|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
Saakaşvilidən şok bəyanat
|
Gürcüstan prezidenti Mixail Saakaşvili hökumət nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qeyri-adi bəyanat verib. «KƏLAMİNFO»nun «Novosti Qruziya» agentliyinə istinadən yaydığı məlumata görə, prezident ölkəsinin ərazi bütövlüyünün bərpası üçün Rusiyaya öz orqanlarını verməyə hazır olduğunu bildirib. «Torpaqlarımızın qaytarılması üçün bədənimin istənilən hissəsini onlara göndərməyə hazıram» - deyə o vurğulayıb.
|
24.11.11 Məqaləni oxumaq
|
|
|
Millət vəkili: Ali məktəblər və səhiyyə müəssisələri özəlləşdirilsin
|
“Ölkənin sosial həyatı üçün önəmli rol oynayan texniki peşə məktəblərinə ayrılan vəsait artırılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.
O, həmçinin ali məktəblərin yataqxana problemlərinin də tezliklə həll edilməsini vacib sayıb. “Yataqxanalardakı qaçqın və köçkünlər üçün binaların tikilməsi sürətləndirilməli və şəraiti olan yataqxanalar tələbələrə ayrılmalıdır. O cümlədən ali məktəblər üçün yeni yataqxanalar tikilməlidir. Çünki rayonlardan gələn tələbələrin kirayə haqqını valideynlər ödəməkdə çətinlik çəkirlər”,-deyə Q.Paşayeva vurğulayıb.
Deputat Qüdrət Həsənquliyev isə deyib ki, müəllimlərin əməkhaqqı orta aylıq əməkhaqqından 3 dəfə azdır, ən azı orta aylıq əməkhaqqı səviyyəsinə qaldırılmalıdır. “Problemin köklü həlli üçün ali məktəblər özəlləşdirilməlidir. Səhiyyə müəssisələri də özəlləşdirilməlidir”,-deyə Q.Həsənquliyev vurğulayıb. Millət vəkili bildirib ki, Bakı şəhərində bütün binalar təhlükəsizlik kameraları ilə təmin olunmalıdır.
|
24.11.11 Məqaləni oxumaq
|
|
|
Prezident “BakuTel-2011” iştirakçılarını təbrik edib
|
Azərbaycan Prezidenti İlham Əliyev “BakuTel–2011” 17-si Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarını təbrik edib. “KƏLAMİNFO”nun məlumatına görə, təbrik məktubunda bildirilir ki, builki sərgi və konfransda 32 ölkədən 250 şirkətin təmsil olunması dünya İKT cəmiyyətlərinin bu tədbirə verdiyi qiymətin parlaq təzahürüdür: “Ölkəmizdə hər il keçirilən bu beynəlxalq sərgi və konfrans müxtəlif ölkələrin informasiya cəmiyyətlərinin formalaşması üzrə təcrübə mübadiləsi, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qabaqcıl texnologiyaların təqdimatı, şirkətlər arasında biznes əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Azərbaycanda İKT-nin inkişafına dövlət böyük qayğı göstərir. 2003-cü ildən İKT-nin inkişaf strategiyası və bu sahəyə dair bir neçə dövlət proqramı qəbul edilmiş, hüquqi baza formalaşmış, uyğun islahatlar həyata keçirilmiş və nəticədə normal rəqabət mühitinə malik olan, böyük həə investisiya qəbul edən müasir İKT bazarı yaradılmışdır. Ölkəmiz regional və beynəlxalq İKT layihələrində fəal iştirak edir. Avrasiya transmilli informasiya magistralı, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi kimi layihələr buna misaldır.
