|
Səhifələr : # 18 19 20 21 22 23 24 25 26 #
II Qaregin: Regionun dini liderlərinin görüşü gözlənilir
|
MDB ölkələrinin Dinlərarası Şurası Rəyasət Heyətinin iclası 29-30 noyabr tarixlərində Ermənistanda keçiriləcək. «KƏLAMİNFO»nun «Novosti-Armeniya»ya istinadən yaydığı məlumata görə, bu barədə bütün ermənilərin katalikosu II Qaregin məlumat verib. Qaregin, həmçinin bildirib ki, iclasda Moskva və Bütün Rusiyanın patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə də iştirak edəcək. O bildirib ki, həmin günlər regionun dini liderlərinin Moskva və Bütün Rusiyanın patriarxının vasitəçiliyi ilə görüşü gözlənilir.
|
05.11.11 Məqaləni oxumaq
|
|
|
Prezident Azərbaycan xalqını təbrik edib
|
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. “KƏLAMİNFO” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Müqəddəs Qurban bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İslamın bir din kimi tamamlanmasını və hidayət yolu olaraq bəşəriyyətə göndərilməsini özündə ehtiva edən Qurban mərasimləri müsəlmanlara xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın fərəhini yaşatmaqla, insanları sülhə, əmin-amanlığa və qardaşlıq yoluna dəvət edir. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri var. Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
|
05.11.11 Məqaləni oxumaq
|
|
|
Həmsədrlər Vyanada ATƏT-in Daimi Şurasında göstərdikləri fəaliyyətə dair illik hesabatla çıxış ediblər
|
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Vyanada ATƏT-in Daimi Şurasında göstərdikləri fəaliyyətə dair illik hesabatla çıxış ediblər. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlər hesabatda qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həlli üzrə səylər kontekstində həmsədrlər hesabat dövrünə aid ötən il ərzində səkkiz dəfə regionda olmuş, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla müxtəlif yerlərdə on dörd dəfə ayrı-ayrılıqda görüşlər keçirib, işğal olunmuş Azərbaycan ərazilərində faktaraşdırıcı missiya tərkibində səfər ediblər. Həmsədrlər həmçinin son 14 ay ərzində qoşunların təmas xəttini dörd dəfə piyada keçməklə, təmas xəttinin region xalqları arasında daimi baryer olmadığını və tərəflər istədiyi təqdirdə atəşkəs rejiminə riayət olunması üçün hərbi koordinasiyanın mümkünlüyünü nümayiş etdiriblər.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
|
Bahar Muradova: “İctimai Palatanın müraciəti etikadan kənardır”
|
“Azərbaycan dövlətinin başçısı İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində iştirak etmək məsələsi onun öz hüququdur. İctimai Palata adlı bir təşkilatın prezident İlham Əliyevə seçkilərdə növbəti dəfə namizədliyinin irəli sürməməsi ilə bağlı ünvanladığı müraciət ən azı etikadan kənardır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, ölkənin hazırkı başçısı bu hüquqdan yararlanacaq və yaxud yararlanmayacaq, buna artıq o özü qərar verə bilər. “Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın da, əhalinin ən müxtəlif qruplarının da istənilən şəxsin namizədliyini irəli sürməsi hüququ qanunla təsbit olunub. Ona görə bu hüquqdan Azərbaycan xalqı, YAP da istifadə edərək öz qərarını verəcək” - deyə B.Muradova vurğulayıb.
Vitse-spiker bəzi müxalif qruplardan verilən bu cür bəyanatların hansısa qərarların qəbuluna təsir edəcəyini düşünmədiyini vurğulayıb.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
Vitse-spiker: Dağlıq Qarabağ münaqişəsinin həllində nüfuzlu din xadimlərinin imkanlarından istifadə etməliyik
|
“Dağlıq Qarabağ münaqişəsinin həllində bu gün istənilən nüfuz sahiblərinin imkanlarından istifadə etməliyik, o cümlədən də nüfuzlu din xadimlərinin”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
O qeyd edib ki, əgər məqsədimiz münaqişəni dinc yolla həll etməkdirsə, o zaman biz bu imkanlardan da yararlanmalıyıq. “Bu gün danılmaz faktdır ki, Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və digər dini xadimlər bir çox siyasətçilər kimi ciddi nüfuza malikdirlər. Ona görə də biz regionda ciddi münaqişə ocağı olan Qarabağ probleminin həllində bu nüfuzlardan istifadə etməliyik” - deyə B.Muradova vurğulayıb.
O, noyabrın sonunda MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda iclasının keçiriləcəyini bildirib. İclasa Rusiya və Qafqaz ölkələrinin dini liderləri ilə yanaşı, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə də dəvət olunub. İclasda həmsədr ölkələrin nümayəndələrinin də iştirakı gözlənilir.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
Kaspi Təhsil Mərkəzi Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək
|
Noyabrın 5-i “Hyatt-Regency” otelində Kaspi Təhsil Mərkəzi xaricdə təhsil almaq istəyənlər üçün Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək. “KƏLAMİNFO” xəbər verir ki, Kaspi Təhsil Mərkəzi sərgi ilə bağlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirib.
Mərkəzin direktoru Elnur Əliyev bildirib ki, hər il ənənəvi olaraq beynəlxalq sərgi təşkil edirlər. Onun sözlərinə görə, məqsəd Azərbaycan gənclərini, o cümlədən tələbələri bir sıra nüfuzlu xarici universitetlərlə tanış etmək, onlara həmin universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaqdan ibarətdir. Mərkəz direktoru həmçinin bildirib ki, sərginin digər bir məqsədi isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dəstək verməkdir.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
Paytaxtda bir neçə tibb müəssisəsi istifadəyə verilib
|
Səhiyyə Nazirliyi tərəfindən paytaxtın 3 saylı Uşaq Xəstəxanası, 3 saylı Uşaq Poliklinikası, 1 saylı Psixiatriya Xəstəxanasının yeni korpusu və 3 saylı Şəhər Klinik Xəstəxanasının nəzdində yeni yaradılmış Psixosomatika şöbəsi açılaraq əhalinin istifadəsinə verilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
Açılışları olan müəssisələrin hər biri ən müasir avadanlıqla təchiz olunmuş, burada operativ, yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli imkanlar yaradılıb. Minlərlə əhaliyə xidmət edəcək müəssisələr kimi bu tibb ocaqlarında da yaradılmış şərait müraciət edənlərə daha effektiv tibbi yardım göstərməyə imkan verəcək.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
|
Piratlar neft tankerini ələ keçiriblər
|
Nigeriya sahilləri yaxınlığında piratlar neft tankerini ələ keçiriblər. Gəminin heyəti isə girov götürülüb. «KƏLAMİNFO»nun RİA «Novosti»yə istinadən verdiyi xəbərə görə, piratlar gəmini tutduqdan sonra Qvineya körfəzinə istiqamət götürüblər. Tanker Maltaya məxsusdur. Gəmi ilə rabitə həftənin əvvəlindən kəsilib.Lakin onun piratlar tərəfindən zəbt olunduğu indi müəyyən olub.
|
04.11.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 18 19 20 21 22 23 24 25 26 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|