Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Hillari Klinton London və İstanbul səfərlərini təxirə salıb
    ABŞ dövlət katibi Hillari Klinton London və İstanbula səfərlərini təxirə salıb. В«KƏLAMİNFOВ» В«BBCВ»yə istinadən xəbər verir ki, Dövlət Departamentinin məlumatında Klintonun bu addımı anasının xəstə olması ilə izah edilib. Klintonun anası 92 yaşlı Doroti Rodxem Xouellin səhhəti ilə bağlı məlumat verilmir. Klinton bu gün Londonda kibertəhlükəsizliklə bağlı konfransda iştirak etməli idi. Sabah isə İstanbulda Əfqanıstanda təhlükəsizliklə bağlı regional konfrans keçirilməli idi.
    01.11.11 Məqaləni oxumaq
     
    Musa Qasımlı: “Prezidentlərin razılaşdıra bilmədiyi məsələləri dini liderlərin razılaşdırması inandırıcı deyil”
    “Qarabağ münaqişəsi yaranandan bəri Azərbaycanın və Ermənistanın dini rəhbərləri dəfələrlə görüşüblər. Bu görüşlər münaqişənin həllində hansısa irəliləyişlərə gətirməsə də, müəyyən faydası olub”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, ekspert Musa Qasımlı bildirib.
    01.11.11 Məqaləni oxumaq
     
    Ekspertlər İtaliyada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
    Noyabrın 2-5-i tarixlərində Kadenabiada (İtaliya) Konrad Adenaur Fondunun təşkilatçılığı ilə “Cənubi Qafqaz müstəqilliyinin 20 ilində: çağırışlar və perspektivlər” adlı beynəlxalq konfrans keçiriləcək. Müzakirələrdə iştirak edəcək Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Rəşad Kərimov konfransda “Cənubi Qafqazın inkişafının geosiyasi ssenariləri” mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən məlumat verilib. Azərbaycan, Gürcüstan, Ermənistan və müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı ilə keçiriləcək konfransda Cənubi Qafqaz regionunun geosiyasəti, Dağlıq Qarabağ və digər regional münaqişələr, böyük güclərin bu bölgədəki maraqları, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələləri və regionun inkişaf ssenariləri konfransda müzakirə olunacaq.
    01.11.11 Məqaləni oxumaq
     
    Türkiyənin ədliyyə nazirinin Azərbaycana səfəri başlayıb
    Türkiyənin ədliyyə naziri Sadullah Ergin bu gün Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə “KƏLAMİNFO”ya Ədliyyə Nazirliyindən məlumat verilib. S. Erginin bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşü olacaq. Görüşdə qarşılıqlı əməkdaşlığın mövcud durumu, gələcək perspektivlər və digər müvafiq məsələlər müzakirə ediləcək. S. Ergin həmçinin Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Ali Məhkəmənin sədri Ramiz Rzayevlə də görüşəcək. Səfər noyabrın 4-də başa çatacaq.
    01.11.11 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti Mərakeşdə BMT-nin Korrupsiyaya qarşı sessiyasında iştirak edib
    Mərakeş Krallığının Mərrakeş şəhərində BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 4-cü sessiyası keçirilib. Konfransda Konvensiyaya tərəf 154 dövləti, həmçinin müşahidəçi statusuna malik dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarını təmsil edən 1600-dən çox nümayəndə iştirak edib. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada Azərbaycanı Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokurorun müavini Namiq Əsgərov, Azərbaycanın Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev təmsil ediblər.
    01.11.11 Məqaləni oxumaq
     
    Prezident Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak edib
    Prezident İlham Əliyev bu gün Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılıb. Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına xəstəxanada görülmüş işlər barədə məlumat verib. Bildirib ki, xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanıb. Binada yüksək səviyyədə təmir-bərpa işləri görülüb. Müasir avadanlıqla təchiz edilmiş 100 çarpayılıq bu müalicə müəssisəsində xəstələrə 80-ni həkim olmaqla 200-dən çox tibbi heyət xidmət göstərəcək. Prezident İlham Əliyev xəstəxananın şöbələrində və palatalarında yaradılmış şəraitlə tanış olub. Görülmüş işlərdən razılığını bildirən Azərbaycan Prezidenti tapşırıq və tövsiyələrini verib.
    01.11.11 Məqaləni oxumaq
     
    Bakıda birinci Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir
    Bu gün Bakıda birinci Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, bu festival Azərbaycan teatr tarixində ilk dəfədir baş tutur. “Azərbaycan teatr tarixində yenilik olan bu festival çərçivəsində 22 tamaşa göstəriləcək. Festivalda iştirak etmək üçün Azərbaycana dünyanın 16 ölkəsindən nümayəndə gəlib”,-deyə o əlavə edib. Nazir müavininin sözlərinə əsasən, festival çərçivəsində Azərbaycan teatrları dünyanın müxtəlif teatr assosiasiyalarına üzv olacaq. Beynəlxalq Kukla Teatrları Assosiasiyası- UNİMA-nın vitse-prezidenti Donislav Dubrava 75 ölkəni əhatə edən UNİMA-nın Azərbaycan teatrları ilə də əməkdaşlıq etməyi yüksək qiymətləndirib.
    01.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Noy.2011
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930