|
Səhifələr : # 19 20 21 22 23 24 25 26 27 #
I Bakı Beynəlxalq Kukla Sərgisi bu gün start götürür
|
Bu gün I Bakı Beynəlxalq Kukla Biennalesi start götürəcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Biennalesin əsas məqsədi etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli məhsuldar əməkdaşlığa nüfuzlu təşkilatları cəlb etmək və Azərbaycan tamaşaçısını geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış etməkdir. Bildirilir ki, gələcəkdə yalnız müasir ustaların deyil, həmçinin antikvar kukla sərgiləri də Azərbaycanda təşkil olunacaq.
Azərbaycan, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya, Niderland, Rusiya və Ukraynada 19 kukla ustasının iştirak edəcəyi I Bakı Beynəlxalq Kukla Biennalesində ustad dərslərinin keçirilməsi də planlaşdırılıb. Biennalenin rəsmi açılışı bu gün saat 18:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında keçiriləcək.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
“Allahşükür Paşazadə İrəvana səfəri ilə bağlı hələ qərar verməyib”
|
“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçiriləcək iclasında iştirakı ilə bağlı hələ qərar verməyib. Mətbuatda Şeyxin Ermənistana səfərə hazırlaşması ilə bağlı məlumatlar əsassızdır”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova verib.
O, qeyd edib ki, Ermənistanda keçiriləcək bu tədbirlə bağlı erməni katalikosu II Qaregin tərəfindən Şeyxə dəvət gəlib, lakin QMİ sədri hələlik səfərlə bağlı qərar verməyib. “Ermənistan mətbuatı artıq Şeyxin səfər edəcəyi ilə xəbərlər verirlər, bizim bəzi KİV-lər də ora istinad edib bunu yaydılar. Amma ola bilsin ki, heç Şeyx bu səfəri etməsin. O, hələ bu barədə qərar verməyib”,-deyə R.Dadaşova əlavə edib.
Qeyd edək ki, İrəvandakı tədbir noyabrın 29-30-da baş tutacaq. Tədbirdə habelə Moskva və Bütün Rusiyanın patriarxı Kirill də iştirak edəcək.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
İsveçdəki azərbaycanlılar veb səhifə yaradıblar
|
İsveçdə yaşayan azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə bu ölkədə yaşayan bir qrup azərbaycanlı bir araya gələrək www.swedenaz.se adlı veb səhifə yaradıblar. “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İsveçin həyat tərzi, səhiyyə, təhsil, biznes, dil, dövlət orqanları və başqa sahələri əhatə edən veb səhifənin təqdimat mərasimində çıxış edən Əkbər Səfərli layihənin yaranma səbəbləri və məqsədi barədə məlumat verib. Sonra layihənin müəllifi kinorejissor Rahim Sadıqbəyli veb səhifənin xəritəsi, forumu və ayrı-ayrı bölümləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
O, təqdim olunan layihənin İsveçin Xarici İşlər Nazirliyinə təqdim olunduğunu qeyd edib, www.swedenaz.se səhifəsinin İsveçdə və dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların İsveç Krallığı haqqında daha geniş bilgilərə sahib olmalarına yardım edəcəyinə ümidvar olduğunu vurğulayıb.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
"Bayraq Festivalı" keçiriləcək
|
Gənclər və İdman Nazirliyi noyabrın 4-də Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayraq Festivalı" keçirəcək. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, tələbələrin, gənclər təşkilatlarının üzvləri və fəal gənclərin iştirakı nəzərdə tutulub.
"Bayraq Festivalı" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-ci il tarixli sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
Leyla Əliyeva Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması ilə bağlı müzakirələr aparıb
|
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla xanım Əliyeva ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, noyabrın 2-də Leyla Əliyeva Amerikanın nüfuzlu “İnterview” jurnalının redaksiyasında olub. 1969-cu ildə tanınmış amerikalı rəssam və film prodüseri Endi Vorhol tərəfindən təsis edilən “İnterview” jurnalı ənənəvi olaraq dünya şöhrətli incəsənət adamları, musiqiçilər, aktyorlar, modelyerlərlə müsahibələrə yer verir və cəmiyyətdə yeni və qeyri-adi düşüncə tərzinin yaranmasını istiqamətləndirir.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
Səfər Əbiyev səfir Piter Beytmeni qəbul edib
|
Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmeni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, S. Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək ona uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında hərbi əlaqələrin mövcud durumu, regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
Obama və Putin dünyanın ən nüfuzlu insanlarıdır
|
Dünyaca məşhur “Forbes” jurnalı 2011-ci ildə dünyanın ən nüfuzlu adamlarının siyahısını açıqlayıb. ABŞ prezidenti Barak Obama, Rusiyanın baş naziri Vladimir Putin və Çin prezidenti Hu Tsintao dünyanın ən nüfuzlu adamlarının siyahısında birinci üç yerdə göstərilir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Obamanın hazırda ABŞ-da işsizlik səviyyəsinin yüksək olması ilə əlaqədar reytinqinin o qədər yüksək olmamasına baxmayaraq, onun xarici siyasət meydanında xüsusilə də Əl-Qaidə liderinin qətlindən sonra reytinqi yüksəkdir. Forbes jurnalı yazır ki, ABŞ şəksiz, dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş və ən güclü silahlı qüvvələrə malik bir ölkəsi olaraq qalır. Müşahidəçilər prezident Obamanın ən güclü silahlı qüvvələrin baş komandanı və qeyri-rəsmi olaraq azad dünyanın lideri kimi mövqelərini saxladığını bildirir.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
Övladlıq götürməyi düşünürsünüzmü?
|
Boşanma səbəblərinin başında “uşaq anlaşmazlığı” gəlir. “KƏLAMİNFO” “Psychology”yə istinadən bildirir ki, övlad sahibi ola bilməyən cütlüklər üçün vəziyyət tamam başqadır. Ailələr tərəfindən ümidlə gözlənilən övlad payı bəzi xəstəliklər və problemlərlə bağlı tərəflərdən üz döndərir. Əgər qarşı tərəf vəziyyəti və sizi olduğu kimi qəbul edirsə, başqa bir xoşbəxtlik səbəbi axtarmağa ehtiyac yoxdur.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
Dövlət Baytarlıq Xidməti monitorinqlərə start verir
|
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti quş qripinin yayılması məqsədilə köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verəcək. “KƏLAMİNFO”ya xidmətdən verilən məlumata görə, noyabrın 14-də aparılacaq monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də “Ovçular” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq. Nəzarət tədbirləri Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında həyata keçiriləcək. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
Millət vəkili: Böyük Millət Məclisində Azərbaycanlı qardaşlarımızı incidəcək bir qərarın çıxacağına inanmıram
|
“Nə indi nə də gələcək z Böyük Millət Məclisində Azərbaycanlı qardaşlarımızı incidəcək hər hansı bir qərarın çıxacağına inanmıram amanda Ermənistanla Türkiyə arasında imzalanmış Sürix protokolunun yenidən ratifikasiya üçün Türkiyə Böyük Millət Məclisinin gündəliyinə çıxacağı mümkün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan TBMM üzvü Məhərrəm İncə bildirib.
O, qeyd edib ki, son vaxtlar bu məsələ ABŞ tərəfindən yenidən gündəmə gətirilsə də TBMM bunu heç vaxt müzakirə etməyəcək. “Türkiyə Böyük Millət Məclisində Azərbaycanlı qardaşlarımızı incidəcək hər hansı bir qərarın çıxacağına inanmıram. Bunu qəti şəkildə bildirirəm”,-deyə o, vurğulayıb.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 19 20 21 22 23 24 25 26 27 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|