Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    “Bakı Şəhər Turu” layihəsinin 1 ili münasibəti ilə tədbir keçirilib
    Bu gün “Baku City Tour - Bakı Şəhər Turu” layihəsinin həyata keçirilməsinin bir ili tamam olur. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı mətbuat nümayəndələrinin də iştirakı ilə “Bakı turu” keçirilib. Qeyd edək ki, layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Turizm İnformasiya Mərkəzi “Millenium Turizm Konqres DMC” ilə birgə Azərbaycanın turizm potensialı və mədəni irsinin daha geniş təbliğ olunması və eyni zamanda gənc tur bələdçilərin professional səviyyəsinin daha da artırılması məqsədi ilə ötən ilin noyabr ayından reallaşdırılır. “Millenium Turizm Konqresi DMC”-nin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, şəhər gəzintisi hər gün səhər saat 12.00-da “Azadlıq” meydanında başlayır və təqribən 5 saata yaxın bir zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaxınlığında bitir. Ekskursiya eyni zamanda, rus, ingilis, fars və türk dillərində aparılır. Layihəyə Azərbaycan Turizm İnstitutunun tələbələri də cəlb olunur. Bakıda fəaliyyət göstərən mehmanxanalar, restoranlar, turizm şirkətləri, nəqliyyat qovşaqları (avtovağzal, dəniz limanı, hava limanı, dəmir yol vağzalı) xarici ölkə nümayəndəlik və şirkətləri də layihədə aktiv iştirak edir.
    26.11.11 Məqaləni oxumaq
     
    YUNESKO-nun müvafiq Komitəsindən ermənilərə rədd cavabı
    İndoneziyanın Bali adasında YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti altıncı sessiyası öz işinə başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən veriblər. Tədbirdə ölkəmizi YUNESKO yanında Daimi Nümayəndəliyin birinci katibi Anar Kərimov, ekspert-musiqişünas Sənubər Bağırova və AR Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva təmsil etmişlər.
    25.11.11 Məqaləni oxumaq
     
    Azərbaycan nağılları ingilis dilində səsləndirilib
    Azərbaycan nağıllarının ingilis dilində həm səsli, həm də çap versiyası təqdim olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin “Nümunə” nəşriyyatında nəfis şəkildə yüksək poliqrafik keyfiyyətdə çap olunan ingilis dilində “Azərbaycan nağılları” (“Azerbaijan fairy tales”) kitabı və eyni adlı diskin təqdimat mərasimi olacaq. Bildirilir ki, Azərbaycanın ən məşhur nağılları daxil olmaqla 28 nağılın toplandığı kitabın tərcüməçiləri ingiltərəli Yen Pert və həmyerlimiz Səadət İbrahimova, rəssamı Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, layihənin rəhbəri isə Leyla Əfəndiyevadır. Nağılları ingilis dilində Selia Devis (İngiltərə) səsləndirib. Qeyd edək ki, kitab müəlliflərinin, tanınmış elm və mədəniyyət xadimləri, KİV nümayəndələrinin iştirak edəcəyi təqdimat mərasimi bu gün saat 16-da Art Qarden Sərgi Salonunda baş tutacaq.
    25.11.11 Məqaləni oxumaq
     
    Misirdə toqquşmalarda ölənlərin sayı 41-ə çatıb
    Misirdə nümayişçilərlə polis arasında baş vermiş toqquşmalarda ölənlərin sayı 41-ə çatıb. «KƏLAMİNFO»nun «Lenta.ru»ya istinadən yaydığı məlumata görə, Misir Səhiyyə Nazirliyi ölənlərdən 36-nın Təhrir meydanında həlak olduğunu açıqlayıb. Yaralıların sayı təxminən 4 min nəfərdir. Xəstəxanalarda 121 nəfər müalicə olunur.
    25.11.11 Məqaləni oxumaq
     
