Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    II Qaregin: Regionun dini liderlərinin görüşü gözlənilir
    MDB ölkələrinin Dinlərarası Şurası Rəyasət Heyətinin iclası 29-30 noyabr tarixlərində Ermənistanda keçiriləcək. «KƏLAMİNFO»nun «Novosti-Armeniya»ya istinadən yaydığı məlumata görə, bu barədə bütün ermənilərin katalikosu II Qaregin məlumat verib. Qaregin, həmçinin bildirib ki, iclasda Moskva və Bütün Rusiyanın patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə də iştirak edəcək. O bildirib ki, həmin günlər regionun dini liderlərinin Moskva və Bütün Rusiyanın patriarxının vasitəçiliyi ilə görüşü gözlənilir.
    05.11.11 Məqaləni oxumaq
     
    Prezident Azərbaycan xalqını təbrik edib
    Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. “KƏLAMİNFO” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Müqəddəs Qurban bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İslamın bir din kimi tamamlanmasını və hidayət yolu olaraq bəşəriyyətə göndərilməsini özündə ehtiva edən Qurban mərasimləri müsəlmanlara xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın fərəhini yaşatmaqla, insanları sülhə, əmin-amanlığa və qardaşlıq yoluna dəvət edir. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri var. Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
    05.11.11 Məqaləni oxumaq
     
    Həmsədrlər Vyanada ATƏT-in Daimi Şurasında göstərdikləri fəaliyyətə dair illik hesabatla çıxış ediblər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Vyanada ATƏT-in Daimi Şurasında göstərdikləri fəaliyyətə dair illik hesabatla çıxış ediblər. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlər hesabatda qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həlli üzrə səylər kontekstində həmsədrlər hesabat dövrünə aid ötən il ərzində səkkiz dəfə regionda olmuş, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla müxtəlif yerlərdə on dörd dəfə ayrı-ayrılıqda görüşlər keçirib, işğal olunmuş Azərbaycan ərazilərində faktaraşdırıcı missiya tərkibində səfər ediblər. Həmsədrlər həmçinin son 14 ay ərzində qoşunların təmas xəttini dörd dəfə piyada keçməklə, təmas xəttinin region xalqları arasında daimi baryer olmadığını və tərəflər istədiyi təqdirdə atəşkəs rejiminə riayət olunması üçün hərbi koordinasiyanın mümkünlüyünü nümayiş etdiriblər.
    04.11.11 Məqaləni oxumaq
     
    Əli Hüseynli: “Azərbaycan Avropa İttifaqı ölkələrinin inkişaf modelinə üstünlük verir”
    “Avrointeqrasiya Azərbaycanın seçimidir”. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Avropa İttifaqına inteqrasiyada Avronest Parlament Assambleyası və vətəndaş cəmiyyəti qurumlarinin rolu” adlı konfransında çıxışında bildirib.
    04.11.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “İctimai Palatanın müraciəti etikadan kənardır”
    “Azərbaycan dövlətinin başçısı İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində iştirak etmək məsələsi onun öz hüququdur. İctimai Palata adlı bir təşkilatın prezident İlham Əliyevə seçkilərdə növbəti dəfə namizədliyinin irəli sürməməsi ilə bağlı ünvanladığı müraciət ən azı etikadan kənardır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, ölkənin hazırkı başçısı bu hüquqdan yararlanacaq və yaxud yararlanmayacaq, buna artıq o özü qərar verə bilər. “Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın da, əhalinin ən müxtəlif qruplarının da istənilən şəxsin namizədliyini irəli sürməsi hüququ qanunla təsbit olunub. Ona görə bu hüquqdan Azərbaycan xalqı, YAP da istifadə edərək öz qərarını verəcək” - deyə B.Muradova vurğulayıb. Vitse-spiker bəzi müxalif qruplardan verilən bu cür bəyanatların hansısa qərarların qəbuluna təsir edəcəyini düşünmədiyini vurğulayıb.
    04.11.11 Məqaləni oxumaq
     
