Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Prezident Qaxda “İçəribazar” qala kompleksində yaradılan şəraitlə tanış olub
    Prezident İlham Əliyev Qax şəhərindəki “İçəribazar” qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, qədimliyi özündə ehtiva edən qala divarları, drenaj sistemi, təbii daşlar buraya turistləri daha çox cəlb edir. Açıq səma altında yaradılan 300 yerlik teatr, tətbiqi sənət ustaları üçün 10 emalatxana binası inşa olunub, İçəribazar küçəsi yenidən qurulub. Kompleksin ərazisini gəzən prezidentə məlumat verilib ki, burada tikinti və yenidənqurma işlərinə 2010-cu ilin aprel ayında başlanılıb, qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Bildirilib ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib.
    17.11.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib
    Prezident İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. Mehmanxanada yaradılmış şəraitlə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, üçmərtəbəli kompleks 2,7 hektar ərazini əhatə edir. Ümumi sahəsi 3 min 660 kvadratmetr olan mehmanxana lüks və VİP otaqlardan, 120 yerlik yeməkxanadan, 60 yerlik kafe–bar, oyun və kino zallarından ibarətdir.
    17.11.11 Məqaləni oxumaq
     
    Elmira Süleymanova: “Daha küçələrdə maşın yuyan uşaqlara rast gəlinmir”
    Azərbaycanda uşaqların istismarı əvvəlki illərə nisbətən xeyli azalıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Uşaqların 2-ci Forumunda deyib. Ombudsman qeyd edib ki, indi uşaqların ağır işdə işlədilməsi halları xeyli azalıb: “Bu, qanunla da təsbit olunub ki, 15 yaşına çatmamış uşaqları ağır işlərə cəlb edənlər cəzalandırılacaq. Artıq küçələrdə maşın yuyan, dilənən uşaqlara da rast gəlinmir”.
    17.11.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov: “Bir çox ölkə öz dövlət və din sistemini Azərbaycana ixrac etmək istiqamətində fəaliyyət göstərir”
    “Azərbaycanda dindən siyasi, şəxsi maraqlar üçün istifadə edən qüvvələr və şəxslər mövcuddur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov söyləyib. Onun sözlərinə görə, əslində isə din xadimi olmayan şəxslər və qruplar var ki, dini təhrif edir, din adından danışır. Komitə sədri həmçinin bildirib ki, bir çox ölkə öz dövlət və din sistemini Azərbaycana ixrac etmək istiqamətində fəaliyyət göstərərək təxribatlar törədir və buna da çox böyük vəsait ayrılıb.
    17.11.11 Məqaləni oxumaq
     
    Obama Avstraliyaya yola düşüb
    ABŞ prezidenti Barak Obama iqtisadiyyat və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi ilə Avstraliyaya yola düşüb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, Avstraliyaya Havayda ev sahibliyi etdiyi APEC ölkələrinin sammitindən sonra gedir. Kanberrada ABŞ dövlət başçısının Avstraliyanın baş naziri Culiya Gillardla görüşü gözlənilir. Daha sonra prezident Darvin şəhərində Amerikanın dəniz qüvvələri bazasının açılacağını elan etməlidir. Obamanın səfəri ABŞ-Avstraliya müdafiə sazişinin əldə edilməsinin 60-cı ildönümünə təsadüf edir. Barak Obama Avstraliyaya səfər edən beşinci ABŞ prezidentidir.
    17.11.11 Məqaləni oxumaq
     
    Mustafa Topçubaşov haqqında film hazırdır
    “Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filmi təqdimata hazırdır. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, yeni sənədli filmin təqdimatı noyabr ayının 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkilən film Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri akademik Mustafa bəy Topçubaşovun həyatı və fəaliyyətindən bəhs edir. Qeyd edək ki, “Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin rejissoru Xalq artisti Yalçın Əfəndiyevdir.
    17.11.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Biz çalışacağıq ki, bir də erməni gülləsinə tuş gələn Farizimiz, Aygünümüz olmasın”
    “Biz çalışacağıq ki, bir də erməni gülləsinə tuş gələn Farizimiz, Aygünümüz olmasın”. “KƏLAMİNFO” xəbər verir ki, bunu parlamentin vitse-spikeri Bahar Muradova Bakıda keçirilən Uşaqların 2-ci Forumunda deyib. Qeyd edib ki, Qarabağ probleminin çözülməmiş qalması gənclərin, uşaqların sağlam gələcəyinə də maneədir: “Ölkədə bizdən də savadlı, əqidəli, mükəmməl yeni nəsil formalaşır. Azərbaycanda uşaqlarla bağlı qanunvericilik mükəmməlləşib. Ümumilikdə 72 qanun, 11 məcəllə uşaq hüquqlarını əks etdirir. Bu qanunlarla uşaqların sosial hüquqlarının qorunması, uşaq siyasəti və hüquqlarının həyata keçirilməsi tənzimlənir. Bütün bunlar vətəndaş cəmiyyətinə xidmət edir”. B.Muradovanın sözlərinə görə, Milli Məclisdə daim uşaq problemləri, onların həlli yolları müzakirəyə çıxarılır: “Azərbaycanda siyasi, iqtisadi mühit imkan verir ki, uşaqlarımız sağlam şəraitdə böyüsünlər”.
    17.11.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva uşaqların dostu elan edilib
    Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların onlara aid qərarların qəbulunda və siyasətinin formalaşmasında iştirakı ilə Azərbaycan Uşaqlarının Ümumrespublika II Forumunu keçirib. “KƏLAMİNFO” xəbər verir ki, forum Heydər Əliyev və UNİCEF-in dəstəyi ilə baş tutub.
    16.11.11 Məqaləni oxumaq
     
    Səfər Əbiyev Qazaxıstana yola düşüb
    Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Qazaxıstanın Almatı şəhərinə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda MDB-yə daxil olan ölkələrin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
    16.11.11 Məqaləni oxumaq
     
    Prezident “Euronews” kanalının Müşahidə Şurasının sədrini qəbul edib
    Prezident İlham Əliyev bu gün “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesani ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi münasibətilə dövlət başçısını təbrik edib. Ölkəmizə bundan əvvəlki səfərini xatırlayan qonaq ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb. Ötən dövrü “Euronews” kanalı ilə Azərbaycanın fəal əməkdaşlıq mərhələsi kimi xarakterizə edən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.
    16.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930