Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Argentina Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fond yaradılıb
    Buenos-Ayresdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində akademik, ictimai və mədəni tədbirlər həftəsi başlayıb. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirlərdə iştirak üçün Argentinaya millət vəkilləri Mirkazım Kazımov, Asim Mollazadə və Ceyhun Osmanlı, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayevdən ibarət nümayəndə heyəti səfər edib.
    23.11.11 Məqaləni oxumaq
     
    Gender - hüquq bərabərliyi deməkdir
    Azərbaycan qadınına həmişə hörmət, diqqət və qayğı olub. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə qadın məsələsinə dövlət siyasəti səviyyəsində yanaşılıb. Azərbaycan qadınının bu gün cəmiyyətdə özünü təsdiq etməsi üçün hər cür imkan və şərait var. Qanunvericilik baxımından da Azərbaycan qadınının geniş fəaliyyəti üçün lazım olan hüquqi baza formalaşdırılıb.
    23.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanda ilk milli bələdçilərə sertifikatlar verilib
    Azərbaycan Turizm İnstitutunda (ATİ) ilk milli bələdçilərə sertifikarlar verilib. “KƏLAMİNFO” xəbər verir ki, ATİ-də keçirilən bələdçi kursları praktika və nəzəriyyədən ibarət olmaqla iki proqram əsasında aparılıb. Kurslarda 16 nəfər iştirak edib. Onlardan 14-ü imtahan keçərək sertifikat alıb.
    23.11.11 Məqaləni oxumaq
     
    Politoloq: “Avrasiya Birliyi sanki SSRİ-nin yenidən yaradılmasıdır”
    “Rusiyanın təşəbbüsü ilə Avrasiya Birliyinin yaranmasının obyektiv faktorları var”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Politoloqun fikrincə, ilk növbədə burada uzun müddət sıx yaşamış, birgə yaşamış xalqlardan söhbət gedir. “Bura ruslar, ukraynlar, belaruslar, qazaxlar və sair aiddir. Onlar faktiki olaraq qardaş xalqlar adlandırılır. Bundan başqa Rusiya, Belarus və Qazaxıstan arasında iqtisadi və siyasi əlaqələr ən yüksək səviyyədədir. Birliyin yaradılması üçün istəyə gəldikdə isə, beynəlxalq fikrə də nəzər salmalıyıq. Beynəlxalq fikir də budur ki, bu birlik, sanki SSRİ-nin yenidən yaradılmasıdır. Buna görə də layihəyə mənfi münasibət bildirilib”,-deyə R.Ağayev vurğulayıb.
    23.11.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının üzvləri ilə görüş keçirilib
    Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının üzvləri ilə görüş keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Komitə sədri Səməd Seyidov qonaqları salamlayaraq, parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycan-Türkiyə münasibətlərinin regionda inkişaf, sabitlik rəmzi olduğunu qeyd edərək, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Qardaş ölkəylə eyni dəyərlərə malik olduğumuzu, bugünkü inkişafımızın bütün dünya üçün nümunə olduğunu deyib. Qeyd edilib ki, xalqlarımız daim sülh, barış tərəfdarı olmasına baxmayaraq, əsrlər boyu terrorla, haqsızlıqla üzləşib, amma bir-birimizə həmişə dəstək olub bütün çətinliklərin öhdəsindən uğurla gəlmişik. S.Seyidov Ermənistanla bağlanan protokolların bu günə qədər ratifikasiya edilmədiyinə görə həmkarlarına minnətdarlıq edib.
    23.11.11 Məqaləni oxumaq
     
    Obama administrasiyası İran əleyhinə sanksiyaları elan edəcək
    ABŞ mətbuatı Obama administrasiyasının İranın əleyhinə yeni sanksiyaları elan edəcəyi barədə məlumat verib. В«KƏLAMİNFOВ» В«İTAR TASSВ»-a istinadən xəbər verir ki, adları gizli saxlanılan ABŞ rəsmilərinə istinadən bildirilir ki, ABŞ Dövlət Departamenti xarici şirkətləri İranın neft-kimya sənayesinə yatırım etməməyə çağırmaq məqsədi ilə İranın əmtəə və xidmətlərinə sanksiya tətbiq edəcək.
    23.11.11 Məqaləni oxumaq
     
    Bakıda turizm statistikası ilə bağlı seminar keçiriləcək
    Bakıda Ümumdünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində birinci seminarı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, BMÜTT-nın “2011-2012-ci illər üçün Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı”nın Azərbaycanda keçirilməsinə dair bu ilin 23 mart tarixində İspaniyanın Madrid şəhərində BMÜTT və Mədəniyyət və Turizm Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu Memoranduma əsasən Bakıda Ümumdünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində birinci seminarı keçiriləcək. Seminarda BMÜTT-yə üzv olan Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistanın rəsmi turizm və statistika üzrə qurumları, həmçinin Mərkəzi Bankın nümayəndələri, BMÜTT-nın məsul əməkdaşları və statistika sahəsində ekspertlərinin iştirakı nəzərdə tutulur.
    23.11.11 Məqaləni oxumaq
     
    Kür və Arazda suyun tərkibində çirkləndiricilər çoxalıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Noyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının I ongünlüyünə nisbətən 18 m3/san azalaraq 163 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
    23.11.11 Məqaləni oxumaq
     
    Bəhreyndə etirazçılara qarşı zorakılığa görə 20 nəfər cəzalandırılıb
    Bəhreyndə etirazçılara qarşı davranışına görə təhlükəsizlik xidmətlərinin 20 əməkdaşı cəzalandırılıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Bəhreyn hökuməti bildirib ki, aparılan araşdırma nəticəsində fevral-mart aylarında bəzi şəxslər tərəfindən etirazçılara qarşı güc tətbiq edildiyi, saxlananlara işgəncə verdiyi aşkarlanıb. Qeyd edək ki, Bəhreyndə fevral-mart aylarında şiələrin etirazları zamanı toqquşmalar baş vermiş 24 nəfər həlak olub, yüzlərlə adam yaralanmışdı.
    22.11.11 Məqaləni oxumaq
     
    Britaniya İrana qarşı sərt maliyyə sanksiyası elan edir
    Böyük Britaniya hökuməti İrana qarşı sərt maliyyə sanksiyaları təbiq edib və ölkənin maliyyə sektorunun İran banklarıyla əlaqələrinin kəsilməsinə qərar verib. В«KƏLAMİNFOВ» В«BBCВ»yə istinadən xəbər vreir ki, Britaniyanın maliyyə naziri Georq Osborne sanksiyaların bu gündən etibarən qüvvəyə mindiyini bildirib. Onun sözlərinə görə, İran bankları Tehranın nüvə silahı yönümlü nüvə proqramının maliyyələşdirilməsində iştirak etdiyi üçün ölkənin və bütün dünyanın təhlükəsizliyi üçün bu addımı atırlar.
    22.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Noy.2011
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930