Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  21 22 23 24 25 26 27 28 29  #
    Qəddafinin oğlu axtarışına son verilməsini xahiş edib
    Müəmmər Qəddafinin oğlu Səid Qəddafi İnterpola səslənərək onun axtarışına son verilməsini xahiş edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Səid bildirib ki, Liviyanın indiki hakimiyyəti onu ədalətlə mühakimə etmək iqtidarında deyil. Sentyabrın 11-dən Nigerə qaçan Səid Qəddafinin hazırda ev dustaqlığında saxlandığı bildirilir. Niger hökuməti Liviya hüquq-mühafizə orqanlarının Səid Qəddafini dindirməsinə şərait yaradacağını, ancaq onu ekstradisiya etməyəcəyini bəyan edib.
    02.11.11 Məqaləni oxumaq
     
    Əhmədinejad həcc ziyarətinə dəvət edilib
    Səudiyyə Ərəbistanının kralı Abdulla İran prezidenti Mahmud Əhmədinejadı Məkkəyə həcc ziyarətinə dəvət edib. «KƏLAMİNFO»nun «The Daily Star»a istinadən verdiyi məlumata görə, İran prezidenti dəvəti qəbul edib və gələn həftənin əvvəlində Səudiyyə Ərəbistanına yollanacaq. İran prezidentinin KİV üzrə müşaviri Əli Əkbər Cavanfekr bildirib ki, əvvəllər belə bir şey baş verməyib. Onun sözlərinə görə, bü səfər iki ölkə arasında münasibətlərdə mühüm xətt olacaq.
    02.11.11 Məqaləni oxumaq
     
    Argentinalı nazir: Argentina Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıdır
    Tezliklə Argentinanın Azərbaycanda səfirliyi açılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao bildirib. O qeyd edib ki, Argentina Azərbaycanla əməkdaşlığa yeni başlayıb və bunun gücləndirilməsində maraqlıdır. O, Argentinada erməni lobbisinin güclənməsinin Azərbaycanla münasibətlərə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, ölkəsində ermənilərin say çoxluğuna baxmayaraq bunun Bakı ilə münasibətlərə heç bir təsiri olmayacaq. “Əksinə getdikcə Azərbaycan- Argentina münasibətləri güclənərək yeni mərəhələyə qədəm qoyur. Biz Bakı ilə əməkdaşlığın gücləndirilməsində çox maraqlıyıq”-deyə, o, əlavə edib.
    02.11.11 Məqaləni oxumaq
     
    Hillari Klinton Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Qurban bayramı münasibətilə təbrik məktubu göndərib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Dövlət katibi təbrik məktubunda Qurban bayramının dünyanın müxtəlif ölkələrinin müsəlmanlarını bir araya gətirdiyini vurğulayaraq, bunun çox mühüm dəyər olduğunu və ABŞ-ın bu dəyəri paylaşdığını diqqətə çatdırıb. Dövlət katibi fürsətdən istifadə edərək Azərbaycan xalqını və hökumətini bu müqəddəs bayram münasibətilə təbrik edib.
    02.11.11 Məqaləni oxumaq
     
    Obama tibbi müayinədən keçib
    ABŞ prezidenti Barak Obama səhhəti ilə bağlı testdən uğurlu keçib. Test siyasətçinin tütündən uğurlu asılılığının aradan qalxdığını göstərib. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, tibbi müayinənin nəticəsində göstərilib ki, prezident çox əla formadadır və öz səlahiyyətlərinin öhdəsindən uğurla gələ bilər. O da qeyd edilib ki, Barak Obama nikotindən asılılığndan azad olub, sağlam həyat tərzi sürür və artıq çəkiyə malik deyil. Obama sonuncu dəfə ötən ilin fevralında analoji testdən keçib. O zaman həkimlər ona siqaret çəkməməyi və xolosterinin səviyyəsini aşağı salmaq üçün rasionu dəyişməyi tövsiyə etmişdilər.
    02.11.11 Məqaləni oxumaq
     
    Prezident Dənizkənarı Milli Parkda yenidənqurma işlərinin gedişi ilə tanış olub
    Prezident İlham Əliyev bu gün Dənizkənarı Milli Parkda “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, şəhərciyin yenidənqurmadan sonrakı görüntülərini əks etdirən stendlərlə tanış olan dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə bu ilin iyununda başlanıb. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunacaq. Altı körpü və bir tunelin də inşa olunacağı şəhərciyin ərazisində müasir işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı salınacaq. Prezident İlham Əliyevə parkın ərazisində inşa edilən “Şərq” və “İtaliya” restoranlarının binalarında tikinti işlərinin gedişi barədə də məlumat verilib.
    02.11.11 Məqaləni oxumaq
     
