|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
Rusiya Müftilər şurası İslam sosial şəbəkənin yaradılmasını dəstəkləyib
|
Beynəlxalq layihədə Azərbaycandan da entuziastlar iştirak edirlər
14 noyabr tarixində Moskva şəhərində qlobal müsəlman şəbəkəsi olan Salamworld və Rusiya Müftilər şurası arasında memorandumun təntənəvi imzalanması baş tutub. Əməkdaşlıq barədə razılaşmanı Salamworld-ün baş redaktoru, məşhur Quran tərcüməçisi, fəlsəfə elmləri doktoru Elmir Quliyev və Rusiya Müftilər şurasının sədri müfti şeyx Ravil Qaynuddin imzalamışdırlar.
Elmir Quliyevin sözlərinə görə, Salamworld – yeni nəslin sosial şəbəkəsidir və o, öz unikal arxitekturası və imkanları sayəsində müsəlman alimlərinə və ictimai xadimlərinə ən yeni informasiya texnologiyalarını tətbiq etməklə bütün dünyaya islamın dəyərilərini və müsəlman dünyasının imkanlarını göstərməyə imkan verəcək.
|
20.11.11 Məqaləni oxumaq
|
|
|
Prezident Qəbələdə “Qafqaz Sport Hotel”in açılışında iştirak edib
|
Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində “Qafqaz Sport Hotel”in açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib və turizm obyekti ilə yaxından tanış olub.
Məlumat verilib ki, beşulduzlu otelin tikintisinə 2010-ci ilin martında başlanılıb. Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksesuarlardan istifadə olunub. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan oteldə 98 nömrə, o cümlədən kral dairəsi, 12 suit və əlillər üçün bir otaq var.
Prezident İlham Əliyev otelin nömrələrində yaradılan şəraitlə yaxından tanış olub. Bildirilib ki, nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilib.
|
19.11.11 Məqaləni oxumaq
|
|
|
Prezident Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib
|
Prezident İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı zavodu işə salıb.
Məlumat verilib ki, istehsal gücü saatda 6 min litr olan zavodun tikintisi bu ilin martında başlanılıb, oktyabrda isə başa çatdırılıb. İllik istehsal gücü 50 milyon litr olan müəssisədə 60 nəfər işlə təmin olunacaq.
Müasir avadanlığın quraşdırıldığı zavodda istehsal prosesi ilə tanış olan prezident İlham Əliyev hazır məhsulun dadına da baxıb. Dövlət başçısı bu cür müəssisələrin açılmasının əhəmiyyətini qeyd edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
|
19.11.11 Məqaləni oxumaq
|
|
|
Prezident Qəbələdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binanın istifadəyə verilməsi mərasimində iştirak edib
|
Prezident İlham Əliyev Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti mənzillərdə yaradılmış şəraitlə tanış olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşüb, yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlət başçısına onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.
|
19.11.11 Məqaləni oxumaq
|
|
|
Allahşükür Paşazadə Moskvaya gedir
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 20-də Moskva şəhərinə səfərə yola düşəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-nin mətbuat xidmətindən bildirilib.
Səfərdə məqsəd Moskva və bütün rusların patriarxı Kirilin anadan olmasının 65-ci ildönümü ilə əlaqədar yubiley tədbirlərində iştirak etməkdir. Noyabrın 22-dək davam edəcək səfər zamanı MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadənin şuranın digər həmsədri - patriarx Kirillə əlahiddə görüşü nəzərdə tutulur.
QMİ sədrinin, həmçinin yubiley tədbirlərində iştirak edən Ümumgürcüstan Patriarx-Katolikosu II İlya ilə görüşü də planlaşdırılır.
|
19.11.11 Məqaləni oxumaq
|
|
|
XİN: Azərbaycan Cənubi Osetiyada keçirilmiş prezident seçkilərini tanımır
|
Azərbaycanın Xarici İşlər Nazirliyi 13 noyabr 2011-ci il tarixində Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bəyanatda Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada 13 noyabr 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib.
Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.
|
19.11.11 Məqaləni oxumaq
|
|
|
Filosoflar fəlsəfənin tarixi və tədqiqi problemlərini müzakirə edib
|
Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Dünya fəlsəfəsi kontekstində İslam regionu fəlsəfə tarixinin tədrisi və tədqiqi problemləri” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunan konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Misir, İran, İordaniya, Mərakeş və Fransadan olan alimlər iştirak edib. Konfransa, həmçinin İordaniya, Mərakeş və Qatarın Azərbaycandakı səfirləri qatılıb.
|
19.11.11 Məqaləni oxumaq
|
|
|
Erməni nazir parlamentdə nərd oynadı
|
Ermənistan parlamentində qalmaqal. Parlamentdə 2012-ci il büdcəsinin müzakirəsi zamanı energetika və təbii ehtiyatlar naziri Armen Movsisiyanın bekarçılıqdan nərd oynaması kadrları yayılıb. Nazirin «İPAD»də nərd oynaması fotoları qəzet səhifələrinə düşüb. Nazirin oynaması ilə balı video jurnalistlərin telekameralarına da düşüb. Artıq bu məsələ «Facebook» sosial şəbəkəsində geniş müzakirə olunur. «KƏLAMİNFO»un məlumatına görə, «Jamanak» qəzeti yazır ki, Movsisyanın ustalıqla zərləri atması onu deməyə əsas verir ki, o, bununla çoxdan məşğul olur.
|
19.11.11 Məqaləni oxumaq
|
|
|
«Bu cür hesabatlara əhəmiyyət verməməliyik»
|
Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə «Amnesty İnternational»ın hesabatının qeyri-obyektiv olduğunu düşünür
Bu günlərdə «Amnesty İnternational» təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı açıqladığı hesabat narazılıqlara səbəb olub. Hsabatda yer alan bəzi fikirlər həqiqəti əks etdirmir, bəzən isə kiçik xarakterli hadisələrin şişirdilməsi müşahidə olunur. Hesabatla bağlı fikirlərini öyrənmək üçün hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadəyə müraciət etdik.
- Çingiz müəllim, «Amnesty İnternational» təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı açıqladığı hesabatı necə qiymətləndirirsiniz?
- Mən bu hesabatla tanış olmuşam və hesab edirəm ki, bu, obyektiv deyil. həm bu təşkilatın, həm də digər beynəlxalq təşkilatların bu tipli hesabatlarında yer alan fikirlərin, məlumatların heç bir mənbəyi göstərilmir. Nə qədər ki, bu tipli hesabatlarda informasiyanın mənbəyi obyektiv göstərilməyəcək, onları obyektiv hesab etmək olmaz. Bunu həm «Amnesty İnternational», həm “Freedom House”, həm də ABŞ Dövlət Departamenti nəzərə almalıdır. Mən bu təkliflərimi Azərbaycanda və xaricdə həmin təşkilatların təmsilçiləri ilə keçirdiyim görüşlərdə də səsləndirirəm. Təklif edirəm ki, hesabatlarda yer alan informasiyaların mənbələrini mötərizə içərisində göstərsinlər. Hesabatlar bu cür olsa onlar daha inandırıcı olarlar. Çünki mən bilirəm ki, bəzi QHT təmsilçiləri var ki, bu kimi təşkilatlara informasiya verəndə özlərinin hakimiyyətə olan münasibətlərini də oraya əlavə edirlər. Başqa sözlə desək sətiraltı da olsa hakimiyyətə olan mənfi münasibətlərini ötürdükləri informasiyaya da əlavə edirlər.
|
19.11.11 Məqaləni oxumaq
|
|
|
İnfrastrukturun modernləşdirilməsi
|
Ölkəmizdə yüksək texnolojitutumlu və rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcəkdir. Bunun üçün bir neçə perspektiv layihələr üzrə iş görülür. Onların sırasında olan milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region dövlətlərinə xidmətlər göstərməyə imkan verərək kosmik sənayenin inkişafı üçün əlverişli şərait yarada bilər.
|
18.11.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|