Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : 1 2 3 4 5  #
    Qəddafini öldürən şəxs cinayət məsuliyyətinə cəlb olunacaq
    Liviya Milli Keçid Şurası keçmiş diktator Müəmmar Qəddafini öldürən şəxsin cinayət məsuliyyətinə cəlb olunacağını vəd edib. “KƏLAMİNFO” “Guardian”a istinadən xəbər verir ki, Liviyadakı Keçid Şurasının sədr müavini Abdel Hafiz Qhoqa Benqazidə keçirdiyi mətbuat konfransında istintaq başlandığını və cavabdehlərin ədalət məhkəməsinə cəlb ediləcəyini deyib. BMT-nin Təhlükəsizlik Şurası isə cümə axşamı NATO-nun Liviyadakı hərbi kampaniyasının oktyabrın 31-də başa çatdırılacağını bəyan edib.
    29.10.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: Türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artıb
    Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artıb, münasibətlərimizin forma və məzmunu əsaslı şəkildə yenilənib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyib. Təbrik məktubunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub. Türkdilli ölkələrin və toplumların II Media Forumunun keçirilməsi münasibətilə iştirakçıları təbrik edən İlham Əliyev bildirib ki, müştərək mənafelərin təzahürü olaraq yaranmış Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar çərçivəsindəki fəaliyyət ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirməklə yanaşı, dövlətlərimizin beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə və nüfuzunun artmasına da mühüm təsir göstərib.
    29.10.11 Məqaləni oxumaq
     
    Ərdoğan: Türk dövlətləri arasında dostluq münasibətlərinin genişlənməsində medianın üzərinə önəmli məsuliyyət düşür
    Türk dövlətləri arasında dostluq münasibətlərinin daha da genişlənməsi, sürətlənməsi və gələcək perspektivlərin axtarılması yönündə medianın üzərinə önəmli məsuliyyət düşür. Bu baxımdan, medianın əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərin çox önəmli nəticələri olacağına inanırıq. “KƏLAMİNFO” xəbər verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda öz işinə başlayan Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına təbrik məktubunda deyib. Təbrik məktubunu Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Murat Karakaya oxuyub.
    29.10.11 Məqaləni oxumaq
     
    ABŞ müdafiə nazirinin müavini istefa verib
    ABŞ müdafiə nazirinin müavini Klifford Stenli istefa verib. Onun yaxın iki həftə ərzində öz postunu tərk edəcəyi bildirilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, nazir müavini bu barədə qərarı müstəqil şəkildə verib və bu, ona qarşı aparılan təhqiqat işi ilə bağlı deyil. Söhbət yüksək rütbəli məmurun adı ilə bağlı yayda yaşanan insidentdən gedir. Onun barəsində bir neçə şikayət daxil olub və qeyd edilib ki, hərbçi tabeliyində olanlara qarşı təhqirlərə yol verib, vəsaitləri qeyri-effektiv şəkildə xərcləyib, lazım olmayan bahalı müqavilələrə imza atıb.
    28.10.11 Məqaləni oxumaq
     
