Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2011
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Ağ evə atəş açılıb
    Vaşinqtonda Ağ evə atəş açılıb. ABŞ prezidentinin mühafizəsini təşkil edən Məxfi Xidmətin verdiyi məlumata görə, güllələrdən biri Ağ evin pəncərəsinə doğru atılıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, pəncərənin gülləkeçirməz şüşələri onun qarşısını alıb. İkinci güllə isə binanın divarlarına dəyib. Məxfi xidmət bunun ötən həftə Ağ ev qarşısında baş verən atışma ilə əlaqəsi olmadığını bildirib. O zaman bəlli olmuşdu ki, atəş Kalaşnikov avtomatından atılıb. Bununla bağlı 21 yaşlı Oskar Ramiro Orteqa Ernandes adlı şəxs həbs edilib.
    18.11.11 Məqaləni oxumaq
     
    Şəmsəddin Hacıyev: “Təhsil xərclərinin artırılması bu sahədə irəliləyişlərə səbəb olacaq”
    Bu gün Milli Məclisin Elm və Təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, İnsan haqları, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, komitələrin birgə iclasında 2012-ci il dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılıb. İclasda Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, büdcədə nəzərdə tutulan hədəflər geniş miqyaslıdır və bu, Azərbaycan dövlət quruculuğunda ciddi təkanlar yaradacaq. “Xüsusilə elmə və təhsil sahəsində xərclərin artırılması bu sahənin inkişafında irəliləyişlərə səbəb olacaq” - deyə komitə sədri vurğulayıb. İclasda maliyyə naziri Samir Şərifov büdcə haqqında məlumat verərək deyib ki, mütləq ifadədə gələn ilin dövlət büdcəsinin xərcləri ümumilikdə 16 mlrd. 984 mln. manat olacaq ki, bu da 2011-ci illə müqayisədə 6,5 faiz çoxdur. “Xərclərin 51,8 faizi cari xərclərə, 46,1 faizi əsaslı xərclərə, 21,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəlib.
    18.11.11 Məqaləni oxumaq
     
    Səməd Seyidov: "Azərbaycanı siyasi məhbus məsələsi ilə bağlı hədəf seçmək mümkün deyil”
    Azərbaycan artıq AŞ PA-nın Hüquq komitəsində siyasi məhbus məsələsi ilə bağlı konkret mövqeyini bildirib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O qeyd edib ki, bu mövqe də Avropa Şurasında çox normal mövqe kimi nəzərə alınıb. “Hesab edirəm Avropa Şurası ilə Azərbaycan arasında hansısa problemlərin mövcudluğu barəsində deyilənlər reallığı əks etdirmir. İkitərəfli əməkdaşlıqda da hər gün, hər saat biz öz mövqeyimizi konkret şəkildə ortaya qoymaq iqtidarındayıq və bunu da edirik. Biz dəfələrlə demişik ki, Azərbaycana qarşı ikili standartlar məqbul sayıla bilməz və getdikcə də mövqeyimiz AŞ-də çox düzgün başa düşülür.
    18.11.11 Məqaləni oxumaq
     
    Prezident Qaxda su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib
    Prezident İlham Əliyev Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan prezidenti Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin planına baxıb. Məlumat verilib ki, Qax şəhəri, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əsasən, burada ilkin mərhələdə tutumu min kubmetr olan su anbarı inşa ediləcək. Sonrakı mərhələlərdə isə 500 kubmetrlik bir neçə su anbarı tikiləcək, kanalizasiya xətləri çəkiləcək. Qaxbaşı su anbarına Hamamçay körpüsünün yaxınlığındakı üç bulaqdan 8 min 300 metr uzunluğunda polietilen borularla su xətti çəkiləcək. Beş hektar ərazidə sutəmizləyici qurğu inşa olunacaq.
    18.11.11 Məqaləni oxumaq
     
