Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək
    Oktyabrın 25-də Heydər Əliyev adına Respublika Sarayında Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Forumda 2000-ə yaxın gənc bir araya gələcək. Tədbirdə dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edəcəklər. Xatırladaq ki, ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb.
    21.10.11 Məqaləni oxumaq
     
    Avropa Şurası Azərbaycanla əməkdaşlığın yeni prioritetlərinə dair Fəaliyyət Planı hazırlayıb
    Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov respublikamızda səfərdə olan Avropa Şurası (AŞ) baş katibinin təşkilati inkişaf və islahatlar üzrə xüsusi nümayəndəsi Jerar Ştudmanla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının fəal iştirakını və ölkəmizdə hakimlərin ən şəffaf seçiminin bu mötəbər qurum tərəfindən müsbət təcrübə kimi qiymətləndirildiyini vurğulayıb, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd edib.
    21.10.11 Məqaləni oxumaq
     
    Liviyalı üsyançı: “Qəddafi hər cür mərhəmətsiz ölümə layiqdir”
    42 ildən sonra Liviyanın despotik lideri Qəddafi vətəni Sirtin 2 mil qərbində üsyançı qüvvələr və NATO bombardmanlarının müşayiəti ilə öldürülüb. “KƏLAMİNFO” “The Daily Telegraph”a istinadən xəbər verir ki, onun son sığınacağı Liviya nefti hesabına tikilən villa və saraylardan o qədər də fərqlənməyib. Onun foto və video-kameralarda həkk olunmuş son vəziyyəti çox zəif və qarışıq olub. Üsyançılardan 20 yaşlı Məhəmməd Elhveje deyib ki, Qəddafi son ana qədər canı üçün əfv istəyib: “O, ləyaqətsiz bir insana layiq olduğu kimi danışırdı. Deyirdi ki, məni niyə öldürmək istəyirsiniz? Mən sizə neyləmişəm? Bunlara inana bilmədim. Onun qanı bizə halaldır. Onun əllərində bizim doğmalarımızın qanı var. Minlərlə insanın ahı var onun üstündə. O, hər cür mərhəmətsiz ölümə layiqdir”.
    21.10.11 Məqaləni oxumaq
     
    Yunanıstan qarışdı
    Yunanıstanda hökumətin maliyyə böhranını aradan qaldırmaq üçün apardığı siyasətə etiraz olaraq paytaxt Afinanın dörd bir yanında başlayan üsyanlarda 1 nəfər ölüb, 40 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, Sintaqma meydanında vəziyyət olduqca ağırdır. İki gündür ki, gecəni meydanda keçirən üsyançılara ətraf evlərdən yemək və çay gətirən adi vətəndaşlar döyülüb. Üsyançılar polislə əlbəyaxa davada otellərdən və meydanın önündən qıraraq götürdükləri mərmərlərdən, daş və gil gül qablar, heykəllərdən istifadə ediblər.
    21.10.11 Məqaləni oxumaq
     
    “Fantaziya” Səyyar Sirki Bakıdan sonra Sumqayıta gedəcək
    “Sabit sirklər sovet dövründə fəaliyyət göstərməyə başlayıb. Əsl sirklər isə XVI əsrdə yaranan səyyar sirklərdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri bu gün keçirdiyi “Fantaziya” Səyyar Sirki Bakıda” adlı mətbuat konfransında “Fantaziya” Səyyar Sirkinin direktoru Mirzə Abbasov bildirib. Mirzə Abbasovun dediyinə görə, o, əvvəllər Bakı Dövlət Sirkində işləyib və özünün “Azərbaycan ritmləri” akrobatik qrupu olub: “Sonra Şimali Amerikaya qastrol səfərinə getdim və ölkəyə qayıtmadım. Elə o zamandan etibarən Kanadanın Toronto şəhərində sirk sahəsində çalışmağa başladım və 27 ildir ki, bu sahədə işləyirəm” deyən direktor 2007-ci ildən rəhbərlik etdiyi sirklə bölgələrimizdə maraqlı şoular göstərdiklərini vurğulayıb: “Biz bölgələrdə bu şouları göstərəndə insanların yüksək marağını görürük. Bu ondan ibarətdir ki, sabit sirkdən fərqli olaraq burada insanlar sirkin bəzəyi olan müxtəlif heyvanlar və sirk ustalarının onlarla necə davranışının yaxından şahidi olurlar”.
    21.10.11 Məqaləni oxumaq
     