    "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi qəbul olundu
    Milli Məclisin bu gün keçirilən iclasında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə məlumatı Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov verib. O, qeyd edib ki, qanun layihəsi 4 fəsil və 27 maddədən ibarətdir və hazırlanmasında AMEA-nın strukturları və alimlər iştirak edib. “Layihədə mədəni bitkilərin genetik ehtiyatlarının vahid Mərkəzi Məlumat Bazası, Milli Proqram, Milli Genbankın və işçi qrupların yaradılması, onların hüquq və vəzifələri, məlumatların mühafizəsi, istifadəsi, mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları sahiblərinin dövlət uçotu və qeydiyyatı və s. əksini tapır. Bu gün ermənilər əriyin qədim Ermənistan meyvəsi olması barədə bir neçə ildir konfrans keçirirlər. Biz mili-mədəni bitkilərimizi reyestrə salıb əriyimizə və digər meyvələrimizə sahib çıxmalıyıq”,-deyə E.İbrahimov vurğulayıb.
    28.10.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Siyasi partiyalar haqqında” qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb
    Avropa Şurası Venesiya Komissiyasının müzakirəsinə çıxarılan “Siyasi partiyalar haqqında” qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi deyib ki, bundan əlavə Azərbaycan tərəfinə müəyyən tövsiyələr də olunub: “Avropa Şurası Venesiya Komissiyası təklif edib ki, xarici vətəndaşlar Azərbaycanda partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olsunlar. Lakin Azərbaycan tərəfi bu təkliflərlə razılaşmayıb”.
    28.10.11 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: Beynəlxalq təşkilatların hesabatlarında yer alan qeyri-dəqiq məlumatların günahkarını ölkə daxilində axtarmaq lazımdır
    Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun hesabatı müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, müzakirələrdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda qadın polislərin işə götürülməsi vacibdir. O qeyd edib ki, artıq qonşu ölkələrdə polis strukturlarına qadın işçilər cəlb edilməyə başlayıb, bunlar əsasən yetkinlik yaşına çatmayanların işləri, ailə məsələləri, insan alveri qurbanları ilə işlər üzrə fəaliyyət göstərirlər. Deputat Fazil Mustafa çıxışında son zamanlar insan alveri ilə mübarizə sahəsində boşluqların aradan qalxdığını və bir sıra işlərin həyata keçirildiyini vurğulayıb. Millət vəkili deyib ki, bu mübarizə işlərinin bir qurumun üzərinə qoyulması doğru deyil. O, məcburi əməyə cəlblə bağlı da danışıb. “Bu gün Çin, Əfqanıstan və digər ölkələrdən ucuz işçi qüvvəsi gətirənləri də araşdırmaq lazımdır. Ölkədə kifayət qədər işçi qüvvəsi olduğu halda başqa ölkədən ucuz işçi gətirilməsi doğru deyil” - deyə F.Mustafa vurğulayıb.
    28.10.11 Məqaləni oxumaq
     
    Akademik Milli Dram Teatrı diploma layiq görülüb
    Dövlət Akademik Milli Dram Teatrı diploma layiq görülüb. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, diplom teatr kollektivinə Daşkənddə keçirilən “Theatre.UZ/2011” Beynəlxalq Teatr Festivalında verilib. Beynəlxalq Teatr Festivalının təşəbbüskarları Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyi, "Mədəniyyət və incəsənət Forumu" Fondu və "Özbəkteatr" Birliyi olub. Bildirilir ki, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna və başqa ölkələrin teatr kollektivlərinin iştirak etdiyi teatr bayramında səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, aktyor və rejissorlar, tələbələr, jurnalistlər də iştirak ediblər. Xatırladaq ki, Dövlət Akademik Milli Dram Teatrı festivalda fransız dramaturqu Jan Koktonun "İnsan səsi" tamaşası ilə təmsil olunub.
    28.10.11 Məqaləni oxumaq
     
    Türkiyədə yenə zəlzələ baş verib
    Bu gün Türkiyənin Van əyalətinin Hakkari şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə CNN Türk telekanalı xəbər yayıb. Dağıntı və tələfat barədə xəbər verilməyib.
    28.10.11 Məqaləni oxumaq
     
    Əli Abbasov BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasına Azərbaycan tərəfdən üzv seçilib
    BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyası 2015-ci ilə qədər genişzolaqlı çıxışın inkişafı sahəsində yeni məqsədlərini müəyyənləşdirib. Komissiyaya Azərbaycan tərəfdən üzv rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seçilib. Bu, komissiyanın Cenevrədə keçirilən “ITU Telecom World 2011” sərgi-konfransı (24-27 oktyabr) çərçivəsində baş tutub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.
    28.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31