklik edilməsi ilə bağlı təkliflər ediblər.
    16.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanı Beynəlxalq festivalda təmsil edən tələbələr Qran-pri qazanıblar
    Azərbaycanlı tələbələr Beynəlxalq Tələbə Tamaşaları Festivalının Qran-Pri mükafatını qazanıblar. “KƏLAMİNFO” xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs estrada rejissorları fakültəsinin tələbələri Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr edilmiş beynəlxalq festivalın baş mükafatı olan Qran-Pri-ni qazanıblar. Kiçik həyat əhvalatlarından ibarət olub və bütün əhvalatlar etüd vasitəsilə nümayiş etdirilən “Adi əhvalatlar” adlı tamaşa ilə çıxış edən azərbaycanlı tələbələrdən 3-ü festival çərçivəsində həmçinin münsiflər heyətinin yekdil qərarı ilə aktyorluq və rejissorluq işinə görə xüsusi sertifikatlarla mükafatlandırılıblar.
    15.11.11 Məqaləni oxumaq
     
    Alim Qasımov və qızı növbəti səfərə hazırlaşır
    Xalq artisti Alim Qasımov və onun qızı Əməkdar artist Fərqanə Qasımova növbəti qastrol səfərinə hazırlaşır. Fərqanə Qasımovanın “KƏLAMİNFO”ya verdiyi açıqlamasında gələn ay bir neçə konsert proqramı ilə çıxış edəcəklərini bildirdi: “Hər ay xaricə səfərlərimiz olduğu üçün onları yadımda saxlaya bilmirəm. Amma dekabr ayında Türkiyədə, fevralda isə ABŞ-da 4 konsertimiz təşkil ediləcək. Türkiyənin İstanbul şəhərində məhz bizim xüsusi konsert proqramımızdır”.
    15.11.11 Məqaləni oxumaq
     
    Nikola Sarkozi Benyamin Netanyahuya məktub ünvanlayıb
    İsrailin baş naziri Benyamin Netanyahu barəsində tənqidi fikir söylədiyi iddia edilən Fransa prezidenti Nikola Sarkozi ona məktub ünvanlayıb. O, məktubunda baş nazirə dost hissələri yaşadığını bildirib. “KƏLAMİNFO” “Röyters”ə istinadən xəbər verir ki, ötən həftə aparıcı KİV-in məlumatlarında Sarkozinin Barak Obama ilə söhbətində Netanyahu haqqında yalançı ifadəsi işlətdiyini yazmışdılar. Sarkozi məktubunda İsrail baş nazirinin qayınatasının ölümündən başsağlığını ifadə edib: “Mən sizə dost kimi yanaşıram və bizim Yaxın Şərqin problemləri ilə bağlı fikir ayrılıqlarımız, eləcə də KİV-də yaranmış söz-söhbətlər bu dostluğa xələl gətirə bilməz.”
    15.11.11 Məqaləni oxumaq
     
    Borc böhranı II Dünya müharibəsindən sonra Avropanın ən çətin sınağıdır
    İndiki borc böhranı Avropanın İkinci Dünya müharibəsindən sonra ən çətin sınağıdır. «KƏLAMİNFO» «Rosbalt»a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel Xristian-Demokrat İttifaqının Leypsiqdəki konfransında belə deyib. Merkelin sözlərinə görə, Avropa siyasi inteqrasiya yolunda da addım-addım irəliləməlidir. Kansler Avropa Birliyinin büdcə kəsirləri limitlərini aşan dövlətlərə qarşı qaydaları dəyişdirməsinin vacibliyini də vurğulayıb. Ancaq Almaniyanın tərəfdaşlarına yardım öhdəliyi olduğunu və lazım gələrsə daha çox qurbanlar verməli olduğunu deyib.
    15.11.11 Məqaləni oxumaq
     
    ABŞ növbəti dəfə Suriya prezidentini istefaya çağırıb
    ABŞ növbəti dəfə Suriya prezidenti Bəşər Əsədi istefaya çağırıb. «KƏLAMİNFO» «svobodanews.ru»a istinadən xəbər verir ki, Ağ Evin açıqlamasında bildirilir ki, Əsəd getdikcə daha çox təcrid olunur və legitimliyini itirib. Ağ Evin mətbuat katibi Con Ernest deyib ki, Əsəd rejiminin təcridi davam edir. Ona siyasi təzyiqlər artır: «Bu məsələdə Obama administrasiyasının mövqeyi aydındır - prezident Əsəd legitimliyini itirib və getməlidir. Əsəd rejimi dinc nümayişçilərə qarşı zorakılığı dərhal dayandırmalıdır». Noyabrın 14-də Avropa Birliyi Suriyanın daha 18 rəsmi şəxsinin adını hesabları dondurulan və səyahət qadağası qoyulan şəxslər siyahısına daxil edib. Bununla da həmin şəxslərin sayı 74-ə çatıb.
    15.11.11 Məqaləni oxumaq
     
    Füzuli Ələkbərov: “Bolqarıstanla Azərbaycan arasında əməkçi miqrantların mübadiləsi mövcud deyil”
    Hazırda Bolqarıstanla Azərbaycan arasında əməkçi miqrant mübadiləsi demək olar ki, mövcud deyil. “KƏLAMİNFO”nun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, gələcəkdə əmək miqrantlarının sosial müdafiəsi ilə bağlı addımlar mümkündür: “Qeyri-neft sektoruna qarşılıqlı investisiya proqramları və maraqlar gündən-günə artır. Bolqarıstan investisiyası bizim ölkəyə işçi axınına, Azərbaycan investisiyası isə bizdən Bolqarıstana işçi axınına səbəb ola biləcək. Bu nöqteyi-nəzərdən gələcəkdə sözügedən məsələlər barədə də əməkdaşlıq ola bilər”.
    15.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930