    Türkiyənin antiterror hərəkatının qələbə şansı azdır
    Hakkaridə 24 şəhid verən Türkiyə PKK qüvvələrinə qarşı sərhəddənkənar hərbi əməliyyata start versə də, rəsmilər bu əməliyyatın uğuruna o qədər də böyük ümidlər bəsləmir. “KƏLAMİNFO” “The İndependent”ə istinadən xəbər verir ki, AB təhlükəsizlik sektorunun üzvü Carets Qenkins geniş bir ərazini əhatə edən və on mindən çox canlı qüvvənin cəlb olunduğu əməliyyatdan uğur gözləmədiyini deyib: “Bu əməliyyatların sonunu əvvəllər də görmüşük. Adı keçən ərazilərin hər qarışı PKK-çılar üçün barmaq kimi tanışdır. Türkiyənin əməliyyata cəlb etdiyi qüvvənin yarıdan çoxu ömür boyu sərhədi keçməyib. PKK-çılara ağır zərbələr vurulması bir tərəfə, bu mübarizədən Türkiyənin zərərli çıxma ehtimalı da var”. Avrasiya əməkdaşlıq qrupunun sədri Volfanq Pikoli də bu əməliyyatın çox lazımsız yerlərdə və yanlış zamanda başladıldığını deyib.
    21.10.11 Məqaləni oxumaq
     
    Hüqo Rifkind: “Şərqlilər televiziya və internetdəki demokratiyaya vurulub”
    “Qəddafi getdi, əsl iş isə hələ bundan sonra başlayır. Diktatorlar yıxıldı, bölgəyə bahar gəldi deyə, heç kim özünü aldatmasın. Bunun şirin bir nağıl olduğunu hamı görür”. Bu sözləri siyasi analitik Hüqo Rifkind Liviyadakı son vəziyyətlə bağlı verdiyi açıqlamasında deyib. “KƏLAMİNFO” “The Times”a istinadən xəbər verir ki, analitikin sözlərinə görə, tarix və onun təkrarlandığına inananlar Təhrir meydanındakı nümayişlərlə Berlin divarının süqutunu eyni yerə qoya bilər. Amma Avropa qoya bilməz: “Bu, təhqiramiz görünə bilər, amma Şərq əsla Avropa olmayacaq. Demokratiyanı arzulamaqla onu tətbiq etmək və yaşatmaq mədəniyyətinə sahib olmaq və əzm göstərmək ayrı-ayrı şeylərdir.
    21.10.11 Məqaləni oxumaq
     
    Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Qaynar xətt” yaratdı
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) “Qaynar xətt” xidməti yaradıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Məqsəd Bakıda vətəndaşlara, hüquqi və fiziki şəxslərə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətini daha da yaxşılaşdırmaq, yarana biləcək hər hansı problem və qüsurların vaxtında aradan qaldırılması üçün operativ tədbirlərin görülməsini təmin etmək, rəy və təkliflərini öyrənmək, onlarla əlaqə yaratmaqdır. Qaynar xəttin telefon nömrəsi: (012) 598 81 22.
    21.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı tələbələr Litvada müstəqillik gününə həsr edilən tədbir keçiriblər
    Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən tədbir keçirilib. Tədbiri bu ölkədə təhsil alan tələbələr təşkil edib. Litvada tələbə təşəbbüs qrupunun rəhbəri Samir Musayevin “KƏLAMİNFO” verdiyi məlumata görə, 3 saata qədər davam edən tədbirə 80 nəfərə yaxın yerli və xarici tələbə, o cümlədən Azərbaycalı tələbələrin təhsil aldığı universitetlərinin müəllim heyyətinin qatılıb. Tədbirdə S.Musayev Azərbaycan tarixinə həsr olunan qısa təqdimat edib.
    21.10.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda transplantasiya ilə bağlı qanunvercilikdə dəyişikliyə ehtiyac yoxdur”
    Bu gün Azərbaycanda 1999-cu ildə qəbul olunmuş trasplantasiya haqqında qanun kifayət qədər mükəmməldir, dünya təcrübəsinə əsaslanır və bu məsələ ilə bağlı qanunvercilikdə hansısa dəyişikliyə ehtiyac yoxdur. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Sosial siaysət komitəsinin sədr müavini Musa Quliyev bildirib. Millət vəkili deyir ki, hazırda ölkədə canlı və ya cansız orqanizmlərdən orqan köçürülməsində problemlər qətiyyən yoxdur. “Bu sahədə problemlər ancaq təşkilati sahədə mövcuddur. Xüsusilə meyitdən orqan köçürülməsi, beyin ölümünün təyin olunması kriteriyalarının təyin edilməsi üçün Azərbaycanda mütəxəssis qıtlığı var. Həmçinin ölkəmizdə bu sahədə klinikaların sayı da azdır” - deyə M.Qasımlı vurğulayıb. Onun sözlərinə görə eyni zamanda, bu gün qanuni orqan köçürülmələri üçün Azərbaycanda klinikaların sayı yeterli deyil.
    21.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31