Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünün tarixi açıqlandı
    Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin növbəti toplantısı 2012-ci il yanvarın 17-də Naxçıvanda keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə qərar toplantıya hazırlıq məqsədi ilə Üçtərəfli İqtisadi Komitənin Tehranda keçirilmiş birinci iclasında qəbul edilib.
    30.11.11 Məqaləni oxumaq
     
    ADDA-nın rəisi Qüdrət Qurbanov Beynəlxalq Dəniz Təşkilatının Plenar iclasında iştirak edib
    Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nın nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) 27-ci Assambleyasının Plenar iclasında iştirak edib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən “KƏLAMİNFO”a verilən məlumata görə, Assambleyanın plenar iclasında Beynəlxalq Dəniz Təşkilatının növbəti 2 il üçün strateji planı, təşkilatın keçən dövr üçün maliyyə auditinin nəticələri, BDT-yə üzv olan dövlətlərdə dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması üzrə auditin keçirilməsi, habelə dövlətlərin Dəniz Administrasiyalarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə tərtib edilmiş yeni cədvəl təsdiq edilib.
    30.11.11 Məqaləni oxumaq
     
    Elmira Süleymanova: “Əfv fərmanının imzalanması barədə prezidentə müraciət etmişik”
    “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və İnsan Hüquqları günü ərəfəsində əfv fərmanının imzalanması barədə ölkə prezidentinə müraciət etmişik. Bayramlar ərəfəsində çoxsaylı insanların ailələrinə qovuşması, azadlığa çıxması yaxşı olar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib. E.Süleymanova qeyd edib ki, müvəkkil fəaliyyəti dövründə onun vəsatəti ilə 339 məhkum əfv edilib: “Bu, böyük bir rəqəmdir. Biz yenə də əfv barədə müraciət etmişik. Əfv fərmanının imzalanması isə ölkə prezidentinin səlahiyyəti çərçivəsindədir”.
    30.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin gedişi ilə bağlı ilkin məlumat açıqlanıb
    Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin gedişi ilə bağlı ilkin məlumat açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, Mərkəzi Seçki Eomissiyası (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov bildirib ki, saat 10.00-a olan məlumata əsasən bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə 6.89 faiz seçici (79 639 nəfər) iştirak edib.
    30.11.11 Məqaləni oxumaq
     
    Hamının vəzifəsi
    Ölkədə «Məişət zorakılığının qarşısının alınması haqqında» qanun qəbul edilib. Qanunun məqsədlərindən biri  uşaqlara, qadınlara qarşı hər hansı zorakılıq hallarının qarşısının alınması və zorakılığa məruz qalmış insanlara psixoloji hüquqi yardımın göstərilməsidir.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cəmiyyətdə hələ də zorakılıq hallarının mövcudluğunu istisna etməyib: «Əsas məqsədimiz odur ki, adət-ənənələrimizə zidd olan bu cür hallar aradan qaldırılsın. Tək ailədə yox, ümumiyyətlə, cəmiyyətdə yaranan problemlərlə bağlı hər bir şəxs öz sözünü deməlidir.
    30.11.11 Məqaləni oxumaq
     
    “Nizami” kinoteatrının təntənəli təqdimatı olacaq
    Noyabrın 24-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan “Nizami” kinoteatrı tamaşaçılarla ilk görüşə hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hazırda yeni müəssisənin nizamnaməsinin təkmilləşdirilməsi, mürəkkəb kino-texnoloji avadanlığı istismar edə biləcək mütəxəssislərlə ştat vahidlərinin komplektləşdirilməsi, eləcə də repertuarın formalaşdırılması üzrə işlər davam edir. Bildirilir ki, cari ilin dekabrın sonunda nazirlik tərəfindən bərpa edilmiş “Nizami” kinoteatrının təntənəli təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra kinoteatr tamaşaçı üçün maksimum komfort yaradılan mədəniyyət ocağına çevrilib. “Nizami” kinoteatrında inzibati otaqlarla yanaşı, mətbuat mərkəzi, televiziya qovşağı da yaradılıb.
    30.11.11 Məqaləni oxumaq
     
    Avropa liderləri Obamaya söz veriblər
    Avropa liderləri ABŞ prezidenti Barak Obama ilə keçirilən görüşdə borc böhranını həll etmək üçün 17 ölkənin yaratdığı avrozonada daha güclü iqtisadi inteqrasiyaya nail olmağa söz veriblər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Avropa Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo avro valyutasından istifadə edən ölkələrdə hökumət xərclərinə nəzarət edilməsinə çağırıb. Van Rompuy avrozona üçün yeni iqtisadi plana dair yol xəritəsinin dekabrın əvvəli Avropa İttifaqının zirvə görüşündə təqdim ediləcəyini bildirib. Ağ Evdə prezident Obama ilə Avropa-ABŞ zirvə görüşündən sonra Barrozo deyib ki, Avropa liderləri hazırkı çətinlikləri aradan qaldırmaq əzmindədir.
    30.11.11 Məqaləni oxumaq
     
    Bələdiyyələrə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başa çatıb
    Bu gün Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, bu seçkilərdə ölkədə siyasi partiya və ya blok qeydə alınmadığından, təşviqat yalnız qeydə alınan namizədlər tərəfindən aparılıb. Seçki qanunvericiliyinə uyğun olaraq, noyabrın 7-si saat 08.00-da başlayan təşviqat kampaniyası 21 gün davam edib və bu səhər saat 08.00-da yekunlaşıb. Qeyd edək ki, noyabrın 30-na təyin olunan seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub. Seçki dairələri üzrə 9863, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9903 nəfərdir. Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
    30.11.11 Məqaləni oxumaq
     
    Həmsədrlər Ermənistan-Azərbaycan sərhədini keçiblər
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycanın Qazax rayonu Cəfərli və Ermənistanın Kayan kəndləri arasında yerləşən yoldakı təmas xəttində keçirilən monitorinqi ATƏT-in Minsk Qrupunun həmsədrləri də izləyirlər. Dünən Ermənistana səfər etmiş vasitəçilər monitorinq zamanı Azərbaycan sərhədini keçiblər. Monitorinq başa çatdıqdan sonra həmsədrlər Bakıya gələrək Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirirlər.
    30.11.11 Məqaləni oxumaq
     
    “Türk-erməni münasibətləri Rusiya və ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra yenidən aktivləşə bilər”
    “Bu gün Türkiyədə Ermənistanla münasibətlərin normallaşdırılması məsələsinin müzakirəsinə şərait yaradan müvafiq vəziyyət yoxdur. Ona görə də Ankara rəsmiləri sərhədlərin açılmayacağı ilə bağlı əminliklə ardıcıl bəyanatlar verirlər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Məclisinin üzvü Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, Türkiyə tərəfi ilə bu vəziyyət ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun fəaliyyətində hər hansı bir irəliləyişin baş verməməsi ilə bağlıdır. “Çox güman ki, türk-erməni münasibətlərinin normallaşdırılması məsələsi 2012-ci ildə Rusiya və ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra yenidən aktivləşə bilər. Ola bilsin ki, Türkiyə bu ölkələrdə keçiriləcək prezident seçkilərindən sonra yenidən məsələyə qayıtsın. Hər halda, Türkiyə və Ermənistanın yaxın vaxtlarda protokolların müddəaları ilə bağlı müzakirələrə başlayacağı gözlənilmir”,-deyə F.Mustafa vurğulayıb.
    29.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930