Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Qadın hüquqlarının müdafiəsi haqqında əsas beynəlxalq sənəd
    “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW) – qadın hüquqlarının müdafiəsi haqqında əsas beynəlxalq sənəddir. Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərəbərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Konvensiya qadınların vəziyyətinin yaxşılaşdırılması problemini müasirliyin ən qlobal problemlərinə aid edir. BMT-nin bu istiqamətdə gördüyü işlər bunun əsas sübutudur.
    14.11.11 Məqaləni oxumaq
     
    Rövzət Qasımov: “MSK təlimləri xüsusi nəzarətdə saxlayacaq”
    Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn seçkilərin keçirilməsi ilə əlaqədar təlimçilərin treninqinə başlayır. Təlimçilərin özlərinə də 2 gün treninq keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov söyləyib. Onun sözlərinə əsasən, treninqlərin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının maarifləndirilməsidir. “Bu treninqlərdə təlimçilərə aşağı seçki komissiyalarına necə təlim keçməli, həmin komissiyaların rolu və vəzifələri, seçki günü həyata keçirilən bütün seçki prosesi haqqında, ortaya çıxacaq müstəsna hallar barədə məlumat verilir”- deyə o, əlavə edib. MSK Katibliyinin müdiri bildirib ki, ən mühüm məsələlərdən biri də təlimçilərə praktik mərhələlərin keçirilməsidir. “Onlar seçki günü baş verən prosedurlara məşğələlər zamanı bələd olurlar. Bazar ertəsindən etibarən isə dairə və məntəqə seçki komissiyalarının üzvlərinin tam tərkibdə bu treninqlərdə iştirakı planlaşdırılır. MSK-da bu təlimləri xüsusi nəzarətdə saxlayacaq” – deyə Rövzət Qasımov söyləyib. MSK Katibliyinin müdiri, həmçinin əlavə edib ki, təlimçilərə təlim keçən şəxslər Katibliyin əməkdaşları və Komissiyanın üzvləri olacaq.
    12.11.11 Məqaləni oxumaq
     
    Saakaşvili Moskva ilə imzalanmış razılaşmanı qələbə sayır
    Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Moskva ilə Tbilisi arasında imzalanmış razılaşmanı vacib və əhəmiyyətli qələbə adlandırıb. «KƏLAMİNFO» «Qruziya onlayn»a istinadən xəbər verir ki, o, Batumidə NATO-nun baş katibi Rasmussenlə keçirdiyi brifinqdə bildirib ki, ilk dəfədir ki, Gürcüstanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərində malların daşınmasına beynəlxalq monitorinq tətbiq ediləcək. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qoşulması üçün bütün üzv ölkələrin razılığı lazımdır. Gürcüstan bunu əngəlləyən son ölkə idi. Rusiya isə bunun əvəzində Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyaya daşınan malların beynəlxalq müşahidəçilər tərəfindən yoxlanılmasına razılıq verib.
    12.11.11 Məqaləni oxumaq
     
    Həmsədrlər yenidən regiona səfər edəcəklər
    Noyabr ayının sonlarında Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edəcəklər. Həmsədrlər tərəflər arasında vasitəçilik işlərinin davam etdirilməsi üçün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi brifinqdə bildirib. Lukaşeviç xatırladıb ki, Minsk qrupunun həmsədrləri noyabrın 3-də Vyanada ATƏT-in Daimi Şurasına öz fəaliyyətləri barədə hesabat veriblər. «Orada vasitəçilik missiyasının builki fəaliyyəti əks olunub. Bu il ərzində Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda 14 görüş keçirilib. İki ölkənin rəhbərləri ilə sülh prosesinin gedişi, eyni zamanda Rusiya prezidentinin şəxsən iştirakı, eləcə də ABŞ və Fransa prezidentləri ilə müzakirə olunmaqla Dağlıq Qarabağ münaqişəsinin Əsas prinsipləri layihəsi üzrə müzakirələr aparılıb.
    12.11.11 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: Konstitusiyamızda kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalar mövcuddur
    Azərbaycanın Konstitusiyası inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalar mövcuddur. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az saytına müsahibəsində Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, bunlar Konstitusiyamızda insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. “Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Belə ki, qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir.”-deyə Z.Əsgərov vurğulayıb.
    12.11.11 Məqaləni oxumaq
     
