Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  20 21 22 23 24 25 26 27 28  #
    Sağlam ailə modeli
    “Ailə kiçik cəmiyyətdir. Tikilən binaya oxşayır, təməli necə qoyulursa elə də davam edir. Ailə qurarkən ilk növbədə seçdiyimiz insanı nəzərdən keçirməliyik. Düzgün insan olmasa o da, gec-tez fəsad törədəcək”. Bu fikirlər zaman-zaman müdriklərin dilindən səslənib. Gerçək həyatda isə öz əksini tapıb. Elə əzəldən Azərbaycanda ailə anlayışına ciddi yanaşılıb. Ailə müqəddəs sayılıb. Onun əmələ gəlməsi və möhkəm olması böyük məsuliyyət hesab olunub. Ekspertlər cəmiyyətin möhkəmliyinin, davamlılığının, ailələrin sabitliyindən, mənəvi kamilliyindən asılı olduğunu sübuta yetiriblər. Bu mənada ailələrin yarandığı ilk çağlardan etibarən cəmiyyətin ağıllı insanları, ağsaqqalları və ağbirçəkləri həmişə ona böyük önəm veriblər.
    12.10.11 Məqaləni oxumaq
     
    Sarkisyan ordudakı vəziyyətə görə istefaya getməlidir
    Ermənistanın ali baş komandanı Serj Sarkisyan istefaya getməlidir. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözlər Ermənistanın bir neçə hüquq-müdafiə təşkilatının yaydığı bəyanatda öz əksini tapıb. Onlar prezidenti bu addımı erməni ordusunda yaranmış gərgin vəziyyət, o cümlədən hərbçilərin həlak olması səbəbindən atmalı olduğunu bildiriblər. «Serj Sarkisyan ordudakı yaranmış vəziyyətlə bağlı məsuliyyət daşıdığını hiss etmir. Ondan köklü islahatlar gözləmək faktiki olaraq mənasızdır. Bu səbəbdən də biz onu dərhal tutduğu vəzifədən istefa verməyi tələb edirik» - deyə hüquq müdafiə təşkilatlarının bəyanatında bildirilib.
    12.10.11 Məqaləni oxumaq
     
    “Azərbaycanlı Qadınlar” Cəmiyyəti Finlandiya Azərbaycan Assosiasiyasına üzv oldu
    Finlandiyada yeni təsis olunmuş “Azərbaycanlı Qadınlar” Cəmiyyəti Helsinkidə keçirilən toplantıda Finlandiya Azərbaycan Assosiasiyasına (FAA) üzv olaraq FAA nəzdində fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Bu barədə “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Təsisçilərin fikrincə, ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə birləşib bir yerdə daha səmərəli işlər görmək daha məqsədəuyğun olacaq. “Azərbaycanlı Qadınlar” Cəmiyyətinin sədri Arzu Oqtay Azərbaycanı hərtərəfli tanıtmaq, Qarabağ həqiqətlərini Avropa xalqlarına çatdırmaq üçün Avropanın digər ölkələrində də fəaliyyət göstərən cəmiyyətlərin birləşib birgə fəaliyyət göstərmələrinin bütün dünya azərbaycanlılarının vahid Vətəni – Azərbaycana daha çox xeyir verəcəyini bildirib.
    12.10.11 Məqaləni oxumaq
     
