Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    “Eurovision–2012”nin Milli seçim turunda Azərbaycan musiqisi ifa olunacaq
    Dünəndən etibarən İctimai Televiziyanın efirində başlayan “Eurovision–2012” Mahnı Müsabiqəsinin Milli seçim turunda ilk həftənin 9 nəfər iştirakçısı – Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə Həsənova və Səmra Rəhimli ilk çıxışlarında beynəlxalq estradadan xitlər ifa edib. İTV-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu gün isə qeyd olunan 9 nəfər Azərbaycan musiqisi ifa edərək performanslarını təqdim edəcəklər. Yarışmanın ikinci günü 21:00-da İctimai TV ilə canlı yayımlanacaq.
    29.11.11 Məqaləni oxumaq
     
    Xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyi qeyd olunacaq
    Mikayıl Abdullayevin 90 illik yubileyi ilə əlaqədar sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Dövlət Mükafatları laureatı, “İstiqlal” ordenli Xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunmuş sərginin açılışı Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq. Bildirilir ki, rəssamın doğum günündə (19 dekabr) qəbirüstü abidəsi də ziyarət olunacaq, eyni zamanda Azərbaycan Milli İncəsənət Muzeyində M.Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş Dəyirmi masa təşkil olunacaq. İlk fərdi sərgisi 36 yaşında Moskvada keçirilən M.Abdullayev SSRİ xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, professor kimi tanınıb. M.Abdullayev kitab qrafikasında “Kitabi-Dədə Qorqud”, “Molla Nəsrəddinin lətifələri”, “Leyli və Məcnun”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Gələcək gün”, “Şamo”, “Şəbi-hicran” əsərlərinə çəkdiyi illüstrasiyaları, “Axşam” (1947), “Mingəçevir işıqları” (1948), “Səadət quranlar” (1951) tabloları ilə ölkəmizdə və xaricdə də müvəffəqiyyət qazanıb.
    29.11.11 Məqaləni oxumaq
     
    ABŞ-ın vitse-prezidenti Türkiyə və Yunanıstana səfər edəcək
    ABŞ-ın vitse-prezidenti Cozef Bayden dekabrın 2-4-də Türkiyə və Yunanıstana səfər edəcək. Bu barədə məlumatı vitse-prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Toni Blinken verib. Bayden İstanbulda qlobal sahibkarlıq sammitində iştirak edəcək. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Blinken Baydenin Türkiyəyə səfəri çərçivəsində ikitərəfli əlaqələri, eləcə də PKK-ya qarşı mübarizədə yardım, kəşfiyyat məlumatlarının mübadiləsi məsələlərini müzakirə edəcək. Vitse-prezidentin köməkçisi bildirib ki, Birləşmiş Ştatlar Türkiyəyə terrorçuluqla mübarizə üçün üç «Kobra» helikopteri verəcək. Bundan başqa, Bayden Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparacaq.
    29.11.11 Məqaləni oxumaq
     
    Avropa Parlamenti Lissabon müqaviləsinin dəyişdirilməsinə 6 ay müzakirə tələb edir
    Borc böhranına görə Avropa Birliyinin müqaviləsini dəyişdirmək istəyən Almaniya və Fransaya Avropa Parlamentinin rəhbərlərindən olan Klaus Velle tərəfindən münasibət daxil olub. O bildirib ki, buna 6 ay müzakirə lazımdır. «Avropa Parlamenti 6 aylıq müzakirədə təkid edir» - deyə Klaus Velle bildirib. Avropa liderləri dekabrın 8-9-undakı sammitdə Almaniyanın və Fransanən müqaviləni dəyişdirmək təklifinə baxmalıdır. Britaniyanın baş naziri Devid Kameron deyib ki, Lissabon müqaviləsinə yenidən baxılsa, onda Britaniya AB-yə verdiyi səlahiyyətlərin bir hissəsini geri almağa çalışacaq.
    29.11.11 Məqaləni oxumaq
     
    On min müəllim vəzifəsindən uzaqlaşdırılıb
    Yaş senzi ilə əlaqədar Azərbaycanın ümumtəhsil məktəblərində işləyən müəllimlərin sayı 10 min nəfərədək azalıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov açıqlayıb. Nazir deyib ki, hazırda orta məktəblərdə 150 minə yaxın müəllim işləyir və bu rəqəm normadan artıqdır: “Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində 1 mln. 300 min şagird təhsil alır. Bu saya uyğun olaraq hələ müəllimlərin sayının azalması lazımdır. Əslində, biz 1 müəllimə 12-13 şagird nisbətinə keçmək istəyirik”. Nazir Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar”a da münasibət bildirib. M.Mərdanovun sözlərinə görə, yaş senzi ilə əlaqədar işdən azad edilən, Nazirlər Kabinetinin təsdiqlədiyi meyarlara cavab verən müəllimlərin işdən azad edilməsi təhsildə ciddi problem yaradacaqsa, onların yenidən işə bərpa edilməsi məsələsinə baxmaq gec deyil: “Amma həmin şəxsin yerinə işçi götürülübsə, onun məsələsinə baxmaq gecdir. Əlbəttə, gərək o məsələ əvvəlcədən həll olunaydı. Yəni əmr verilməmiş meyarlar müəyyənləşəydi. Artıq kadr işdən çıxarılıb, yerinə təyinat olubsa, gecdir”.
    29.11.11 Məqaləni oxumaq
     
