Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Araz Əzimov: Fransa Prezidentinin Yerevana və Bakıya səfəri də bir nəticə vermədi
    Xarici işlər naziri Elmar Məmmədyarovun dekabrda Vilnüsdə ATƏT-in Nazirlər Şurasının konfransında erməni həmkarı ilə görüşü planlaşdırılmır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib. A.Əzimov həmçinin həmsədrlərin regiona gözlənilən səfərlərinə də münasibət bildirib. "Noyabrın sonlarında həmsədrlərin regiona səfəri gözlənilir, lakin mən bu səfərdən bir şey gözləmirəm. Ermənistan keçmişdə olduğu kimi, vəziyyətdən sui-istifadə edir. Ermənistan Azərbaycanın verdiyi konstruktiv təkliflərə cavab vermək əvəzinə başqa yolu seçir. Azərbaycanın işğal olunmuş ərazilərindən sui-istifadə edir və beləliklə prosesdə irəliləyişin olmasında maraqlı olmadığını göstərir",-A.Əzimov bildirib. Onun sözlərinə görə, prezidentlərin Kazan görüşündən sonra vəziyyət aydın olsa da, danışıqlar bir növ, durğunluğa düşüb. XİN rəsmisi həmçinin Fransa Prezidentinin Yerevana və Bakıya səfərinin də bir nəticə vermədiyini deyib.
    24.11.11 Məqaləni oxumaq
     
    NATO qüvvələri ilə etnik serblər arasında toqquşma olub
    Kosovonun şimalında NATO qüvvələri ilə yerli serblər arasında toqquşma baş verib. «KƏLAMİNFO»nun «İTAR TASS»-a istinadən verdiyi məlumata görə, NATO qüvvələri serblərin qurduqları barrikadaların sökülməsinə mane olmaq istəyənlərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Serblər bir neçə dəfə Serbiya-Kosovo arasındakı nəzarət məntəqəsini dağıtmağa cəhd göstəriblər. Kosovonun şimalında olan serblər yaydan bəri yollarda barrikada qurublar. Buna səbəb Kosovo hakimiyyətinin onların yaşadığı əraziyə alban əsilli polis və gömrük göndərməsi olub. 2008-ci ildə Kosova Serbiyadan ayrılandan sonra bir çox serb bu ərazidə məskunlaşıb.
    24.11.11 Məqaləni oxumaq
     
    PKK-nın 50-yə yaxın tərəfdarı Avropa Şurasının Strasburqdakı binasına soxulub
    PKK terror təşkilatının 50-yə yaxın tərəfdarı Avropa Şurasının Strasburqdakı binasına soxulublar. Onlar PKK-nın həbsdə olan lideri Abdulla Öcalanın müalicə olunmasının təmin olunmasını tələb ediblər. «KƏLAMİNFO» «Frans Press» agentliyinə istinadən xəbər verir ki, fəallar AŞ-nin binasının «Aqora» zalının şüşə qapılarını dağıdıblar. Zalın xolunda yerə əyləşən kürdlər «Öcalanı azad edin!» «Kürd xalqı ilə həmrəylik» şüarları səsləndiriblər. RİA «Novosti»nin yaydığı xəbərə görə, polisi görən fəallar canlı sədd qurublar. Lakin bu, polisə onları oradan qovmağa mane olmayıb. Altı nəfər hüquq-mühafizə orqanları işçilərini təhqir etdiyinə görə həbs edilib.
    24.11.11 Məqaləni oxumaq
     
    Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verdi
    Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. Bu barədə məlumatı “KƏLAMİNFO” QMİ-nin mətbuat xidmətindən veriblər. Fətvaya əsasən, Məhərrəm 1433-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir. Aşura günü 2011-ci il dekabr ayının 6-dır. "Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin ruhuna xütbələr oxunmalıdır",-deyə fətvada deyilir. Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn (ə) və yaxınları Yəzid ibn Müaviyənin qoşunları tərəfindən qətlə yetirilib.
    24.11.11 Məqaləni oxumaq
     
    Əli Abbasov UNECE-nin baş katibi ilə görüşüb
    Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT-nin Avropa İqtisadi Komissiyasının (United Nations Economic Commission for Europe - UNECE) icraçı baş katibi Yan Kubişlə görüşüb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Abbasov “BakuTel” sərgisində iştirakına görə Y.Kubişə minnətdarlığını bildirərək UNECE ilə Azərbaycan arasında yüksək əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Görüşdə “İnnovasiyalar üzrə fəaliyyətin icmalı” layihəsi haqqında məlumat verən Y.Kubiş bildirib ki, bu layihədə UNECE və beynəlxalq ekspertlər müvafiq ölkələrlə araşdırmalar apararaq lazımi tövsiyələr verir. Qonaq Azərbaycanda 2013-cü ildə belə pilot layihənin hazırlanmasının məqsədəuyğun olduğunu əlavə edib.
    24.11.11 Məqaləni oxumaq
     