    Təhsil naziri bölgə məktəblərinin qızdırılması ilə bağlı heç bir məlumat verməyib
    Bu il, xüsusən Bakı şəhərində məktəblərin istilik sistemi ilə bağlı ciddi bir problem olmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib. Nazir xatırladıb ki, “Azəristilik” və “Azəriqaz” istilik sistemini bu yaxınlarda verib. Onun sözlərinə görə, hazırda bu iş diqqət mərkəzindədir və problem olmayacaq. Nazir, bölgə məktəblərinin qızdırılması ilə bağlı heç bir məlumat verməyib.
    12.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanda hər 100 min nəfərə 1,3 intihar faktı düşür
    Ümumdünya Səhiyyə Təşkilatının yaydığı açıqlamaya görə, bu gün Azərbaycanda hər 100 min nəfərə 1,3 intihar faktı düşür. Bu barədə “KƏLAMİNFO”ya ÜST-nin Bakı ofisindən bildiriblər. Ermənistanda isə bu göstərici 3,9 faktdır. Dünyanın ən çox intihar qeydə alınan ölkələrinin siyahısında Gürcüstan da var. Gürcüstanda hər yüz min nəfərə düşən intihar hadisələrinin sayı 8,8 nəfər təşkil edir. Qonşu ölkədə intihara daha çox kişilər meyillidir. Bu ölkədə intihar edənlərin 80 faizi kişilərdir. Reytinq cədvəli tərtib olunan zaman intihara cəhd halları nəzərə alınmayıb. ÜST-nin açıqladığı siyahıya əsasən, postsovet məkanında intihar hallarının çoxluğuna görə, Litva (hər 100 min nəfərə 71,7 fakt), Rusiya (64,3 fakt) və Belarus (57,5 fakt) ilk üçlükdə təmsil olunur. Liderlərin siyahısında Latviya (48,2 fakt) və Macarıstan da (50 fakt) yer alıb. Dünyada ən az intihar halları Cənubi Afrika Respublikası, İran, Yamayka, Haiti və Hondurasda qeydə alınıb. Qərbi Avropada isə bu sahədə ən yaxşı vəziyyət Avstriya, Danimarka, Almaniya və Norveçdədir.
    12.10.11 Məqaləni oxumaq
     
    Avstriya prezidentinin rəsmi qarşılanma mərasimi olub
    Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal prezidenti Haynts Fişerin rəsmi qarşılanma mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti və xanımı Mehriban Əliyeva Avstriya prezidenti Haynts Fişeri və xanımı Margit Fişeri səmimiyyətlə qarşılayıblar. Avstriyanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Haynts Fişerə, Avstriya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
    12.10.11 Məqaləni oxumaq
     
    Avstriya prezidenti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
    Azərbaycanda rəsmi səfərdə olan Avstriyanın prezidenti Haynts Fişer Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. “KƏLAMİNFO” xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üstünə tər güllər düzüb. Sonra Avstriya prezidenti ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər Xiyabanını ziyarət edib. Avstriya prezidenti Haynts Fişer “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Avstriya dövlətinin başçısı Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. Ali qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
    12.10.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 971 müraciət daxil olub
    Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə cari ilin avqust-sentyabr ayları ərzində 971 müraciət daxil olub. Səhiyyə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 566-sı (114-ü əsaslı, 452-si isə əsassız) şikayət, 244-ü sorğu xarakterli, 45-i aidiyyəti üzrə deyil, 116-sı isə cari problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
    12.10.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov AŞ PA Prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, ölkəmizin AŞ PA ilə sıx əməkdaşlıq etdiyini qeyd edən nazir E.Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini bildirib. M.Çavuşoğlu Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb və bu Forumun multikulturalizmin inkişafına böyük tövhə verəcəyinə əminliyini bildirib. O, mədəniyyətlərarası dialoqun aparılmasında ölkəmizin rolunun AŞ PA tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Həmçinin görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
    12.10.11 Məqaləni oxumaq
     
    Putin Çinlə 30 illik müqavilə bağlamaq istəyir
    Rusiyanın baş naziri Vladimir Putinin bu gün Çinə iki günlük səfəri başlayır. Səfərin gündəliyində enerji məsələlərinin müzakirəsi var. Putinin rəhbərlik etdiyi nümayəndə heyəti Pekində Çin rəsmiləri ilə bu ölkəni qazla təchiz edəcək uzunmüddətli müqavilə ilə bağlı danışıqlar aparacaqlar. Söhbət 30 illlik razılaşmadan gedir. “KƏLAMİNFO” “svobodanews.ru”ya istinadən xəbər verir ki, müqavilənin indi imzalanacağı gözlənilmir. Çünki iki tərəf arasında qazın qiyməti ilə bağlı hələ razılaşma əldə olunmayıb. Səfər zamanı Rusiya-Çin arasında ticarət əlaqələrinin hərtərəfli inkişafının müzakirəsi də dayanır. Tərəflər 2020-ci ilə qədər ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyirlər. 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 59 milyard dollar olub.
    12.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  20 21 22 23 24 25 26 27 28  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31