    Rusiya kompaniyası Ermənistana məxsus AES-i idarə etmək istəmir
    Ermənistana məxsus AES-də işləyən Rusiya kompaniyası artıq stansiyanı idarə etmək istəmir. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə «Kommersant» öz yaxın mənbələrinə istinadən xəbər yayıb. Məlumata görə, Rusiyanın «İnter RAO EES» dövlət enerji holdinqi Ermənistanla stansiyanın idarə edilməsi üzrə şərtlərin dəyişdirilməsi barədə danışıqlar aparır. Bu xəbəri qəzetə holdinqə yaxın mənbə çatdırıb. O bildirib ki, «atom energetikası «İnter RAO» üçün profilə uyğun deyil və özündə çoxsaylı riskləri yaradır».
    25.11.11 Məqaləni oxumaq
     
    İraqdakı partlayışlarda 19 adam ölüb
    İraqın Bəsrə şəhərində baş verən üç partlayış nəticəsində 19 adam həlak olub, 40 nəfər yaralanıb. Ölənlər arasında polislər və hərbçilər də var. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, partlayışlar şəhərin mərkəzindəki bazarda olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, iki partlayış eyni vaxtda olub. Üçüncü partlayış əraziyə adamların yığışmasından sonra baş verib.
    25.11.11 Məqaləni oxumaq
     
    Ərəb Dövlətləri Liqası Suriyaya 1 gün vaxt verib
    Ərəb Dövlətləri Liqası Suriyaya xəbərdarlıq edib. Şura bəyan edib ki, əgər 24 saat ərzində müşahidəçilər qrupunun ölkəyə baş çəkməsinə razılıq verməsə, ona qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, belə bir qərar liqanın Qahirədə keçirilən iclasında qəbul edilib. Söhbət əsasən Suriya ilə hava əlaqəsinin kəsilməsi, Dəməşqlə maliyyə razılaşmalarının dayandırılması və Suriyanın xaricdəki bank hesablarının dondurulmasından gedir.
    25.11.11 Məqaləni oxumaq
     
    Respublika ərazisində qanunsuz ov hallarına qarşı mübarizə davam etdirilir
    Cari ilin 9 ayı ərzində keçirilən reydlər zamanı müxtəlif inzibati rayonların ərazisində yerləşən sututarlarda, dəniz sahilində, xüsusi mühafizə olunan təbiət ərazilərində, ovçuluq təsərrüfatlarında və digər ərazilərdə qeyri-qanuni ovla məşğul olan şəxslərə qarşı ümumilikdə 201 akt və protokol tərtib olunub və brokonyerliklə məşğul olan şəxslərdən 131 ədəd ov tüfəngi müsadirə edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
    25.11.11 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil azalır
    Bu il rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəbləri və uşaq evlərindən 105 uşaq bioloji ailələrin və yaxın qohumlarının himayəsinə qaytarılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov Bakıda “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və nativ qayğı Dövlət Proqramı” çərçivəsində 2001-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilən konfransda deyib.
    25.11.11 Məqaləni oxumaq
     
    Gürcüstan Leyborist Partiyasının lideri Ağ evin qarşısında aksiya keçirib
    Gürcüstan Leyborist Partiyasının lideri Şalva Natelaşvili tərəfdarları ilə birgə Vaşinqtonda Ağ evin qarşısında prezident Mixail Saakaşvilinin istefası tələbi ilə aksiya keçirib. «KƏLAMİNFO» «İnerfaks»a istinadən xəbər verir ki, Natelaşvili: «Məhz Birləşmiş Ştatlar hakimiyyət Saakaşvilini bizim canımıza salıb. Bu, şəxs əsl diktatordur. Belə halı isə Vaşinqtonda istəmirlər» - deyə bildirib. Onun sözlərinə görə, ədalətli seçkilər yolu ilə Gürcüstanda seçiləcək xalq hökuməti ABŞ-la dostuq və əməkdaşlıq edəcək.
    25.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930