Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  17 18 19 20 21 22 23 24 25  #
    NATO-nun baş katibi: Seçkilər Gürcüstanda demokratiya üçün imtahan olacaq
    NATO-nun baş katibi Anders Foq Rasmussen Tbilisinin «Radisson» mehmanxanasında keçirdiyi brifinqdə bildirib ki, 2012-ci ildə parlament, 2013-cü ildə prezident seçkiləri Gürcüstanda demokratiya üçün imtahan olacaq. «KƏLAMİNFO» «Qruziya onlayn»a istinadən xəbər verir ki, Rasmussen qeyd edib ki, Gürcüstan NATO standartları və islahatları istiqamətində inkişaf edir. Baş katib Gürcüstanın NATO-ya daxil olması müddətini hələ dəqiq bilmədiyini deyib: «Hər şey islahatların demokratik inkişaf yolunda irəliləyişindən asılıdır».
    10.11.11 Məqaləni oxumaq
     
    İsrail İrana təzyiq göstərməyə çağırıb
    İsrail beynəlxalq aləmi İranı nüvə proqramından əl çəkməyə məcbur etməyə çağırır. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu nüvə silahına malik İranın Yaxın Şərq və bütün dünya üçün təhlükə olacağını bildirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin çərşənbə axşamı yaydığı bəyanatda İranın nüvə silahı üzərində işləməsilə bağlı dəlillər olduğu bildirilir. Tehran isə ittihamı rədd edir.
    10.11.11 Məqaləni oxumaq
     
    Abdulla Gül Suriyaya xəbərdarlıq edib
    «Financial Times» qəzetinə müsahibə verən Türkiyə prezidenti Abdulla Gül Suriyaya xəbərdarlıq edib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Suriyanın PKK-dan Türkiyəyə qarşı istifadə edəcəyinə dair məlumatları dəyərləndirən Gül bu ölkənin əvvəllər də terror təşkilatı mənsublarına yer verdiyini xatırladıb. Dəməşqin belə bir təhlükəli oyuna yenidən girməyəcəyinə ümid etdiyini bildirən və Suriyaya bu istiqamətdə xəbərdarlıq edən Türkiyə prezidenti məsələni yaxından izlədiyini vurğulayıb. «Türkiyə prezidenti ABŞ ilə əlaqələrdən məmnundur» başlığı ilə yayınlanan müsahibədə Türkiyənin Yaxın Şərqdəki aktiv siyasətindən də bəhs edilib. Gül ərəb dünyasının Türkiyənin dünyəvi, demokratik quruluşundan və sərbəst bazar iqtisadiyyatından təsirləndiyini bildirib. Avropa Birliyinə üzvlük məsələsinə də toxunan Gül Türkiyənin Maastrix kriteriyaları baxımından bir çox ittifaq üzvündən daha yaxşı vəziyyətdə olduğunu deyib. ABŞ ilə əlaqələrin çox yaxşı olduğunu vurğulayan prezident Türkiyəyə yerləşdirilən radarın İrana deyil, raketlərə qarşı bir sistem olduğunu söyləyib.
    10.11.11 Məqaləni oxumaq
     
    “Eurovision” formatına uyğun “Asiavision” layihəsinə start veriləcək
    “Eurovision” formatlı yeni bir möhtəşəm mahnı yarışması həyata keçiriləcək. “KƏLAMİNFO”nun İctimai Televiziyadan əldə etdiyi məlumata görə, yeni layihə “Asiavision Song Contest” (“Asiavision Mahnı Müsabiqəsi”) adlanacaq. Bildirilir ki, bu barədə Asiya Yayımları Birliyinin (ABU) Dehlidə keçirilən Baş Assambleyasının iclasında açıqlama verilib və yeni layihəyə 2012-ci ildə Baş Assambleyanın Seulda keçiriləcək iclası zamanı start veriləcək. Qeyd edək ki, yeni şounun meneceri vəzifəsini Koreyanın KBS telekanalının beynəlxalq əlaqələr departamentinin prodüseri Kenni Kihyung Bae həyata keçirəcək. Xatırladaq ki, K.K.Bae “Eurovision – 2012” mahnı müsabiqəni yaxından izləmək üçün Azərbaycana gələcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın yeni “Asiavision Mahnı Müsabiqəsi”nə qonaq qismində dəvət olunması da nəzərdə tutulub.
    10.11.11 Məqaləni oxumaq
     
