Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Obama Avropa Birliyindəki böhranı müzakirə edəcək
    ABŞ prezidenti Barak Obama bu gün Avropa Birliyi ölkələri rəhbərləri nümayəndə heyətini qəbul edəcək. Ağ Evdə keçiriləcək danışıqların əsas mövzusu avrozona ölkələrindəki uzunmüddətli böhran məsələsi olacaq. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, bugünkü görüşdə Avropa Birliyinin sədri Herman Van Rompuy, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo və Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton da iştirak edəcək.
    29.11.11 Məqaləni oxumaq
     
    Azərbaycan, Türkiyə və İranın XİN rəsmiləri Tehranda üçtərəfli görüş keçirəcəklər
    Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda keçirilməsi nəzərdə tutulmuş toplantısına hazırlıq məqsədilə sabah Tehranda hər üç ölkə tərəfindən müəyyən edilmiş xüsusi nümayəndələrin görüşü olacaq. “KƏLAMİNFO” xəbər verir ki, Naxçıvan toplantısının tarixini və gündəliyini müəyyənləşdirmək məqsədilə keçiriləcək ikigünlük görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. Səfər çərçivəsində X.Xələfovun Türkiyə və İran rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulub.
    29.11.11 Məqaləni oxumaq
     
    İraqda kamikadze 11 nəfərin ölümünə səbəb olub
    Bu gün səhər İraqda kamikadze intiharçı hücum həyata keçirib. Hücumda 11 nəfər ölüb. «KƏLAMİNFO»nun «Lenta.ru»ya istinadən xəbər verir ki, paytaxt Bağdadın Taci qəsəbəsində yerləşən hərbi bazaya edilən kamikadze hücumu nəticəsində 19 nəfər də yaralanıb.
    28.11.11 Məqaləni oxumaq
     
    Fransa səfirliyi: Minsk qrupundakı yeni həmsədr Jak For missiyasına hazırlaşır
    Fransanın Azərbaycandakı səfirliyi Bernar Fasyenin ATƏT-in Minsk qrupundakı həmsədrliyi missiyasının başa çatması ilə əlaqədar məlumat yayıb. Fransanın Azərbaycandakı səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumatda qeyd edilir ki, səfir Bernar Fasye Minsk qrupundakı Fransa həmsədrliyi missiyasını bu ilin sonunda başa çatdıracaq: “Onu əvəz edəcək, əvvəllər Fransanın Ukraynadakı səfiri olmuş səfir Jak For öz missiyasına hazırlaşır və hazırda Minsk qrupunun Fransa-Amerika-Rusiya həmsədrliyinin fəaliyyətini öyrənməkdədir”.
    28.11.11 Məqaləni oxumaq
     
    Misirdə parlament seçkiləri başlayıb
    Misirdə parlament seçkiləri başlayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, aşağı palataya seçkilər mürəkkəb sxemlə - 3 mərhələdə keçirilir və yanvarın 10-dək davam edəcək. Bu gün və sabah keçiriləcək birinci mərhələ çərçivəsində Misirin 9 əyalətində, o cümlədən Qahirə və İsgəndəriyyədə səs veriləcək. Bu doqquz əyalətdə səsvermə hüququna malik 50 milyon Misir vətəndaşından 17,5 milyonu yaşayır. Dekabrın 14-15-də və yanvarın 3-4-də növbəti mərhələlər keçiriləcək. Növbəti parlamentdə islamçı «Müsəlman qardaşlığı» qruplaşmasının üstünlük əldə edəcəyi gözlənilir.
    28.11.11 Məqaləni oxumaq
     
    Doktoranturaya qəbulla bağlı keçirilən imtahanlar başa çatıb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə keçirilən imtahanlar başa çatıb. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib. İlkin nəticələrin indidən elan edilməsinin hələlik tez olduğunu diqqətə çatdıran S.Abbasoğlu deyib ki, ümumi nəticələrin dekabrın ortalarında məlum olacağı gözlənilir. S.Abbasoğlu deyib ki, imtahanların nəticələrinə elmi şuralarda baxılır. Xatırladaq ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. AMEA-nın fəlsəfə doktoru hazırlığı üzrə 2011-ci il üçün qəbul planı 215 nəfər müəyyənləşdirilib. Onlardan 174 nəfər əyani, 41 nəfəri qiyabi müəyyən edilib. Akademiya üzrə elan edilən yerlərə 478 nəfər sənəd verib. Onlardan 368 nəfəri əyani, 110-u qiyabi yerlərə sənəd verib.
    28.11.11 Məqaləni oxumaq
     
