|
Səhifələr : # 20 21 22 23 24 25 26 27 28 #
Əli Əhmədov: “Nə qədər ki, torpaqların itirilməsi xalqın yaddaşındadır, xalqımızın torpaqlarını tələb etməyə haqqı var”
|
“Nə qədər ki, torpaqların itirilməsi xalqın mili yaddaşındadır, o qədər də xalqın torpaqlarını tələb etməyə haqqı var”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
Ə.Əhmədov bildirib ki, son 120 il ərzində Azərbaycan ərazisi işğala məruz qalıb. “Ancaq bu tarix yaddaşımızdan silinməyib. Milli yaddaşda bu tarix yaşayır və nə qədər ki, yaşayacaq o torpaqları tələb etmək bu xalqın haqqıdır”-deyə Ə.Əhmədov vurğulayıb.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
Hyustonda müstəqilliyimizin 20 illiyi münasibətilə tədbirlər keçirilib
|
ABŞ-ın Hyuston şəhərində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə silsilə tədbirlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Hyustonun şəhərətrafı parklarından birində Azərbaycan Respublikasının dövlət bayrağı altında toplaşan Azərbaycan icmasının nümayəndələri milli tariximizin müxtəlif mərhələləri və ölkəmizdəki mövcud vəziyyət ətrafında müzakirələr aparıblar.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
Ramil Usubov Rusiya Hesablama Palatasının sədrini qəbul edib
|
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, R.Usubov ölkədəki kriminogen vəziyyət haqqında qonağa məlumat verib, rəhbərlik etdiyi qurumda aparılan islahatlardan və Rusiya ilə Azərbaycanın Daxili İşlər Nazirlikləri arasındakı əlaqələrdən danışıb.
Sergey Stepaşin də öz növbəsində ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasından məmnunluğunu bildirərək, Azərbaycanda son dəfə 5 il bundan əvvəl olduğunu, ötən müddət ərzində isə paytaxt Bakının tanınmaz dərəcədə müsbətə doğru dəyişildiyini və müasir Avropa şəhərlərindən birinə çevrildiyini dilə gətirib.
Qeyd edək ki, görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin də iştirak edib.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
BMT Kiprin birləşməsi sazişini yanvar ayına gözləyir
|
BMT-nin baş katibi Pan Qi Mun Kiprin birləşməsi sazişinin yanvar ayına imzalanacağını gözlədiyini deyib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, bu sözləri Kiprin yunan və türk icmalarının liderləri ilə Nyu-Yorkda görüşlərdən sonra deyib. Görüşləri isə BMT-nin baş katibi müsbət, məhsuldar adlandırıb. Baş katib deyib ki, hər iki icmanın liderləri ona təminat veriblər ki, ilin sonuna birləşmə sazişini yekunlaşdıracaqlar.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
Bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların təsnifatı təsdiq edilib
|
Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Nazirlər Kabinetindən veriblər. “Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında” qərarın icrasının təmin edilməsi məqsədi ilə qəbul edilən qərarda Təhsil, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə Sənayesi nazirliklərinin təklifləri nəzərə alınıb.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
ATƏT-in baş katibi: “Türkiyə Qarabağ münaqişəsində əhəmiyyətli rol oynaya bilər”
|
«Türkiyə Qarabağ münaqişəsinin nizamlanması məsələsində əhəmiyyətli rol oynaya bilər». «KƏLAMİNFO»nun məlumatına görə, bu sözləri «Today's Zaman»a ATƏT-in baş katibi Lamberto Zannier bildirib. Onun sözlərinə görə, Türkiyənin rəsmi səviyyədə bu prosesə cəlb edilməsinə zərurət yoxdur. «Mən danışıqlar prosesində formal roldan danışmıram. Lakin münaqişə tərəflərinin qonşusu olan Türkiyə bu münaqişəyə cəlb edilib» - deyə baş katib vurğulayıb. Zannier istənilən münaqişənin dialoq yolu ilə həllinin vacibliyini deyib: «Mənim şəxsi fikrim budur ki, Türkiyə tərəflər arasında dialoqun inkişaf etdirilməsini yaratmalıdır. Mən demirəm ki, bizdə monopoliyadır, lakin niyə bu, ATƏT formatında olmamalıdır. Bu, təhlükəsizliklə məşğul olan regional təşkilatdır. Belə bir fikir səslənir ki, Qarabağ münaqişəsi digər formata keçirilməlidir.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
Bakıda TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci iclası keçiriləcək
|
Noyabrın 3-ü və 4-ü tarixlərində Bakıda TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci iclası keçiriləcək. TÜRKPA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Milli Məclisdə keçiriləcək iclasda “TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri” müzakirəyə çıxarılacaq.
Beynəlxalq Əlaqələr Komissiyasının sədri Əhliman Əmiraslanovun, Qazaxıstan, Türkiyə və Qırğızıstandan iştirak edəcək komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaq.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
Nazim Səmədov mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə təyin edilib
|
Prezident İlham Əliyevin Sərəncamı ilə Nazim Adil oğlu Səmədov mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə təyin edilib.Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
Qeyd edək ki, N.Səmədov bu təyinata qədər Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
|
03.11.11 Məqaləni oxumaq
|
|
|
I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı davam edir
|
I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı davam edir. “KƏLAMİNFO”nun məlumata görə, festivalın proqramına uyğun olaraq bu gün Akademik Milli Dram Teatrında “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı elmi simpozium keçirilir. Simpoziumda festivalda iştirak etmək üçün ölkəmizə gələn 16 ölkənin Kukla Teatrları əməkdaşları arasında müzakirələr aparılıb, bu sahədə daha yüksək nailiyyətlərə malik olmaq üçün yeni-yeni ideyalar və təkliflər irəli sürülüb. Kukla Teatrları arasında qarşılıqlı inteqrasiyanın mühümlüyü simpoziumun müzakirə obyekti olub.
|
02.11.11 Məqaləni oxumaq
|
|
|
“Xalq Yaradıcılığı Paytaxtları” Proqramı davam edir
|
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, o cümlədən milli sənətkarlığın dəstəklənməsinə istiqamətləndirilmiş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində işlər davam edir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, 2011-ci ildə bu layihəyə uyğun olaraq sənətkarlar məskəni olan İsmayıllı “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunub. Bildirilir ki, təsdiq edilən illik tədbirlər planında nəzərdə tutulan təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, info-turların və sair tədbirlərin təşkili bu günədək yüksək səviyyədə həyata keçirilib.
|
02.11.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 20 21 22 23 24 25 26 27 28 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|