Vitse-spiker: “Azərbaycanlı və erməni icmasının görüşü danışıqlara nativ ola bilməz”
|
Dağlıq Qarabağın Azərbaycanlı və erməni icmasının görüşü danışıqlara nativ ola bilməz. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova söyləyib.
“Gələcəkdə icmaların birgə yaşayışı müzakirə oluna bilər. Ermənistan tərəfi bu görüşün əhəmiyyətsiz olması barədə fikirlər səsləndirir. Amma bu o qədər də vacib deyil. Biz görüşün baş tutmasına nail olmalıyıq” - deyə o qeyd edib. Bahar Muradova həmçinin dini rəhbərlərin görüşü məsələsinə də münasibət bildirərək deyib ki, danışıqların formatına zərər gətirməyən istənilən görüşün tərəfdarıdır.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
“ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi bir fikirdir”
|
ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi bir fikirdir və bu fakt deyil. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə əsasən, Avropa İttifaqının münaqişənin həllinə nail olmaq fikri varsa, bu Fransanı əvəzlənmədən də baş verə bilər. “Ötən müddət ərzində bu üç dövlət müəyyən təcrübə əldə edib. Bu məsələ ilə tanış olmayan bir dövlətlə əvəzlənmə müəyyən problemlər yarada bilər. Minsk qrupuna üzv dövlətlər İtaliya da daxil olmaqla bu prosesə aktiv qoşulmaq istəyirlər. Mən bu çərçivənin genişlənməsinin onların bu prosesə qoşulmasının tərəfdarıyam”,-deyə B.Muradova əlavə edib.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
Azay Quliyev: “Bəzən QHT-lər təklif etdiyimiz mövzuları qavramadan layihə təqdim edirlər”
|
“Hər il elan etdiyimiz müsabiqələrin yekunlarını müzakirə edirik, verilən təklifləri araşdırırıq. QHT-lər ildən-ilə şuranın layihələrin icrasına dair tövsiyələri daha çox icra edirlər. Bununla belə, problemlər hələ də qalır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev 2012-ci ildə maliyyə yardımı müsabiqəsinin mövzularının müzakirəsinə həsr olunmuş konfransdakı çıxışı zamanı deyib: “Bəzən QHT-lər təklif etdiyimiz mövzuları qavramadan layihə təqdim edirlər. Bu, daha çox təhsil və ekologiya ilə bağlı mövzularda özünü büruzə verir. Digər istiqamətlərdə də var belə problemlər. Məsələn, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı təklif etdiyimiz mövzu üzrə gələn təkliflərin 90 faizi kitab nəşri və sayt yaratmaqla bağlıdır”.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
Valeh Ələsgərov: “Elmə nə qədər pul xərcləsək də xeyri yoxdur”
|
“İndiki zamanda ölkəmizdə elmə nə qədər pul xərcləsək də xeyri yoxdur. Çünki bunun əvəzində heç nə əldə etməyəcəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov bildirib. O qeyd edib ki, bu gün dünyanın aparıcı elmi-tədqiqat müəssisələri öz məhsullarını bazara çıxarmaqla milyardlarla pul qazanırlar və demək olar ki, özlərini maliyyələşdirirlər. “Məsələn, riyaziyyatı götürün, Lütfü Zadəni götürün və sair bu kimi misallar var. Lütfü Zadənin 5 nəzəriyyəsi var. Onlar olmasaydı, bugünkü kommunikasiya vasitələri olmazdı. Ona görə də nəticə alaraq bu işləri görmək lazımdır. Biz hətta təhsil sahəsində nə alacağıq onu düşünməliyik” - deyə V.Ələsgərov vurğulayıb. O bildirib ki, büdcədən ayrılan vəsaitlərə görə universitetlər və elmi tədqiqat mərkəzləri özlərində ciddi məsuliyyət hiss etməlidirlər.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
Qanun qəbul olunarsa, dövlət QHT-lərə sifariş verə biləcək
|
QHT-lərə Dövlət Dəstəyi Şurası hazırda 4 qanun layihəsi üzərinə işləyir ki, bunlardan biri də “Sosial sifariş haqqında” qanundur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Şuranın sədri Azay Quliyev deyib.
Onun sözlərinə görə, qeyd olunan qanun layihəsi qəbul olunarsa hökumət QHT-lərə büdcədən birbaşa maliyyələşmə şərti ilə layihələr sifariş edə biləcək. Şura sədrinin sözlərinə görə, bu, QHT-lərə institusional dəstəklə bağlıdır.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
Nazarbayev parlamenti buraxdı
|
Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin alt palatası - Məclisin buraxılması barədə fərman imzalayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, erkən seçkilər 2012-ci il yanvarın 15-nə təyin olunub.
Qazaxıstan parlamentinin alt palatasının 107 deputat mandatı var. Deputatlar 5 il müddətinə seçilir.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
Turki əl-Feysəl: “İrana hərbi müdaxilə axmaqlıqdır”
|
Səudiyyə Ərəbistanı kəşfiyyat idarəsinin keçmiş rəisi şahzadə Turki əl-Feysəl İrana bu ölkənin nüvə proqramı ilə bağlı təzyiqlərin və sanksiyaların tətbiqini dəstəkləyir. Lakin əlavə edib ki, onlar hərbi müdaxilənin əleyhinədirlər. «KƏLAMİNFO” TRT-nin rus xidmətinə istinadən xəbər verir ki, bir vaxtlar ABŞ-da səfir olmuş Turki Vaşinqtonda jurnalistlər deyib: «Hərbi müdaxilə axmaqlıqdır və neqativ nəticələrə gətirib çıxaracaq. Bu, İranın nüvə silahı istehsal etmək istəyini gücləndirəcək». O bildirib ki, İranın beynəlxalq öhdəlikləri necə yerinə yetirməsini nəzərdə tutan qətnamə layihəsini BMT TŞ-yə təqdim ediblər.
Bu arada isə İranın İsfahan şəhərinin yüzlərlə sakini nüvə proqramına dəstək məqsədilə uranın zənginləşdirilməsini həyata keçirən zavodun ətrafında canlı sədd təşkil ediblər.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
Erkən nikah bəlası
|
Jurnalist xanımlar nə düşünür...
Bu gün Azərbaycan qadınlar arasında geniş yayılan erkən nikah kimi bəladan əziyyət çəkir. 2010-cu ilin oktyabr ayında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirilib. Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılıb və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunub. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha giriblər.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan folkloru Avropada tanıdılır
|
Dekabrın 21-i AMEA Folklor İnstitutunda “Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA Folklor İnstitutundan veriblər.
Konfransın keçirilməsində məqsəd Azərbaycan folklorunun Avropa sivilizasiyası kontekstinə çıxarılması məsələsinin müəyyənləşdirilməsi, nəzəri və praktiki tərəflərin aşkarlanması, folklorumuzun tanıdılmasının genişləndirilməsindən ibarətdir.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
Yunanıstanda yeni baş nazirə etimadla bağlı səsvermə olacaq
|
Yunanıstanın yeni baş naziri Lukas Papadimos təyinatından sonra ilk dəfə parlament qarşısında çıxış edib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o bildirib ki, qarşıda duran əsas vəzifə ölkəni böhrandan çıxarmaqdır. Yeni baş nazir görüləcək işlərin çox olduğunu deyib.
Noyabrın 16-da Yunanıstan parlamentində yeni baş nazirə etimadla bağlı səsvermə keçiriləcək.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
|