    Macarıstan prezidenti Pal Şmitt Azərbaycana rəsmi səfərə gəlir
    Bu gün Macarıstan prezidenti Pal Şmitt Azərbaycana rəsmi səfərə gəlir. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı prezident Pal Şmittin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olacaq. Bundan başqa, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının və Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi planlaşdırılır. Səfər noyabrın 12-dək davam edəcək.
    10.11.11 Məqaləni oxumaq
     
    Ailə zorakılığı, yoxsa...
    Bu adamla söhbətimizin baş tutmasına nə qədər sevindimsə, görüşəndən sonra bir o qədər də məyus oldum. Çünki əvvəldən məhbuslar və ya məhbusələr barədə müəyyən təsəvvürlərim olmasına baxmayaraq, söhbətimizin bu şəkildə başlanacağı ağlıma gəlmirdi.
    09.11.11 Məqaləni oxumaq
     
    İKT-nin təhsil sisteminə inteqrasiyası
    Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasında əsas məsuliyyət muəllimin üzərinə düşür. Dövlət bu gün bütün məktəbləri kompüterlərlə təmin edə bilər, təhsil şəbəkəsi, ən müasir elektron tədris vəsaitləri yarada bilər. Lakin bütün bu alətlərdən istifadə edə bilən muəllimlərimiz olmasa, təhsilin informasiyalaşdırılmasının səmərəsi də olmaz.
    07.11.11 Məqaləni oxumaq
     
    Hondurasda 180 polis əməkdaşı həbs edilib
    Hondurasda cinayətkar qruplaşmalarla əlaqədə günahkar bilinən 180 polis əməkdaşı həbs edilib. «KƏLAMİNFO» «Rosbalt»a istinadən xəbər verir ki, məlumatı ölkənin təhlükəsizlik nazirliyi yayıb. Həbs edilənlər ölkənin şərqindəki polis məntəqəsinə gətiriblər. Polis əməkdaşldarı müxtəlif cinayətlərdə günahkar bilinirlər. Həbs edilənlərdən 8-i qətllər törətməkdə ittiham olunur. Onların qurbanları içərisində Honduras universitetinin rektorunun oğlu da var.
    05.11.11 Məqaləni oxumaq
     
    Sənədli filmimiz beynəlxalq festivalda mükafat alıb
    İdman Kinosu Beynəlxalq Federasiyası tərəfindən 29-cu Milan Beynəlxalq Festivalında ölkəmizi təmsil edən “Yerə dəyən top göylərə qalxar” sənədli filmi “Ən yaxşı film” mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalın final mərhələsində “Olimpiya oyunları”, “Sənədli filmlər”, “Tele-şou və yeni texnologiyalar”, “İdman və cəmiyyət”, “Kinofilmlər”, “İdman və reklam” və “Kino və televiziya - Böyük çempionlar” adlı yeddi nominasiya üzrə yarışan filmimiz “Kino və televiziya - Böyük çempionlar” nominasiyasında uğur qazanıb. Bildirilir ki, ölkəmizdə futbolun yaranmasının 100 illiyinə həsr olunan film cari ilin sentyabr ayında Rusiyanın Lipetsk şəhərində keçirilən 7-ci Beynəlxalq İdman Filmləri Festivalında da “Olimpiya ideallarına sədaqət” nominasiyası üzrə I yer qazanıb. Qeyd edək ki, “Salnamə” studiyasında çəkilən filmin müəllifi Arzu Urşandır. Arzu Urşanın verdiyi məlumata görə, Milan festivalı zamanı film Almaniya və Braziliyada keçiriləcək İdman Filmləri Festivalına da dəvət alıb. Xatırladaq ki, festivalda ölkəmizi təmsil edən “Çovqan” filmi isə fəxri diplom və xüsusi medala layiq görülüb.
    05.11.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: 2012-ci ilin büdcəsində bütün sahələr üzrə artımlar əksini tapacaq
    Bu gün Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin birgə iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, iclasda 2012-ci il Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi aparılır. İclasın gündəliyinə “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri var. İclasda Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, ötən il Azərbaycanın iqtisadi həyatında kifayət qədər uğurlar olub. Onun sözlərinə görə, dövlət büdcəsinin icrası şəffaf və məqsədyönlü şəkildə həyata keçirilib. B.Muradova deyib ki, növbəti 2012-ci ilin büdcəsində bütün sahələr, o cümlədən sosial sahə üzrə artımlar öz əksini tapacaq. İclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov büdcə layihəsinin ayrı-ayrı bəndləri barədə məlumat verib. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə sığorta olunanların uşaqlarının düşərgələrdə istirahətinin təşkilinə gələcək illərdə fikir verilməsinin vacibliyini vurğulayıb.
    05.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  17 18 19 20 21 22 23 24 25  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930