|
Səhifələr : # 1 2 3 4 5 6 #
Hollandiyalı deputat Türkiyəyə və islam dininə qarşı ağır ifadələr işlədib
|
Brüsseldə keçirilən Türkiyə-Avropa Birliyi Birgə Komissiyasının toplantısı hollandiyalı irqçi deputatın provokasiyasına səhnə olub. Viza şərtlərinin yüngülləşdirilməsi və pozitiv gündəmlə bağlı müzakirələrin aparıldığı toplantıda holland deputat Madlener Türkiyəyə və islam dininə qarşı ağır ifadələr işlədib. «KƏLAMİNFO» «Hürriyət»ə istinadən xəbər verir ki, Madlener «Türkiyə Avropa Birliyinə aid deyil, çünki geri qalmış islami ideologiyası var» deyib və islamla demokratiyanın bir araya gələ bilməyəcəyini iddia edib.
Əvvəlki illərdə də toplantılarda provokasiyalara əl atan Madlener daha sonra Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağışa karikatura hədiyyə edəcəyini söyləyərək, kürsüyə tərəf getməyə çalışıb. «Hədiyyəyə ehtiyacımız yoxdur» deyən Egemen Bağış isə hollandiyalı deputata ağır cavab verib. Nazir eyni zamanda irqçilik xəstəliyinə yoluxanları Anadoluya dəvət edib: «Biz onları müalicə etməyə hazırıq».
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Vahid Qəhrəmanov: Miqrantlar Azərbaycanın milli təhlükəsizliyi üçün təhlükə törətmir
|
Azərbaycanda MDB ölkələrindən olan əcnəbi və vətəndaşlığı olmayanlar çoxluq təşkil edir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti idarəsinin rəisi Vahid Qəhrəmanov deyib.
V.Qəhrəmanov vurğulayıb ki, ölkəmizdə Türkiyədən və Avropa İttifaqı ölkələrindən olan əcnəbi və vətəndaşlığı olmayanlar da kifayət qədərdir: “Bunların əksəriyyətini Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olanlar təşkil edir”.
Onun sözlərinə görə, ölkəmizdə miqrasiya sisteminin nəzarətdə saxlamaq üçün Vahid Miqrasiya Məlumat Sistemi yaradılıb və bu sistem vasitəsi ilə miqrantlar üzərində tam nəzarət həyata keçirilir.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda işləyən əməkçi miqrantlarla bağlı kvota artacaq
|
Azərbaycanda işləyən əməkçi miqrantların sayı 9 minə yaxındır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi müavini Rauf Tağıyev deyib.
R.Tağıyev bildirib ki, Azərbaycanda işləyən əməkçi miqrantların sayı ilə bağlı müvafiq qanunvericilik əsasında kvota müəyyənləşdirilib və bu rəqəm həmin kvotaya əsasən reallaşıb. Onun sözlərinə görə, növbəti ildə isə Azərbaycanda işləyən əməkçi miqrantlarla bağlı kvota artacaq: “Çünki növbəti il üçün Azərbaycanda böyük layihələr, o cümlədən stadion tikilir, “Avrovision-2012”nin keçirilməsi üçün kompleks və digər iri obyektlər inşa edilir. Ona görə də artım bu kimi tikinti sektorunun hesabına olacaq” deyən R.Tağıyev kvotanın nə qədər olacağı barədə məlumata malik olmadığını söyləyib.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Mətbuat Şurasının sədri jurnalistlərin nəqliyyat vasitələrində pulsuz istifadəsi təşəbbüsünü irəli sürür
|
“Artıq bir vaxtlar olduğu kimi bu gün də Azərbaycanda jurnalistlərin nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrini gündəmə gətirmək lazımdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O, qeyd edib ki, bir vaxtlar təkcə jurnalistlər üçün deyil, müəyyən qrup insanlar üçün nəqliyyat vasitələrindən istifadə pulsuz idi. “Sonralar o qrup insanlardan, o cümlədən jurnalistlərdən bu güzəştlər geri alındı. Amma ölkəmizdəki inkişafı nəzərə alaraq bu məsələni gündəmə gətirmək lazımdır”,-deyə Ə.Amaşov vurğulayıb.
Şura sədri onu da deyib ki, bununla bağlı müxtəlif kütləvi informasiya vasitələri də lazımi qurumlarla əlaqə saxlayaraq, müəyyən razılıq əldə etməlidirlər. “Bu məsələ mütəmadi olaraq, Şuranın gündəmindədir. Bununla bağlı müvafiq qurumlara müraciətlər də etmişik”,-deyə o, əlavə edib.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
İlqar Məmmədov: “Azərbaycan “Avropa Sosial Xartiyası”nın tam tətbiqinə çalışır”
|
İndiyə qədər “Avropa Sosial Xartiyası”nın icrası ilə bağlı Azərbaycan 4 məruzə hazırlayıb təqdim edib. “KƏLAMİNFO” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Məmmədov deyib. Onun sözlərinə görə, xartiyanın icrası ilə bağlı Azərbaycanda ciddi irəliləyiş var.