    Rusiyada prezident seçkiləri martın 4-də keçiriləcək
    Rusiyada prezident seçkiləri 2012-ci il martın 4-də keçiriləcək. Belə bir qərarı Rusiya Federasiya Şurası qəbul edib. Federasiya Şurasının qərarı noyabrın 26-da dərc olunacaq və həmin gündən etibarən prezident seçkiləri kampaniyasına start verilmiş olacaq. Faktiki olaraq gələn həftədən - Dövlət Dumasına seçkilərə iki həftə qalmış Rusiya prezident seçkiləri marafonuna qoşulmuş olacaq. «KƏLAMİNFO» «İTAR-TASS»-a istinadən xəbər verir ki, həmin gündən etibarən ölkənin ali postuna namizədlərin irəli sürülməsinə başlanıla bilər. Bu prosesə ilk olaraq «Vahid Rusiya» qoşulacaq. Belə ki, noyabrın 27-də hərəkatın qurultayı keçiriləcək.
    26.11.11 Məqaləni oxumaq
     
    Bakının bir neçə rayonunun qaz təminatı dayandırılıb
    Dünən gecə saatlarından Bakı şəhərinin Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində, Bakı-Sumqayıt şosesinin kənarından keçən yeraltı qaz kəmərində qaz sızması nəticəsində baş verən yanğından sonra kəmərin qaz təchizatı dayandırılıb. “KƏLAMİNFO” ARDNŞ-ə istinadən bildirir ki, nəticədə Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin bir hissəsində, 6, 7, 8, 9-cu mikrorayonların ərazisində - bütövlükdə Nəsimi rayonu ərazisində - 1, 2, 3, 4, 5-ci mikrorayonlarda isə müəyyən hissələrdə təbii qaz təminatı dayandırılıb. Həyata keçirilən tədbirlərdən sonra Rəsulzadə qəsəbəsinin, 6, 7, 8, 9-cu mikrorayonların qaz təchizatı bərpa edilib, 1, 2, 3, 4, 5-ci mikrorayonların ərazisində - Mir Cəlal, 20 Yanvar, Asif Məhərrəmov, Seyidzadə, Cəlil Məmmədquluzadə, Bakıxanov küçələrində, habelə Tbilisi prospekti və Alatava yaşayış massivində təbii qazın bərpası istiqamətində isə işlər davam etdirilir.
    26.11.11 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Foster tipli ailələr üçün evlərin tikintisi bu il başa çatacaq”
    “Uşaqların foster (himayəçi) tipli ailələrdə saxlanılması üçün Mərdəkanda kiçik evlər tikilir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Misir Mərdanov məlumat verib. Nazirin sözlərinə görə, bu ilin sonuna qədər o evlərin tikintisi başa çatacaq. Uşaqların bir qisminin həmin ailələrlə bu tip evlərdə yaşayacağını bildirən təhsil naziri bu vaxta qədər hələlik o evlərdə yaşayacaq 50 nəfərin müəyyənləşdirildiyini vurğulayıb.
    26.11.11 Məqaləni oxumaq
     
    III Qurultayda prezidentlərin müraciətləri oxunub
    “Rusiyada yaşayan bir sıra görkəmli azərbaycanlılar Rusiya Federasiyasının inkişafına mühüm töhfə verib”. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO” verilən məlumata görə, bu sözləri bu gün Moskvada öz işinə başlayan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) III Qurultayında konqresin prezidenti Məmməd Əliyev söyləyib. Onun sözlərinə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılmış ÜAK-ın Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasındakı rolu misilsizdir. M.Əliyev Qurultayın gündəliyində duran məsələlər barədə məlumat verdikdən sonra Qurultayın işçi orqanları yaradılıb, çıxış və məruzələr üçü reqlament müəyyən edilib. Daha sonra Rusiyanın Prezident Administrasiyasının idarə rəisi, Administrasiya rəhbərinin müavini Sergey Vinokurov prezident Dmitri Medvedevin Qurultay iştirakçılarına “Azərbaycan və rus xalqları əsrlərdən bəri iki dost xalq olaraq yanaşı yaşayır və bu dostluq ənənələri nəsildən-nəsilə ötürülür” başlıqlı müraciətini oxuyub. Müraciətdə daha sonra vurğulanıb ki, hazırda da Azərbaycan diasporu Rusiyanın ictimai, iqtisadi və mədəni həyatına əhəmiyyətli töhfə verməkdə davam edir.
    26.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930