    Vitse-spiker: Dağlıq Qarabağ münaqişəsinin həllində nüfuzlu din xadimlərinin imkanlarından istifadə etməliyik
    “Dağlıq Qarabağ münaqişəsinin həllində bu gün istənilən nüfuz sahiblərinin imkanlarından istifadə etməliyik, o cümlədən də nüfuzlu din xadimlərinin”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, əgər məqsədimiz münaqişəni dinc yolla həll etməkdirsə, o zaman biz bu imkanlardan da yararlanmalıyıq. “Bu gün danılmaz faktdır ki, Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və digər dini xadimlər bir çox siyasətçilər kimi ciddi nüfuza malikdirlər. Ona görə də biz regionda ciddi münaqişə ocağı olan Qarabağ probleminin həllində bu nüfuzlardan istifadə etməliyik” - deyə B.Muradova vurğulayıb. O, noyabrın sonunda MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda iclasının keçiriləcəyini bildirib. İclasa Rusiya və Qafqaz ölkələrinin dini liderləri ilə yanaşı, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə də dəvət olunub. İclasda həmsədr ölkələrin nümayəndələrinin də iştirakı gözlənilir.
    04.11.11 Məqaləni oxumaq
     
    Kaspi Təhsil Mərkəzi Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək
    Noyabrın 5-i “Hyatt-Regency” otelində Kaspi Təhsil Mərkəzi xaricdə təhsil almaq istəyənlər üçün Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək. “KƏLAMİNFO” xəbər verir ki, Kaspi Təhsil Mərkəzi sərgi ilə bağlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirib. Mərkəzin direktoru Elnur Əliyev bildirib ki, hər il ənənəvi olaraq beynəlxalq sərgi təşkil edirlər. Onun sözlərinə görə, məqsəd Azərbaycan gənclərini, o cümlədən tələbələri bir sıra nüfuzlu xarici universitetlərlə tanış etmək, onlara həmin universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaqdan ibarətdir. Mərkəz direktoru həmçinin bildirib ki, sərginin digər bir məqsədi isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dəstək verməkdir.
    04.11.11 Məqaləni oxumaq
     
    Paytaxtda bir neçə tibb müəssisəsi istifadəyə verilib
    Səhiyyə Nazirliyi tərəfindən paytaxtın 3 saylı Uşaq Xəstəxanası, 3 saylı Uşaq Poliklinikası, 1 saylı Psixiatriya Xəstəxanasının yeni korpusu və 3 saylı Şəhər Klinik Xəstəxanasının nəzdində yeni yaradılmış Psixosomatika şöbəsi açılaraq əhalinin istifadəsinə verilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Açılışları olan müəssisələrin hər biri ən müasir avadanlıqla təchiz olunmuş, burada operativ, yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli imkanlar yaradılıb. Minlərlə əhaliyə xidmət edəcək müəssisələr kimi bu tibb ocaqlarında da yaradılmış şərait müraciət edənlərə daha effektiv tibbi yardım göstərməyə imkan verəcək.
    04.11.11 Məqaləni oxumaq
     
    Türkiyə Qırğızıstana əvəzsiz olaraq 1,7 mln. dollarlıq hərbi texnika və avadanlıq verib
    Türkiyənin hakimiyyət orqanları Qırğızıstanın hakimiyyət orqanlarına əvəzsiz olaraq dəyəri 1,7 mln. dollar olan hərbi texnika və avadanlıq verib. «KƏLAMİNFO» bunu Qırğızıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb. Türkiyə 1992-ci ildən Qırğızıstana hərbi kadrların, eləcə də xüsusi və dağ proqramları üçün mütəxəssislərin hazırlanması üzrə humanitar yardım göstərir.
    04.11.11 Məqaləni oxumaq
     
    Piratlar neft tankerini ələ keçiriblər
    Nigeriya sahilləri yaxınlığında piratlar neft tankerini ələ keçiriblər. Gəminin heyəti isə girov götürülüb. «KƏLAMİNFO»nun RİA «Novosti»yə istinadən verdiyi xəbərə görə, piratlar gəmini tutduqdan sonra Qvineya körfəzinə istiqamət götürüblər. Tanker Maltaya məxsusdur. Gəmi ilə rabitə həftənin əvvəlindən kəsilib.Lakin onun piratlar tərəfindən zəbt olunduğu indi müəyyən olub.
    04.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930