    Çingiz İsmayılov: “Azərbaycanda çay və ada turizmi inkişaf etdirilməlidir”
    Azərbaycanda turizmin qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilə bilməsi üçün böyük potensial mövcuddur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanda Regional Turizm Mərkəzinin direktoru Çingiz İsmayılov Azərbaycanda ənənəvi turizmin inkişafı ilə bağlı keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, hazırda kifayət qədər iri turizm layihələri reallaşdırılır: “Məsələn, “Şahdağ” qış turizm kompleksinə 2 milyard manat ayrılıb. Bu, olduqca böyük məbləğdir və turizm layihəsinə bu qədər vəsait heç vaxt ayrılmayıb. Yəni işlər görülür, amma çatışmazlıqlar da var. Azərbaycan ənənəvi turizmin inkişafı üçün zəngin potensiala malikdir, amma əsas məsələ bu potensialdan necə istifadə etməyimizdir”. Ç.İsmayılovun sözlərinə görə, ölkədə çay turizminin inkişafı üçün böyük imkanlar var: “Kür çayının Azərbaycan ərazisində 400-500 kilometri çay turizmi üçün yararlıdır. Ancaq bundan istifadə olunmur. Halbuki bu, Aran bölgəsində bir çox problemlərin həllinə səbəb olar. Çay turizmi bu regionda məşğulluğun artması, balıqçılığın inkişafı, eyni zamanda Kürün lildən tutulmaması üçün əla vasitədir”.
    02.11.11 Məqaləni oxumaq
     
    Fərhad Abdullayev Rusiyada məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı geniş müzakirələr aparıb
    Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkinin dəvəti ilə bu ölkənin Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya KM-dən veriblər. Konfransda Rusiya prezidenti Dmitri Medvedev də iştirak edib. O, konfransı açaraq Konstitusiya Məhkəməsinin müasir cəmiyyətdəki rolundan, dövlətçiliyin inkişafına töhfəsindən bəhs edib, xarici ölkələrin konstitusiya məhkəmələri arasındakı beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib. Konfransda MDB, Avropa və dünyanın digər ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri, tanınmış hüquqşünaslar konstitusiya hüququ mövzusunda müxtəlif müzakirələr aparıblar. Tədbirin proqramına uyğun olaraq, F.Abdullayev konfransda “Azərbaycan Respublikasında konstitusiya nəzarətinin həyata keçirilməsinin praktiki problemləri” mövzusunda çıxış edib.
    02.11.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Dövlət Mahnı Teatrının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
    Prezident İlham Əliyev bu gün Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanıb. Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunub, qapı-pəncərələr, oturacaqlar yenilənib, xidməti otaqlar, zal, səhnə yenidən qurulub. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır. Burada ən müasir havalandırma sistemi qurulub. Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə dünya şöhrətli korifey sənətkarımız Rəşid Behbudovun təşəbbüsü ilə yaradılıb. Teatrın kollektivi 1988-ci ildən indiki binada fəaliyyət göstərir. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
    01.11.11 Məqaləni oxumaq
     
    BMT Liviyanı silahları yaymamağa çağırıb
    BMT-nin Təhlükəsizlik Şurası Liviyanı vətəndaş münaqişəsi zamanı talanmış silahları yaymağı dayandırmağa çağırıb. Bununla bağlı qətnaməni Rusiya təklif edib və Şura bu qətnaməni yekdilliklə qəbul edib. Hər şeydən əvvəl söhbət daşına bilən zenit-raket komplekslərindən gedir. «KƏLAMİNFO»nun məlumatına görə, qətnamədə deyilir ki, bu cür silahların ekstremist təşkilatların, o cümlədən «Əl-Qaidə» üsyançılarının əlinə keçə bilmə təhlükəsi var. Təhlükəsizlik Şurası həm də Tripolini bütün kimyəvi silah ehtiyatlarını ləğv etməyə, bunun üçün xaricdən mütəxəssislər cəlb etməyə də çağırıb.
    01.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  21 22 23 24 25 26 27 28 29  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930