|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
Prezident Qaxda “İçəribazar” qala kompleksində yaradılan şəraitlə tanış olub
|
Prezident İlham Əliyev Qax şəhərindəki “İçəribazar” qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, qədimliyi özündə ehtiva edən qala divarları, drenaj sistemi, təbii daşlar buraya turistləri daha çox cəlb edir. Açıq səma altında yaradılan 300 yerlik teatr, tətbiqi sənət ustaları üçün 10 emalatxana binası inşa olunub, İçəribazar küçəsi yenidən qurulub.
Kompleksin ərazisini gəzən prezidentə məlumat verilib ki, burada tikinti və yenidənqurma işlərinə 2010-cu ilin aprel ayında başlanılıb, qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Bildirilib ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib.
|
17.11.11 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib
|
Prezident İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.
Mehmanxanada yaradılmış şəraitlə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, üçmərtəbəli kompleks 2,7 hektar ərazini əhatə edir. Ümumi sahəsi 3 min 660 kvadratmetr olan mehmanxana lüks və VİP otaqlardan, 120 yerlik yeməkxanadan, 60 yerlik kafe–bar, oyun və kino zallarından ibarətdir.
|
17.11.11 Məqaləni oxumaq
|
|
|
Elmira Süleymanova: “Daha küçələrdə maşın yuyan uşaqlara rast gəlinmir”
|
Azərbaycanda uşaqların istismarı əvvəlki illərə nisbətən xeyli azalıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Uşaqların 2-ci Forumunda deyib.
Ombudsman qeyd edib ki, indi uşaqların ağır işdə işlədilməsi halları xeyli azalıb: “Bu, qanunla da təsbit olunub ki, 15 yaşına çatmamış uşaqları ağır işlərə cəlb edənlər cəzalandırılacaq. Artıq küçələrdə maşın yuyan, dilənən uşaqlara da rast gəlinmir”.
|
17.11.11 Məqaləni oxumaq
|
|
|
Hidayət Orucov: “Bir çox ölkə öz dövlət və din sistemini Azərbaycana ixrac etmək istiqamətində fəaliyyət göstərir”
|
“Azərbaycanda dindən siyasi, şəxsi maraqlar üçün istifadə edən qüvvələr və şəxslər mövcuddur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov söyləyib. Onun sözlərinə görə, əslində isə din xadimi olmayan şəxslər və qruplar var ki, dini təhrif edir, din adından danışır. Komitə sədri həmçinin bildirib ki, bir çox ölkə öz dövlət və din sistemini Azərbaycana ixrac etmək istiqamətində fəaliyyət göstərərək təxribatlar törədir və buna da çox böyük vəsait ayrılıb.
|
17.11.11 Məqaləni oxumaq
|
|
|
Obama Avstraliyaya yola düşüb
|
ABŞ prezidenti Barak Obama iqtisadiyyat və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi ilə Avstraliyaya yola düşüb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, Avstraliyaya Havayda ev sahibliyi etdiyi APEC ölkələrinin sammitindən sonra gedir.
Kanberrada ABŞ dövlət başçısının Avstraliyanın baş naziri Culiya Gillardla görüşü gözlənilir. Daha sonra prezident Darvin şəhərində Amerikanın dəniz qüvvələri bazasının açılacağını elan etməlidir.
Obamanın səfəri ABŞ-Avstraliya müdafiə sazişinin əldə edilməsinin 60-cı ildönümünə təsadüf edir. Barak Obama Avstraliyaya səfər edən beşinci ABŞ prezidentidir.
|
17.11.11 Məqaləni oxumaq
|
|
|
Mustafa Topçubaşov haqqında film hazırdır
|
“Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filmi təqdimata hazırdır. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, yeni sənədli filmin təqdimatı noyabr ayının 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkilən film Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri akademik Mustafa bəy Topçubaşovun həyatı və fəaliyyətindən bəhs edir.
Qeyd edək ki, “Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin rejissoru Xalq artisti Yalçın Əfəndiyevdir.
|
17.11.11 Məqaləni oxumaq
|
|
|
Bahar Muradova: “Biz çalışacağıq ki, bir də erməni gülləsinə tuş gələn Farizimiz, Aygünümüz olmasın”
|
“Biz çalışacağıq ki, bir də erməni gülləsinə tuş gələn Farizimiz, Aygünümüz olmasın”. “KƏLAMİNFO” xəbər verir ki, bunu parlamentin vitse-spikeri Bahar Muradova Bakıda keçirilən Uşaqların 2-ci Forumunda deyib.
Qeyd edib ki, Qarabağ probleminin çözülməmiş qalması gənclərin, uşaqların sağlam gələcəyinə də maneədir: “Ölkədə bizdən də savadlı, əqidəli, mükəmməl yeni nəsil formalaşır. Azərbaycanda uşaqlarla bağlı qanunvericilik mükəmməlləşib. Ümumilikdə 72 qanun, 11 məcəllə uşaq hüquqlarını əks etdirir. Bu qanunlarla uşaqların sosial hüquqlarının qorunması, uşaq siyasəti və hüquqlarının həyata keçirilməsi tənzimlənir. Bütün bunlar vətəndaş cəmiyyətinə xidmət edir”. B.Muradovanın sözlərinə görə, Milli Məclisdə daim uşaq problemləri, onların həlli yolları müzakirəyə çıxarılır: “Azərbaycanda siyasi, iqtisadi mühit imkan verir ki, uşaqlarımız sağlam şəraitdə böyüsünlər”.
|
17.11.11 Məqaləni oxumaq
|
|
|
|
Səfər Əbiyev Qazaxıstana yola düşüb
|
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Qazaxıstanın Almatı şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda MDB-yə daxil olan ölkələrin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
Prezident “Euronews” kanalının Müşahidə Şurasının sədrini qəbul edib
|
Prezident İlham Əliyev bu gün “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesani ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi münasibətilə dövlət başçısını təbrik edib. Ölkəmizə bundan əvvəlki səfərini xatırlayan qonaq ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb.
Ötən dövrü “Euronews” kanalı ilə Azərbaycanın fəal əməkdaşlıq mərhələsi kimi xarakterizə edən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|