Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  34 35 36 37 38 39 40 41 42  #
    Gənc Tamaşaçılar Teatrı yeni layihə həyata keçirib
    Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) təşəbbüsü ilə yeni layihə həyata keçirib. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tələbə adını qazanmış abituriyentləri təmirdən çıxmış teatr, onun zəngin tarixi ilə yaxından tanış etmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək keçirilən layihənin əsas qayəsini təşkil edib. Həmçinin, tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli tərbiyəsi üçün geniş istifadə olunması AİSU və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsinin əsas məqsədidir.
    03.10.11 Məqaləni oxumaq
     
    İranın islami irşad və mədəniyyət naziri Bakıya gəlir
    Bu gün İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni ölkəmizə səfərə gəlir. Səfərdə məqsəd bu gündən başlayaraq Azərbaycanda İran Mədəniyyəti Günləri keçirilməsidir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iranlı həmkarı günün ikinci yarısında görüşü planlaşdırılıb. Qeyd edək ki, oktyabrın 7-dək davam edəcək İran Mədəniyyət Günləri bu gün saat 17:00-da Muzey Mərkəzində sərgi açılışı, 18:00-da isə Muğam Mərkəzində rəsmi açılış ilə start götürəcək.
    03.10.11 Məqaləni oxumaq
     
    Eduard Şevardnadze: “Putinin gürcülərə münasibəti pis deyil”
    Gürcüstan istərsə, Rusiyanın hazırkı baş naziri Vladimir Putinlə dil tapa bilər. Bu sözləri Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bildirib. «Putini mən uşaqlıqdan tanıyıram. Onun gürcülərə qarşı münasibəti pis deyil». «KƏLAMİNFO» «Vzqlyad» qəzetinə istinadən xəbər verir ki, bu sözləri eks-prezident «Asaval-dasaval» nəşrinə müsahibəsində bildirib. «Digər bir problem - Gürcüstan öz yerini və qiymətini bilməlidir. Digərlərini də qiymətləndirmək gərəkdir. Rusiya bizim böyük qonşumuzdur. Bu ölkə bizim iqtisadiyyatda qəti mövqeyini qoymuş bir ölkədir. Rusiyanın əlində bizim strateji müəssisələrin böyük əksəriyyəti var. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu səbəbdən Putinin qayıdışının Gürcüstan üçün fəlakət olmasını demək əsassızdır» - deyə o, əlavə edib.
    03.10.11 Məqaləni oxumaq
     
    Suriya müxalifəti Milli Şura yaratdı
    Suriya müxalifət qrupları prezident Bəşər əl-Əsədin hökuməti əleyhinə fəaliyyət göstərəcək Milli Şura yaradıblar. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, bu haqda açıqlamanı müxalifət təmsilçisi Burhan Qaliun İstanbul şəhərində keçirilən görüşlərin ikinci günündə verib. Qaliun bildirib ki, şuranın hədəfi Suriya xalqının dinc yolla Əsəd hökumətini hakimiyyətdən uzaqlaşdırmaq barədə arzularına cavab verməkdir. Qaliun Suriyada xarici müdaxilə ideyasını rədd edib, amma beynəlxalq ictimaiyyəti Suriya hökumətinin «əleyhinə müharibə apardığı xalqı» qorumağa çağırıb. Suriya Milli Şurası bütün müxalifət qruplarını vahid cəbhədə birləşdirməyi nəzərdə tutur.
    03.10.11 Məqaləni oxumaq
     
    İlk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə töhfə
    Oktyabrın 6-7-si tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixində əlamətdar hadisə olan ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyi münasibətilə beynəlxalq elmi simpozium keçirəcək. Milli Azərbaycan Tarixi Muzeyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan, Gürcüstan, Misir, Rusiya, Türkiyə, Ukraynadan olan alimlərin iştirak edəcəyi simpoziumda “İctimai-siyasi və mədəni həyatda qadınların rolu: tarix və müasir vəziyyət”, “Qadın təhsilinin tarixi: Şərq və Qərb təcrübəsi” elmi istiqamətləri üzrə 50-dək məruzənin dinlənilməsi nəzərdə tutulub.
    03.10.11 Məqaləni oxumaq
     
    Son 10 ildə məktəblilər üçün 40 milyon nüsxədən çox dərslik çap edilib
    “Yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zəruri edib. 2003-2011-ci illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 40 milyon nüsxədən çox dərslik çap edilib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil naziri Misir Mərdanovun “Azərbaycan təhsili müstəqillik illərində” başlıqlı məqaləsində əks edilib.
    03.10.11 Məqaləni oxumaq
     
    Dünya Gənclər Bankı 5 beynəlxalq səviyyəli konfrans keçirəcək
    “Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli və regional ofisin baş əməliyyat direktoru Elxan Qazizadə bu gündən etibarən oktyabrın 7-nə kimi Küzey Kıbrıs Türk Cümhuriyyəti və Türkiyəyə işgüzar səfərləri başlayır. Bankın ofisindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində Bankın Təhsil Departamentinin iş əlaqələri və MDB ölkələri üzrə Lefke Avropa Universitetinə oktyabrın 25-dən etibarən aparılacaq qəbulla bağlı müzakirələrin aparılması, habelə KKTC-nin digər universitetləri ilə görüşlər planlaşdırılır.
    03.10.11 Məqaləni oxumaq
     
    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” ailə institutunu gücləndirəcək
    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi ” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ailə institutunun güclənməsinə dair təşəbbüslərin dəstəklənməsi” layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya İctimai Birlikdən veriblər.
    03.10.11 Məqaləni oxumaq
     
    Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycandakı ermənilərə baş çəkiblər
    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan 3 erməni hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, komitənin nümayəndələri hərbi əsirlərdən ailələrinə çatdırmaq üçün 3 şifahi məlumat toplayıblar. Qeyd edək ki, Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
    03.10.11 Məqaləni oxumaq
     
    “Gənclərin İKT imkanlarından daha səmərəli istifadə etməsinə dair təşəbbüslər” layihəsinin icrasına başlanılıb
    “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin İKT imkanlarından daha səmərəli istifadə etməsinə dair təşəbbüslər” layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya İctimai Birlikdən veriblər.
    03.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  34 35 36 37 38 39 40 41 42  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31