|
24.11.11 Məqaləni oxumaq
|
|
|
Qadınların işə qəbulunda ayrıseçkiliyə yola verilir
|
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qadınların hüquqlarının qorunması və onlara hüquqi yardımın həyata keçirilməsi məqsədilə Şura yaradılıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev verib. Onun sözlərinə görə, bu şura yerlərdən təqdim olunan şikayətlərin, əsasən də qadınların qarşılaşdığı problemlərin və ayrıseçkilik faktlarının araşdırılması üçün fəaliyyət göstərir. Bundan başqa, konfederasiyanın hüquq şöbəsinə də tapşırılıb ki, hüquqi müstəvidə problemləri olan qadınlara yardım edilsin: “Bu məsələdə qadınların həmkarlar təşkilatının üzvü olub-olmaması əsas deyil. İstənilən qadın bizə müraciət edərək, hüquq müstəvisində kömək ala bilər. Hətta həmin şöbə maddi tələb olmadan hüquqları pozulan qadınların vəkillə təmin olunmasına da kömək etməyə hazırdır”.
|
24.11.11 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin deputatları Baltik Assambleyasının sessiyasına qatılacaqlar
|
Noyabrın 24-dən 26-dək parlamentin deputatları Elton Məmmədov və Əli Məsimli Baltik Assambleyasının 30-cu sessiyası və 17-ci Baltik Şurasının iclaslarında iştirak etmək üçün Estoniyanın paytaxtı Tallin şəhərində səfərdə olacaqlar. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Milli Məclisdən veriblər.
Toplantıda regionda birgə infrastruktur layihələrinin həyata keçirilməsi, davamlı enerji bazarı, səhiyyə ilə bağlı məsələlərə baxılacaq.
Tədbir çərçivəsində Baltik Assambleyası mükafatlarının təqdimetmə mərasimi keçiriləcək.
Səfər zamanı Baltik Assambleyası Rəyasət Heyəti, Benelüks Parlamenti və GUAM Parlament Assambleyasının nümayəndə heyətləri arasında üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulub.
|
23.11.11 Məqaləni oxumaq
|
|
|
Misir hərbçiləri milli hökumət yaratmağa razılaşırlar
|
Hərbçilərlə danışıqlardan sonra Misirin iki siyasətçisi - Əbu əl-Əlla Madi və Məhəmməd Səlim əl-Əva bildiriblər ki, hərbçilər milli hökumət yaratmağa razı olublar. Bu, «xilas hökuməti» olacaq. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, siyasətçilər, həmçinin deyiblər ki, hərbi şura baş nazirin istefasını da qəbul edir. Hərbçilərlə siyasətçilərin danışıqlarının detalları məlum deyil. Bu günün sonunda hərbi şurasının sədri Huseyn Tantavi bəyanat verməlidir.
Qahirədə isə hakimiyyətin hərbçilərdən mülki şəxslərə keçməsi tələbi ilə nümayişlər davam edir.
|
23.11.11 Məqaləni oxumaq
|
|
|
|
Siyavuş Novruzov: “Liviyanın pullarını alıb Yunanıstana verdilər”
|
“Bizim bəzi müxalif qüvvələrə anlatmaq istərdim ki, investisiya qoymaq bazardan alma almaq deyil. Almanı almaq üçün əvvəl ağacını yetişdirməlisən. 1994-cü ildə müqavilə imzalanandan sonra dərhal göydən dollar tökülmədi ki?! Regionlarda hər gün müəssisələr açılır. Bu günkü acından ölməlidir ki, neft pulları gələcək nəsillərə saxlanılsın? Bu cür yanaşma düzgün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında YAP-dan olan deputat Siyavuş Novruzov bildirib.
|
23.11.11 Məqaləni oxumaq
|
|
|
Nizami Cəfərov və Sədaqət Vəliyeva Astanada TürkPA-nın iclasında iştirak edəcəklər
|
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında iştirak etmək üçün bu gün Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə “Birgə Qorqud Proqramı”nın layihəsi, o cümlədən türk xalqlarının mədəniyyət, elm-təhsil, texnologiya sahələrində əməkdaşlığının təşviqi ilə bağlı müzakirələr aparılacaq.
Deputatlarımız müzakirə olunacaq məsələlərə dair öz münasibətlərini bildirəcək, təkliflərini verəcəklər.
Səfər noyabrın 27-də başa çatacaq.
|
23.11.11 Məqaləni oxumaq
|
|
|
|
|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|