Ərdoğanın məxfi bank hesabları ilə bağlı qalmaqal yenidən start götürüb
|
Türkiyədə yeddi il bundan öncə baş nazir Rəcəb Tayyib Ərdoğanın məxfi bank hesabları ilə bağlı yaşanmış qalmaqal yenidən start götürüb. В«KƏLAMİNFOВ»nun məlumatına görə, 2004-cü ildə baş nazirin İsveçrə banklarında gizli hesablarının olması barədə informasiya dərc edilmişdi. Həmin məlumatda göstərilmişdi ki, Ərdoğan İsveçrə banklarında 800 mln. dollarlıq gizli hesaba malikdir. Bundan sonra Ərdoğan dərhal mətbuat konfransı keçirərək düşmənlərinin belə bir informasiya yaydığını bildirmişdi. Onun sözlərinə görə, bu şəxslər onun nüfuzuna xələl gətirmək istəyiblər və onun bankda heç bir hesabı yoxdur. В«Mənim İsveçrə banklarında bir qəpik də olsun pulum yoxdur. Mənim nəyisə sübut etməyə ehtiyacım yoxdur.В»
|
21.11.11 Məqaləni oxumaq
|
|
|
II Qara Dəniz Turizm və Səyahət Sərgisində Azərbaycanı MİRAS təmsil edəcək
|
Noyabrın 24-dən 27-dək Türkiyənin Trabzon şəhərində keçiriləcək II Qara Dəniz Turizm və Səyahət Sərgisində 100-dən çox firma və agentlik arasında Azərbaycanı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edəcək. Birlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgidə MİRAS-ın təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası tərəfindən 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində tapılan XVIII əsrə aid tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri, numizmatik materiallar, nadir sənət nümunələri, habelə Ağsu şəhərinin dünyanın bir sıra ölkələri və şəhərləri ilə olan ticarət və mədəni əlaqələrindən xəbər verən digər materiallar nümayiş etdiriləcək. Eləcə də “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində görülmüş işlərin nəticələri, Azərbaycanın arxeoloji irsi, “Azərbaycan inciləri” bukleti və “Azərbaycan abidələr diyarıdır” filminin də nümayiş etdirilməsi nəzərdə tutulur.
|
21.11.11 Məqaləni oxumaq
|
|
|
Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Gənc İş Adamları Şəbəkəsi təsis ediləcək
|
Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrın 22-23-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİAŞ) təsis qurultayı keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, DƏ-İKGF-nin Avrasiya üzrə Regional Mərkəzindən bildiriblər ki, şəbəkə İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla, onlar arasında biznes sahəsində məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradacaq.
|
21.11.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-ın Dəniz Qüvvələrinin katibi Rey Meybas Azərbaycanda səfərdədir
|
ABŞ-ın Dəniz Qüvvələri katibi Rey Meybas (Ray Mabus) Azərbaycanda səfərdədir. ABŞ-ın Azərbaycandakı səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Meybas Azərbaycanın hökumət rəsmiləri ilə görüşlər keçirəcək, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı müzakirə edəcək. Bu gün onun Azərbaycanın siyasi və hərbi darilərində danışıqlar aparacağı gözlənilir.
Müdafiə Katibinin tabeliyində olan, Baş İcraedici Rəhbər kimi Dəniz Qüvvələri Katibi Dəniz Qüvvələri Departamentinin bütün işlərini aparır. Dəniz Qüvvələri Departamenti iki Formalı Xidmətdən ibarətdir: ABŞ Dəniz Qüvvələri və ABŞ Dəniz Korpusu. Dəniz Qüvvələri Katibi milli təhlükəsizlik siyasətinə və Prezident və ya Müdafiə Katibi tərəfindən qoyulmuş məqsədlərə uyğun olaraq siyasətlərin və proqramların təşkilinə və icrasına cavabdehdir.
|
21.11.11 Məqaləni oxumaq
|
|
|
|
Xəzər dənizində zəlzələ olub
|
Dünən yerli vaxtla saat 15:48:09-da Xəzər dənizində, Siyəzən rayonundan 54 km şimali-şərqdə zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, zəlzələ hiss olunmayıb.
Zəlzələ maqnituda 3.20, dərinliyi isə dərinlik 42 km olub.
|
21.11.11 Məqaləni oxumaq
|
|
|
İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib
|
Prezident İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti açılış mərasimində çıxış edib. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə qəbələlilər adından minnətdarlıq edib. Daha sonra dövlət başçısı aeroportun rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov beynəlxalq standartlara cavab verən Qəbələ aeroportu haqqında prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı Qəbələ Beynəlxalq Aeroportunun layihəsi və Qəbələ-Ağdaş yolunun yenidən qurulması ilə bağlı stendlərə baxıb. Prezident İlham Əliyev aeroportun açılışı münasibətilə təbriklərini çatdırıb, kollektivə uğurlar arzulayıb.
|
20.11.11 Məqaləni oxumaq
|
|
|
Allahşükür Paşazadə Ərdoğana məktub ünvanlayıb
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-dən veriblər.
Şeyx məktubda qardaş ölkənin Van bölgəsində baş vermiş zəlzələdən əziyyət çəkən vətəndaşlarına yardım etmək niyyətini bildirib. “Bütün Azərbaycan xalqı möhtərəm dövlət rəhbərimiz - Sizin qardaşınız İlham Əliyev həzrətləri başda olmaqla, təbii fəlakət baş verən ilk gündən etibarən qardaş Türkiyə xalqının çətinliklərini paylaşmağa, zəlzələdən əziyyət çəkənlərə maddi və mənəvi cəhətdən qardaş yardımı göstərilməsinə böyük önəm verdi. QMİ olaraq, Vanda dəhşətli zəlzələnin baş verdiyi ilk gün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaradaraq, zəlzələdən əziyyət çəkən qardaşlarımıza yardım məqsədilə maddi vəsait köçürməyi özümüzə borc bildik.
|
20.11.11 Məqaləni oxumaq
|
|
|
TQDK ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ədliyyə Nazirliyi ilə birlikdə sabah ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Müsabiqə haqqında elan KİV-də dərc olunmuş və Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində - http://justice.gov.az yerləşdirilib. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb, 356 nəfərin namizədliyi qeydə alınıb.
İmtahan Bakı İdman Sarayında saat 10:00-da başlanır. Namizədlər özləri ilə "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq. 3 saat davam edən imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq: 80 sual namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır (suallar Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb); 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir (suallar TQDK tərəfindən hazırlanıb).
|
20.11.11 Məqaləni oxumaq
|
|
|
Əhmədinejada Tövrat bağışladılar
|
İran prezidenti Mahmud Əhmədinejad bu həftənin əvvəlində Qüdsə səfər edərkən Uqanda prezidenti Yoveri Musaveni ona Tövrat bağışlayıb. В«KƏLAMİNFOВ» MaarivВ» qəzetinə istinadən xəbər verir ki, hədiyyə şəxsi görüş zamanı verilib. Etiqadca xristian olan Musaveni öz addımını belə izah edib: В«İran prezidenti yəhudi xalqının tarixini çox gözəl bilməlidir və əmin olmalıdır ki, yəhudilərin müqəddəs torpasa sahib olmağa tarixi hüquqları çatırВ».
|
20.11.11 Məqaləni oxumaq
|
|
|
|