    Obamanın Yaxın Şərq məsələləri üzrə müşaviri istefa verir
    ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq məsələləri üzrə müşaviri Dennis Ross istefa verir. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, bu gün açıqladığı bəyanatda Ross vəzifə müddətinin Yaxın Şərqdə presedentsiz dəyişikliklər dövrünə təsadüf etdiyini bildirib. Lakin o, xanımına iki ildən artıq bu vəzifədə qalmayacağına vəd verdiyini deyib. Ağ Evin mətbuat katibi Cey Karni bildirib ki, prezident Obama vəzifə müddətini bir il uzatdığına görə Dennid Rossa minnətdarlığını bildirib.
    11.11.11 Məqaləni oxumaq
     
    Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçiriləcək
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Heydər Əliyev Fondu və YUNİSEF-in dəstəyi ilə noyabrın 16-da Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya komitədən veriblər. II Ümumrespublika Forumu ölkədə uşaqların iştirakı ilə bağlı ən böyük tədbir olmaqla ictimaiyyətin diqqətini uşaqların mövcudluğuna cəlb edəcək, uşaqlarda iştirak hüququnun təbliği və liderlik keyfiyyətlərinin formalaşmasında böyük rol oynayacaq. Eləcə də uşaq hüquqlarının qorunması və təbliği istiqamətində uşaqlara öz problemlərini və onları narahat edən məsələləri müzakirə etmək, bu problemlərin həlli istiqamətində müvafiq təklif və tövsiyələr vermək imkanı yaradacaq.
    11.11.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Tezliklə Rusiyada inqilab baş verəcək”
    “Tezliklə Rusiyada inqilab baş verəcək, artıq vəziyyət yetişib. Özü də bu, ərəb ölkələrindəki inqilabları kimi yox, daha dəhşətli olacaq”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyir ki, sadəcə, vəziyyəti yaxından izləmək kifayətdir ki, Rusiyada sürətlə inqilabi vəziyyətin yetişməsinin şahidi olasan. “Nəticə etibarı ilə federasiya dağılacaq. Eyni zamanda, bu inqilab ərəb inqilabları kimi olmayacaq, daha qanlı olacaq. Bu gün Rusiya rəhbərliyi müxtəlif bəyanatlar verərək, müxtəlif layihələrə cəhd edərək bunu pərdələmək istəyir. Amma həqiqəti heç vaxt əbədi pərdələmək olmur” - deyə V.Quluzadə vurğulayıb.
    11.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanla Macarıstan arasında beş hökumətlərarası sənəd imzalanıb
    Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstan prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum”u Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstan Vergilər Agentliyinin müdirinin müavini Arnold Mixay imzalayıblar.
    11.11.11 Məqaləni oxumaq
     
    Macarıstan prezidenti: “Avropa ölkələrinə Azərbaycanın nəticələrini əldə etməyə 100 il lazım olardı”
    Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstan prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev Macarıstan prezidentinin Azərbaycana ilk səfərinin yaxşı nəticələrinin olacağını bildirib. “İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Biz artıq sizinlə bu barədə fikir mübadiləsi apardıq. Mən tam əminəm ki, sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfəni verəcək. Siyasi əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına da güclü təkan verir. Əminəm ki, bu gün keçiriləcək biznes forum da iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaq. Mən inanıram ki, sizin səfərinizin bütövlükdə çox uğurlu nəticələri olacaq. Beləliklə, Macarıstan-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaq”.
    11.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930