    Musa Quliyev: Dövlətimiz üçün əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələdir
    “Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsi sosial yönümlüdür. Bu o deməkdir ki, dövlətimiz üçün əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Belə ki, hər il dövlət büdcəsində sosial xərclərin artırılması məhz bu diqqətin nümunəsidir. Komitə sədrinin müavini deyib ki, gələn ilin büdcəsində bütün sosial sferada xərclər artırılacaq.
    29.11.11 Məqaləni oxumaq
     
    Almaniyanın tarixi qəsrində Azərbaycan mədəniyyətinin təqdimat mərasimi keçirilib
    Almaniyanın Blankenheim şəhərində fəaliyyət göstərən “Alte Kanzlay” cəmiyyətinin təşəbbüsü ilə 300 illik tarixi olan qəsrin konsert zalında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr edilən “Azərbaycana ədəbi və musiqili səyahət” adlı ədəbi-bədii və musiqili tədbir keçirilib. Diasporla İş Üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Forumunun (AAF) birgə əməkdaşlığı ilə təşkil edilən gecədə “Alte Kanzlay” cəmiyyətinin sədri Frider Füllers açılış nitqi ilə çıxış edib. Cəmiyyətin üzvü Volker Klyayn və AAF-nin İdarə Heyətinin üzvü və AAKM-nin icraçı direktoru, Samira Patzer-İsmayılova Azərbaycan haqqında ətraflı məlumat veriblər.
    29.11.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq konfransda iştirak edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və Komissiyanın Sektor müdiri Nigar Hüseynova BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən, UNESKO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun (TPBİ) dəstəyi ilə 24-25 noyabr tarixlərində Bratislava şəhərində “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə” adı altında keçirilən beynəlxalq konfransda iştirak ediblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Konfransın əsas məqsədi təhsil sahəsində çalışan dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin bir araya gətirilməsindən, təhsildə korrupsiyanın qarşısının alınması yollarının müzakirəsindən, müsbət təcrübələrin təqdim olunmasından, bu sahə üzrə bilik mübadiləsinin aparılmasından ibarət olub. Təşkilatçılar konfransa Azərbaycanı təmsil edəcək aidiyyatı qurum kimi məhz TQDK-nı dəvət ediblər. 2007-ci ildə TPBİ tərəfindən dərc olunmuş “Korrupsion universitetlər, korrupsion məktəblər: Nə etmək olar?” adlı hesabatda Azərbaycanda TQDK-nın fəaliyyəti müsbət tərəfdən qiymətləndirilib.
    29.11.11 Məqaləni oxumaq
     
    Rəbiyyət Aslanova: “İcmaların görüşləri münaqişənin həlli istiqamətində böyük əhəmiyyət daşıyır”
    “Konkret faktdır ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və burada olan erməni icmasının üzvləri Azərbaycan vətəndaşlarıdır. Ona görə də buradan olan azərbaycanlı və erməni icmalarının görüşləri münaqişənin həlli istiqamətində böyük əhəmiyyət daşıyır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. O, qeyd edib ki, sülh əldə olunduqdan sonra, bu iki icmanın bir yerdə yaşaması, insanların birgə fəaliyyəti danılmazdır. “Bu baxımdan iki icma arasında münasibətlərin qurulması, erməni icması üzvlərinə Azərbaycanın sülh əldə etdikdən sonra Dağlıq Qarabağ ərazisində görəcəyi işlərlə bağlı məlumatlandırılması və Azərbaycanın bu sahədə gələcək planlarının açıqlanması baxımından çox böyük imkanlar yaradacaq”,-deyə R.Aslanova vurğulayıb.
    29.11.11 Məqaləni oxumaq
     
    Bu gün “Eurovision-2012”-nin Milli seçim turu başlayır
    Bu gündən etibarən “Eurovision-2012” Mahnı Müsabiqəsinin Milli seçim turu başlayacaq. “KƏLAMİNFO” İTV-yə istinadən xəbər verir ki, turda iştirak hüququnu qazanan 72 nəfər 9 nəfərdən ibarət 8 qrupa bölünərək, 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək. İlk qrupda isə Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə Həsənova və Səmra Rəhimli yarışacaq. İTV-dən bildiriblər ki, iştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan Milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstərəcəklər. Keçən ilkindən fərqlənməyən seçim qaydalarının nəticəsində həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. 8 həftənin qalibləri növbəti mərhələyə - yarımfinala vəsiqə qazanacaq. Qeyd edək ki, finala keçmiş iştirakçılar isə Azərbaycanı “Eurovision Mahnı Müsabiqəsi – 2012”də təmsil etmək uğrunda yarışacaq. Xatırladaq ki, Milli seçim turunun ilk efiri bu axşam saat 22:00-da İctimai Televiziyanın efirində başlayacaq.
    29.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930