    İlham Əliyev Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
    Prezident İlham Əliyev bu gün Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, mərkəzin eskiz layihələri ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzi bir hektara yaxın ərazidə inşa olunacaq. Tikinti işlərinin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulub. Sahəsi 2 min kvadratmetrə qədər olacaq əsas binada bir böyük konfrans zalı, eksplikasiya salonları, sinif otaqları və mini konfrans zalı da fəaliyyət göstərəcək. Layihəyə əsasən mərkəzin mühəndis-kommunikasiya sistemi də ən müasir standartlara cavab verəcək. Mərkəzin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Qeyd olunub ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə və respublikamızın regionlarına səfərlərini əks etdirən fotoguşə yaradılacaq. Burada xarici dil, rəsm dərnəkləri və ən müasir avadanlıqla təchiz edilən xidmət otaqları fəaliyyət göstərəcək.
    18.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanla Mərakeşin mədəniyyət və turizm sahəsində yeni layihələr gözlənilir
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeşin Xarici Əlaqələr üzrə Dövlət katibi Lətifə Axerbaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ə.Qarayev bu ay Azərbaycanda keçirilən Mərakeş Mədəniyyət Günlərini xatırlayaraq növbəti ildən etibarən hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi üçün razılıq əldə olunduğunu qonağın diqqətinə çatdırıb. Söhbət əsnasında həmçinin Azərbaycan Prezidenti tərəfindən əsası qoyulmuş Bakı Prosesinin əhəmiyyətindən söz açılıb. Xanım L.Axerbaş öz ölkəsi üzrə Sivilizasiyalar Alyansının əlaqələndiricisi olduğunu qeyd edərək, Bakı Prosesini dəstəklədiklərini və Azərbaycanın bu prosesdə rolunun dünya üçün vacib olduğunu diqqətə çatdırıb.
    17.11.11 Məqaləni oxumaq
     
    Türkiyə parlamentində qadınlar dava etdi
    Türkiyə parlamentində dava düşüb. Bu dəfə insidenti kişi deputatlar deyil, qadınlar törədib. «KƏLAMİNFO» «CNN-Turk» telekanalına istinadən xəbər verir ki, zərif cinsi təmsil edən deputatları kişilər ayırmalı olub. Daxili işlər naziri İdris Naim Şahin parlamentdə çıxış edən zaman kürdyönümlü «Barış və demokratiya» partiyasını kəskin tənqid edib və onun üzvlərini kafir adlandırıb. Bu isə kürdyönümlü qadın deputatları özündən çıxarıb. Onların nazirə etirazı zalda narazılıq yaradıb. Hakim partiyanın parlament fraksiyasının vitse-sədri Ayşenur Bağçaqapalı kürd deputatlar Pərvin Buldan və Səbahət Tunceliyə qarşı güc tətbiq edib.
    17.11.11 Məqaləni oxumaq
     
    Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərin yağış suları ilə dolması barədə məlumat yayıb
    Fövqəladə Hallar Nazirliyi Salyan və İmişli rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması barədə məlumat yayıb. “KƏLAMİNFO” FHN-ə istinadən xəbər verir ki, son günlər respublika ərazisində hava şəraitinin dəyişməsi və yağışların yağması səbəbindən Salyan və İmişli rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub. FHN-nin hadisə rayonlarına cəlb olunan xilasediciləri və texnikasının köməkliyi ilə həmin ərazilərin yağış sularından təmizlənməsi işi davam etdirilir.
    17.11.11 Məqaləni oxumaq
     
    Distant təhsillə bağlı müzakirələr aparılıb
    Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov “Kavrakoğlu” şirkətinin baş proqram mütəxəssisi Berain Gün, proqramın yaradıcısı Hakan Atan və baş menecer Zeki Günlə görüşüb. Görüşdə rektor qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Təhsil Nazirliyinin nümayəndəsi Ayaz Abuşov bildirib ki, görüşün məqsədi “Təhsil müəssisələrində distant təhsil”in necə həyata keçirilməsi ilə bağlı “Kavrakoğlu” şirkətinin hazırladığı layihənin təqdim edilməsidir. H.Atan layihə ilə bağlı təqdimat edib, proqramın bütün incəliklərini iştirakçıların diqqətinə çatdırıb. O, təqdim olunan proqram vasitəsilə universitetlərin tədris planının hazırlanması, eyni zamanda, tələbələrin qeydiyyatının aparılma qaydaları barədə məlumat verib. Sonra isə proqram barədə fikir mübadiləsi aparılıb. Sonda rektor S.Seyidov təqdim olunan proqramın gələcəkdə bir çox ali məktəbdə istifadə olunacağına əminliyini ifadə edib.
    17.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanda 1 279 422 nəfər əmək pensiyaçısı var
    Bu ilin oktyabrına olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 279 422 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, cəmi əmək pensiyası alan şəxslərin 496 248 nəfəri kişi, 783 174 nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 330 828 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 815 239 nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 133 355 nəfərdir. Bu ilin 3-cü rübü ərzində yeni təyin olunmuş əmək pensiyaçılarının sayı 10 038 nəfər təşkil edib. Rüb ərzində yeni təyin edilmiş pensiyaların orta aylıq məbləği isə 163,9 manat olub. Əmək pensiyasının 3 növü var - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə.
    17.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Noy.2011
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930