|
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə səsvermə başlayıb
|
Azərbaycanda bu gün səhər saat 08:00-da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə səsvermə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, 330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür.
Namizədlərdən 305-i (19,69%) qadınlardır. Namizədlərin 673 nəfəri (43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri (0,38) natamam ali təhsillidir.
Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb - Yeni Azərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyaları. Namizədlərdən 709 nəfəri bitərəfdir. Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.
|
01.12.11 Məqaləni oxumaq
|
|
|
Minsk Qrupunun yeni həmsədri Jak For prezident İlham Əliyevə təqdim olunub
|
Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Fransadan olan sabiq həmsədr Bernar Fasyeni və yeni həmsədr Jak Foru, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
|
01.12.11 Məqaləni oxumaq
|
|
|
Dünyanın ən güclü müsəlmanları
|
Əmmandakı Kral İslam Strateji Araşdırmalar Mərkəzi ən güclü müsəlmanların siyahısını dərc edib. «KƏLAMİNFO» «CNN Turk»ə istinadən xəbər verir ki, ilk 50 nəfərlik siyahıya Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz əs-Səud başçılıq edir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan üçüncü, prezident Abdulla Gül isə 27-ci olub. İranın dini lideri Ayətullah Əli Xameneyi 5-ci yerdə qərar tutub. Siyahının ilk onluğunda «Müsəlman qardaşları» Birliyinin lideri Məhəmməd Badiyenin, iranlı din xadimi Seyid Əli Sistaninin də adı var. Siyahıda bütövlükdə 500 nəfərin adı var. Fətullah Gülən sırada 15-ci olub. «Röyters»in əməkdaşı Tom Heneqen Ərdoğanın birinci olmamasından təəccübləndiyini yazıb.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
|
Dekabrın 1-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Konya şəhərinin Selcuk Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev “Dağlıq-Qarabağ münaqişəsi və onun həlli yolları”, millət vəkili Fazil Mustafa “Azərbaycan və Türkiyənin erməni problemi və atılacaq birgə addımlar”, APA-nın baş direktoru Vüsalə Mahirqızı “Türkiyə-Azərbaycan münasibətlərində mətbuatın rolu”, Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndəsi Rəşad Rəsullu isə “Türkiyə-Azərbaycan arasında iqtisadi əlaqələr” mövzularında məruzələrlə çıxış edəcəklər.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Yazıçılarımız “Belaya Veja” jurnalında
|
Azərbaycan yazıçılarının əsərləri Belarus-Rusiya İttifaq Dövləti Yazıçılar Birliyinin “Belaya Veja” jurnalında çap ediləcək. “KƏLAMİNFO”nun məlumatına görə, ölkəmizin Minskdəki səfiri İsfəndiyar Vahabzadənin Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinetslə görüşündə bu barədə razılığa gəlinib. İki ölkə arasında mədəni əlaqələrin inkişafına dair söhbətlərin yer aldığı görüşdə N.Çerqinets səfirimizin elmi təcrübəsini nəzərə alaraq, onun Belarus Yazıçılar İttifaqına və “Belaya Veja” jurnalının redaksiya heyətinə üzv qəbul edilməsini təklif edib. Birgə layihələrin həyata keçirilməsinin önəmindən danışılarkən İ.Vahabzadə təklifi qəbul eidb və jurnalında Azərbaycan yazıçılarının əsərlərinin dərc edildiyi təqdirdə iki ölkə arasında mədəni əlaqələrimizin inkişafına təkan verəcəyi vurğulanıb.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-ın vitse-prezidenti Co Bayden İraqa gedib
|
Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden İraqa gözlənilməz səfər edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, onun ölkə rəsmilərilə aparacağı danışıqlarda iki ölkə arasındakı münasibətlərin gələcəyi müzakirə olunacaq. ABŞ ordusu bu ilin sonunadək İraqı tərk etməlidir.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Böyük Britaniya İrana qarşı cavab tədbiri görəcək
|
Böyük Britaniya Tehrandakı səfirliyinə hücumla bağlı İrana xəbərdarlıq edib. Britaniyanın baş naziri Devid Kemeron baş verənlərə görə ölkəsinin cavab tədbirləri görəcəyini bildirib. Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında isə səfirliyə hücumun heç bir məntiqə sığmadığı bildirilir. «KƏLAMİNFO» «İTAR TASS»a istinadən xəbər verir ki, İran hökumətindən bu cür hərəkətlərin qarşısını almaq və beynəlxalq qanunlar əsas gətirilərək səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək tələb olunub. İranın Xarici İşlər Nazirliyi isə baş verənlərdən təəssüfünü bildirib.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Misirdəki qarşıdurmalarda 80-ə yaxın adam yaralanıb
|
Misirin paytaxtı Qahirədə parlament seçkiləri keçirilən iki gün ərzində qarşıdurmalar olub. Qarşıdurmalarda 80-ə yaxın adam yaralanıb. «KƏLAMİNFO» «Reuters» agentliyinə istinadən xəbər verir ki, Təhrir meydanında radikal əhval-ruhiyyəli gənclər yandırıcı maddələrdən istifadə ediblər.
Artıq 11-ci gündür ki, Hərbi Şuranın hakimiyyətdən getməsi tələbi ilə etirazçılar Təhrir meydanında oturaq aksiya keçirirlər. Bu gün səsvermənin ilkin nəticələrinin elan olunacağı gözlənilir.
Misirdəki üç mərhələli parlament seçkiləri mart ayında sona çatacaq. Bundan sonra prezident seçkisi olacaq.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Qəddafinin qızı liviyalıları hökuməti devirməyə çağırdı
|
Liviyanın keçmiş lideri Müəmmar Qəddafinın qızı Aişə Qəddafi liviyalıları Milli Keçid Şurasını devirməyə çağırıb. «KƏLAMİNFO»nun məlumatına görə, «Assoşieyted Press» bu barədə məlumatı Suriyanın «Ər-Ray» telekanalına istinadən yayıb. «Mənim atam sizləri tərk etməyib. O, hər zaman bizlərlədir. Onun əmrlərini yaddan çıxarmayın. Siz onun səsini eşitməsəniz belə, mübarizə aparmalısınız» - deyə Aişə atasının 40 mərasiminin başa çatması ilə bağlı bildirib.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
Ermənilərin 40 faizi ölkədən gedir
|
Erməni Sosioloji Assosiasiyasının xəbərinə görə, ölkədə miqrasiyanın göstəricisi 40 faiz təşkil edir. Assosiasiyanın sədri Qevorq Poqosyan bildirib ki, bu gün Ermənistanın qarşısında duran əsas məsələ demoqrafiya məsələsidir: «Bu, adi miqrasiya deyil, bu, erməni əhalisinin gedişidir». «KƏLAMİNFO» «LRAGİR» portalına istinadən xəbər verir ki, Poqosyan bildirib ki, miqrantlar hər bir ölkədə var və bu normaldır: «Lakin əhalinin 30 faizi gedirsə, bu, nəticə deməkdir». Onun sözlərinə görə, doğumun səviyyəsi 2 dəfə aşağı düşüb və ailələrin də sayı azalıb. «Əgər biz yol tikintisi, orduya investisiya üçün pul tapa biliriksə, doğumun səviyyəsinin artmasına da pul tapa bilərik» - deyə o, əlavə edib.
Miqrasiyanı doğuran problem kimi təhsil almaq, işsizlik və iqtisadiyyatın ağır vəziyyəti də göstərilir.
|
30.11.11 Məqaləni oxumaq
|
|
|
|
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|