    Elçin Quliyev: Azərbaycana narkotik vasitələrin təqribən 90 faizi İran ərazisindən daxil olur
    Azərbaycanda aşkar edilən narkotik vasitələrin təqribən 90 faizi ölkəyə İran ərazisindən daxil olur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda seminarda Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev deyib. E.Quliyev bildirib ki, Azərbaycanda narkotik vasitələrin yayılmasına qarşı mübarizə dövlət siyasətinin mühüm tərkib hissəsidir. "Son dövrdə narkotik daşıyan cinayətkar qrupların 100-dən artıq silahlı basqınını dəf edərkən Azərbaycanın 7 sərhədçisi həlak olub, 9 sərhədçi isə yaralanıb" – deyə DSX rəisi əlavə edib. Onun sözlərinə görə, Azərbaycan regional və beynəlxalq təhlükəsizlik çağırışlarına dəyərli töhfəsini verməkdədir. E.Quliyev bildirib ki, NATO tərəfindən Kosova, İraq və Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycanın iştirakı buna əyani sübutdur.
    24.11.11 Məqaləni oxumaq
     
    Yol polisi sürücülərə və piyadalara müraciət edib
    Yol polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sürücülər yağışlı və dumanlı havalarda sürət həddini meteoroloji və hava şəraitinə uyğun seçməlidirlər. Sürücülər günün qaranlıq vaxtı xüsusilə diqqətli olmalıdırlar. Yol polisi piyadaları nəqliyyat axınına qarşı hərəkət etməyə çağırıb. İdarə piyadalara yağmurlu havalarda yolun hərəkət hissəsinə çıxmamalarını tövsiyə edir. Yol polisi sürücülərə yağışlı havalarda gölməçə olan yollardan keçəndə ehtiyatlı olmalarını, sürəti azaltmalarını məsləhət görür. Sinoptiklərinin proqnozlaşdırdığı kimi, noyabrın 23-ü günortadan sonra əsasən şimal və qərb rayonlarından başlayaraq hava kəskin pisləşib, temperatur 6-8 dərəcə enib. Sinoptiklər anomal hava şəraitinin noyabrın 26-na kimi davam edəcəyini açıqlayıblar. Noyabrın 24-nə keçən gecədən Bakıda və ölkənin digər ərazilərində sulu qar və qar yağır.
    24.11.11 Məqaləni oxumaq
     
    Dövlət başçısı DÇ-nin ekspozisiyası ilə tanış olub
    Bakı Sərgi Mərkəzin­də "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılıb. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya 2012-ci il­də respublikamızda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatına hazırlıq işlərinin gedişi barədə geniş məlumat verilib. Dövlət başçısına dünya çempionatına biletlərin onlayn qaydada satışı sistemi nümayiş etdirilib. Qeyd olunub ki, istənilən xarici vətəndaş bu sistem vasitəsilə ölkəmizdə keçiriləcək futbol üzrə dünya çempionatına bilet əldə edə bilər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının start sayğacını işə salıb.
    24.11.11 Məqaləni oxumaq
     
    Həmsədrlər noyabrın 28-də Yerevana gələcəklər
    ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov və Bernar Fasye noyabrın 28-də Yerevana gələcəklər. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, onlar səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.
    24.11.11 Məqaləni oxumaq
     
    Millət vəkili: Universitet müəllimlərinin səviyyəsi yoxlanılmalıdır
    Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Departamentinin yaradılmasına ehtiyac var. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev Azərbaycan Dillər Universitetində (ADU) “Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq” mövzusunda keçirilən Respublika Elmi-Praktik konfransdakı çıxışı zamanı deyib. Azərbaycanın təhsil sistemində qarşıda duran ən vacib məsələlərdən birinin keyfiyyətli kadr hazırlanması işi olduğunu xatırladan Ə.Vəliyev hesab edir ki, sözügedən departamentin yaradılması bu işə öz müsbət töhfəsini verə bilər. Dünyanın hər yerində, o cümlədən qonşu Gürcüstanın bütün universitetlərində Keyfiyyətin Təminatı Departamentinin yaradıldığını misal gətirən professor deyib ki, departament ilk olaraq müəllim və professor heyətinin seçimini aparır:
    24.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930