İ.Məmmədov bildirib ki, “Avropa Sosial Xartiyası”nın tətbiqi ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır və dinləmələr keçirilir: “Azərbaycanda sosial-iqtisadi islahatlar elə sürətlə gedir ki, biz artıq xartiyanın yeni maddələrinə qoşulmağa hazırlaşırıq. Hazırda əlillərin ictimai inteqrasiyası və əməkçi miqrantların hüquqları ilə bağlı iki maddənin Azərbaycan tərəfindən ratifikasiya edilməsi müzakirə olunur”. Nazir müavini bildirib ki, Azərbaycan tədricən xartiyanın tam tətbiqinə nail olacaq.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Bakının bir neçə rayonunda su kəsiləcək
|
Bu gün və sabah Bakının bir neçə rayonunda suyun verilişində fasilələr olacaq. “KƏLAMİNFO”ya “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin Mətbuat prospektindən M.Müşfiq küçəsinə qədər çəkilmiş magistral kəmərə qoşulması işləri aparılır. Bununla əlaqədar noyabrın 30-u və dekabrın 1-də Bakının Yasamal, həmçinin Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Əflatun Amaşov: “Azərbaycan jurnalistikasında xidməti olan bütün insanlar siyahı əsasında ev alacaqlar”
|
“Azərbaycanda mətbuat sahəsində zəhməti olan bütün jurnalistlər ev ilə təmin olunacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Şura sədri qeyd edib ki, bu işin icrası ilə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu məşğul olur və oradan daxil olan məlumata görə bununla bağlı bütün sənədlər hazırdır. “Çox yaxın vaxtlarda jurnalistlər üçün binanın tikintisinə başlanılacaq”,-deyə Ə.Amaşov vurğulayıb. Onun sözlərinə görə, evlərin jurnalistlər arasında bölünməsi ilə bağlı hələ ki, siyahı hazır deyil. “Bölgü ilə bağlı hələ ki konkret kriteriyalar müəyyənləşməsə də onu deyə bilərəm ki, Azərbaycan jurnalistikasında xidməti olan bütün insanlar siyahı əsasında həmin binadan ev alacaqlar”,-deyə o, əlavə edib. Bir binada 100-ə yaxın evin olacağını deyən Ə.Amaşov bildirib ki, hazırlanacaq siyahı kifayət qədər şəffaf olacaq. “Mətbuatda xidməti olan jurnalistlərin hamısının adı bu siyahıya düşəcək”,-deyə o, vurğulayıb.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Mətbuat Şurası jurnalistlər üçün yeni Tədris Proqramını təqdim etdi
|
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığının artırılması məqsədilə tədris proqramının hazırlanması” layihəsi çərçivəsində “Ekoloji sabitlik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda” Tədris Proqramının təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, təqdimat Mətbuat Şurası, UNESKO üzrə Azərbaycan Milli Komissiyası, UNSEKO-nun Moskva ofisi, UBESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və layihənin koordianatoru olan Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən təşkil olunub.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Ramil Həsənov ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edəcək
|
TÜRKPA baş katibi Ramil Həsənov 6-7 dekabr tarixlərində Litvanın sədrliyi ilə paytaxt Vilnüs şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər.
Ümumilikdə 56 ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyi toplantıda 200-dən artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı nəzərdə tutulub. Səfər çərçivəsində TÜRKPA baş katibinin Qazaxıstan, Qırğızıstan və Türkiyə xarici işlər nazirləri, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı ilə görüşü nəzərdə tutulub.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı deputatlar Rusiyada keçirləcək seçkiləri izləyəcəklər
|
Dekabrın 4-də Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin bir qrup deputatı Moskva və Sankt-Peterburq şəhərlərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Azay Quliyev ATƏT Parlament Assambleyasının, deputatlar Sabir Hacıyev, Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcəklər. Millət vəkilləri Elton Məmmədov, Mirkazım Kazımov, Ərəstun Cavadov, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyanın, Elmira Axundova, Fuad Muradov isə MDB İcraiyyə Komitəsinin müşahidəçilər qrupunun tərkibində prosesə qatılacaqlar. Milli Məclisin üzvləri seçki məntəqələrində olacaq, səsvermənin gedişini müşahidə edəcəklər.
Səfər dekabrın 5-də başa çatacaq.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|